5-ƏN YAXŞI ƏMƏL

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
4-ADƏM PEYĞƏMBƏRİN TÖVBƏSİ HƏDİSLƏRDƏ ƏHLİ-BEYT İMAMLARININ ADLARI

“Nəml” surəsinin 89-cu ayəsində buyurulur:
مَن جَاء بِالْحَسَنَةِ فَلَهُ خَیْرٌ مِّنْهَا وَهُم مِّن فَزَعٍ یَوْمَئِذٍ آمِنُونَ
“Hər kəs həsənə ( saleh iş) görsə, onu bu əməldən də yaxşı bir mükafat gözləyəcək. Belələri o günün dəhşətli qorxusundan əmin-amanlıqda olarlar!”
Bu ayədəki “həsənə” (saleh iş) sözü geniş mə’nada bütün yaxşı əməllərə şamil olur. Yaxşı əməl sahibləri Allahın xas mükafatları ilə müjdələnirlər ki, onlardan ən mühümü qiyamət və məhşər gününün dəhşətindən amanda olmaqdır.
Bir çox rəvayətlərdə Peyğəmbərin (s) Əhli-beytinə məhəbbət bəsləmək ayədə qeyd olunan yaxşı əməlin xaricdə ən gözəl və bariz nümunəsi kimi göstərilir. Bu da o deməkdir ki, insanın onlara məhəbbət bəsləməsi qiyamət günü ən gözəl əmin-amanlığa səbəb olacaq.
“Şəvahidut-tənzil” kitabında uyğun ayənin təfsiri ilə bağlı bir neçə rəvayət nəql olunmuşdur. Orada yaxşı əməl Əhli-beytə (ə) məhəbbətlə əlaqələndirilmişdir. Əbu Abdullah Cədəli deyir ki, Əli (ə) mənə buyurdu: “İstəyirsənmi sənə “Hər kəs saleh iş görsə, onu bu əməldən də yaxşı bir mükafat gözləyəcəkdir” ayəsinin təfsirini deyim?” Dedim: “Bəli, sənə qurban olum!” Həzrət buyurdu: “Yaxşı əməl biz Əhli-beytə məhəbbət, pis əməl isə bizə kin-küdurət və ədavət bəsləməkdir!” Sonra Həzrət bu ayəni tilavət etdi.”[1]
Bu məzmun həmin kitabın 582 və 587-ci hədislərində vardır; bu fərqlə ki, 587-ci hədisdə belə buyurulur:
اَلا اُخْبِرُکَ بالسَّیِّئَةِ الّتِى مَنْ جاءَ بِها اَکَبَّهُ اللهُ عَلى وَجْهِهِ فِى نارِ جَهَنَّمَ، بُغْضُنا اَهْلَ الْبَیْتِ!
“Sənə elə pis əməlin adını deyimmi ki, Allah-taala onu yerinə yetirən hər kəsi üzü üstə cəhənnəmə atacaqdır? O (pis əməl), Əhli-beytə kin-küdurət və ədavət bəsləməkdir.” Sonra Əmirəl-mö’minin Əli (ə) ikinci ayəni (“Nəml” surəsinin 90-cı ayəsini) tilavət etdi:
وَمَن جَاء بِالسَّیِّئَةِ فَکُبَّتْ وُجُوهُهُمْ فِی النَّارِ
“Hər kəs pis iş görsə, cəhənnəm oduna üzü üstə atılar!”[2]
Başqa bir hədisdə Əbu Əmamə Bahili Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu nəql edir:
اِنَّ اللهَ خَلَقَ الاَنْبِیاءَ مِنْ شَجَرٍ شَتّى، وَخُلِقْنِى وَعَلِیّاً مِنْ شَجَرَةٍ واحِدَة، فَاَنَا اَصْلُها وَعَلِىٌّ فَرْعُها، وَالْحَسَنُ وَالْحُسَیْنُ ثِمارُها، وَ اََشْیاعُنا اَوْراقُها، فَمَنْ تَعَلَّقَ بِغُصْنٍ مِنْ اَغْصانِها نَجا، وَمَنْ زاغَ هَوى، وَلَوْ اَنَّ عَابِداً عَبَدَاللهَ اَلْفَ عامِ، ثُمَّ اَلْفَ عامِ، ثُمَّ اَلْفَ عامِ، ثُمَّ لَمْ یُدْرِکْ مَحَبَّتَنااَکَبَّهُ اللهُ عَلَى مِنْخَرَیْهِ فِى النّارِ:
“Allah-taala peyğəmbərləri müxtəlif ağaclardan (köklərdən), məni və Əlini isə bir ağacdan yaratdı. Mən o ağacın kökü, Əli budağı, Həsən və Hüseyn meyvələri, şiələrimiz isə yarpaqlarıdır. O ağacın budaqlarının birindən yapışan şəxs nicat tapar, onlardan üz döndərən isə süqut edər. Əgər bir abid Allaha min il, daha min il,bir daha min il ibadət etsə, lakin bizə məhəbbət bəsləməsə, Allah-taala onu üzü üstə cəhənnəmin oduna atar!”[3]
Əllamə Qunduzi birinci hədisi imam Əlidən (ə) nəql edərək, onu Həzrətin bu sözü ilə sona yetirir: “Yaxşı əməl bizə məhəbbət, pis əməl isə bizə kin-küdurət və ədavət bəsləməkdir!”[4]
Yenə həmin kitabda İbn Kəsirdən imam Sadiqin (ə) belə buyurduğu nəql olunmuşdur: “Hər kəs yaxşı iş görsə, onun müqabilində on bərabər mükafat verilər” ayəsi bütün müsəlmanlar üçün, “Hər kəs yaxşı iş görsə, onu bu əməldən də yaxşı bir mükafat gözləyir. Belələri o günün dəhşətli qorxusundan amanda olar” ayəsi isə yalnız vilayəti qəbul etmək və bizə (Peyğəmbərin (s) Əhli-beytinə) məhəbbət bəsləməyin mükafatıdır!”[5]
Bir qrup təfsir və hədis alimi bu ayənin təfsirində Əhli-beytə (ə) məhəbbəti böyük “həsənə” və yaxşı əməl kimi qeyd etməsə də, “Şura” surəsinin “Kim yaxşı iş görsə, onun yaxşılığının savabını artırarıq”[6] ayəsinin təfsirində uyğun məzmunda hədislər nəql etmişdir. Məsələn, Süyuti “Əd-durrul-mənsur” kitabında İbn Əbi Hatəmdən İbn Abbasın bu ayənin təfsirində belə dediyini nəql edir: “Bu ayədəki yaxşı əməldə məqsəd Məhəmmədin (s) Əhli-beytini sevməkdir!”[7]
Alusi “Ruhul-məani” kitabında bu ayənin (“Şura”, 23) təfsirində (“həsənə”də  məqsədin Əhli-beytə (ə) və Peyğəmbərin (s) yaxın adamlarına məhəbbət olduğunu bildirən bə’zi təfsir alimlərinin nəzərlərini və bunun İbn Abbas və Südeydən nəql olunduğunu qeyd etdikdən sonra) yazır: “Peyğəmbərin (s) Əhli-beytini sevmək ən böyük həsənə və yaxşı əməldir.[8]
Buna oxşar hədislər başqa kitablarda da nəql olunmuşdur. Biz isə qeyd olunanlarla kifayətlənirik. Bu bəhsi də Əhli-beytin (ə) məhəbbətini qiymətləndirən bir hədislə sona yetiririk. (Əlbəttə, bu hədis bəhs etdiyimiz ayənin təfsirində nəql olunmamışdır.)
Şəblənci “Nurul-əbsar” kitabında Peyğəmbəri-əkrəmdən (s) (öz e’tirafına görə, səhih və doğru olan) belə bir hədis nəql edir:
وَاللهِ لا یَدْخُلُ قَلْبَ رَجُلٍ، اَلْاِیمانَ حَتّى یُحِبَّهُمْ اَهْلَبَیْتِى لِقَرابَتِهِمْ مِنِّى:
“Allaha and olsun! Mənim Əhli-beytimi onların mənimlə yaxınlığına görə sevməyən şəxsin qəlbinə iman daxil olmaz.”[9]
Bunu da qeyd edirik ki, sadə məhəbbət və sevgi qiyamət gününün dəhşətli qorxusundan kiməsə əmin-amanlıq verə bilməz, əsla imanın şərtlərindən sayılmaz. Bu ifadələr açıq-aydın göstərir ki, Əhli-beytin sevgisi, sözsüz, din və nübüvvətin davamı, imanın qorunub-saxlanılmasını tə’min edən imamət və vilayət əsası ilə əlaqədardır.
***
Qeyd etdiyimiz bütün ayə və rəvayətlərdən aydın başa düşülür ki, Peyğəmbərin (s) Əhli-beyti, xüsusilə Əli ibn Əbi Talib, Fatimeyi-Zəhra, Həsən və Hüseyn (ə) yüksək məqama malikdirlər; onları sevmək risalət və peyğəmbərliyə hörmət, onlara salavat göndərmədən qılınan namaz batildir. Onlar “sirati-müstəqim” (doğru yol) və Adəm peyğəmbərin tövbə üçün Allahdan öyrəndiyi müqəddəs adlar və sözlərdir. Bəli, bu böyük fəzilətlərə malik olan, həm şiə, həm də əhli-sünnənin məşhur rəvayətlərində böyük adla yad edilən kəslər başqaları ilə bərabər deyil. Onlara məhəbbət bəsləmək, şübhəsiz, Peyğəmbər (s) tərəfindən əsası qoyulan imamət və vilayətə doğru atılan ilk addımlardır. Onlar “səqəleyn” kimi “mütəvatir” rəvayətlərdə Qur’ani-kərimlə yanaşı durur. Həm onlar, həm də Qur’ani-kərim nicat gəmisi kimi tanıtdırılır. Bu sülalə qiyamət gününə qədər İslam ümməti arasında yaşayacaqdır və müsəlmanların onlara sığınmaları labüddür. Onlar nicat gəmisi, parlaq ulduz, hidayət çıraqları və fəzilət dəryasıdırlar.
Bəli, bizim əqidəmizə görə, Qur’ani-kərimdə Əhli-beytin (ə) fəzilətlərinə dair bir çox işarələr var və bu nöqtələr, Peyğəmbəri-əkrəmin (s) buyuruqları ilə bütün müsəlmanlara e’lan edilmişdir. Müsəlmanlar da Peyğəmbərə (s) itaət etməli, təəssübkeşlikdən əl çəkərək nicat yolunu seçməli, yə’ni həzrətin Əhli-beytinə sarılıb, onların hidayət və rəhbərliyi ilə son məqsədə, səadət və təkamülə çatmalıdırlar. Bu qədər işarə və açıq-aşkar bəyanları, mö’təbər sənədləri görməməzliyə vuranlar, yaxud Qur’anı öz şəxsi rə’yi ilə təfsir edib hər tərəfə yozanlar qiyamət günü cavab verə bilməyəcəklər!

[1] “Şəvahidut-tənzil”, 1-ci cild, səh. 425, hədis: 581.
[2] Yenə orada.
[3] “Şəvahidut-tənzil”, 1-ci cild, səh. 428, hədis: 588.
[4] “Yənabiul-məvəddət”, səh. 98.
[5] Yenə orada.
[6] “Şura” surəsi, ayə: 23.
[7] “Əd-durrul-mənsur”, 6-cı cild, səh. 7.
[8] “Ruhul-məani”, 25-ci cild, səh. 31.
[9] “Nurul-əbsar”, səh. 126.

 

4-ADƏM PEYĞƏMBƏRİN TÖVBƏSİ HƏDİSLƏRDƏ ƏHLİ-BEYT İMAMLARININ ADLARI
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma