"ULİL-ƏMR" (ƏMR SAHİBLƏRİ) AYƏSİ

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
"SADİQİN" (DOĞRUÇULAR) AYƏSİ Burada daha iki irad qalır:

Bu ayədə Allaha, Peyğəmbərə və əmr sahiblərinə tabe olmağın vacibliyi vurğulanır:
یَا أَیُّهَا الَّذِینَ آمَنُواْ أَطِیعُواْ اللّهَ وَأَطِیعُواْ الرَّسُولَ وَأُوْلِی الأَمْرِ مِنکُمْ
Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə tabe olun!
Allah və Peyğəmbərə (s) tabe olmağın vacibliyi mə’lum məsələdir. Amma bu tabeçilikdə Allah və Peyğəmbərlə (s) yanaşı ulil-əmr kimdir? (əmr sahibləri) Bu barədə təfsirçilər arasında fikir ayrılığı mövcuddur.
Şiə və Əhli-beyt (ə) məktəbinin bütün alim və təfsirçilərinin yekdil nəzərinə əsasən, əmr sahibləri İslam ümmətinin maddi və mə’nəvi rəhbərləri olan mə’sum imamlara aiddir. Çünki Allah və Peyğəmbərə (s) itaətlə eyni səviyyədə zəruri sayılan itaət yalnız mə’sum imamlara itaət ola bilər. Lakin digərlərinə itaət həmişə müəyyən qeyd-şərtlə məhdudlaşır və onlara mütləq itaət əsla mövcud deyil.
Halbuki sünni alim və təfsirçilər arasında əmr sahiblərinin kimliyi ilə bağlı böyük fikir ayrılığı mövcuddur. Bə’ziləri səhabələrin, bə’ziləri ordu sərkərdələrinin, bə’ziləri də dörd xəlifənin (raşidi xəlifələrin) nəzərdə tutulduğunu iddia edir, amma tutarlı bir dəlil göstərmirlər.
Başqa bir qrup isə əmr sahiblərini alimlər mə’nasında yozmuş və Nisa surəsinin 83-cü ayəsinə istinad etmişlər:
وَإِذَا جَاءهُمْ أَمْرٌ مِّنَ الأَمْنِ أَوِ الْخَوْفِ أَذَاعُواْ بِهِ وَلَوْ رَدُّوهُ إِلَى الرَّسُولِ وَإِلَى أُوْلِی الأَمْرِ مِنْهُمْ لَعَلِمَهُ الَّذِینَ یَسْتَنبِطُونَهُ مِنْهُمْ
Onlara qələbə və ya məğlubiyyət xəbəri çatdıqda, dərhal (araşdırmadan) onu yayarlar. Halbuki bunu Peyğəmbərə və ya özlərindən olan əmr sahiblərinə demiş olsaydılar, əlbəttə, həmin xəbəri onun mahiyyətinə varanlar bilərdilər.
Hazırkı ayədə itaətin qeyd-şərtsiz göstərilməsi və Nisa surəsinin 83-cü ayəsinin hər hansı bir xəbərin araşdırılması barədə nazil olmasına diqqət yetirməklə iki fərqli məsələ qarşıya çıxır. Onları bir mə’naya yozmaq olmaz. Bir şeyi araşdırmaq qeyd-şərtsiz itaətdən tam fərqlənir. İkinci yalnız mə’sumlar barədə təsəvvür olunur. Birinci isə daha geniş mə’naya malikdir.
Bə’zi sünni təfsirçiləri beşinci bir ehtimalla çıxış edirlər: Əmr sahiblərində məqsəd xalq nümayəndələri, hakimlər, rəislər, alimlər və müxtəlif vəzifə sahibləridir. Başqa sözlə, sadiqlərdə məqsəd ixtilafları aradan qaldıran və camaatın işlərini tənzim edənlərdir. Onlar müəyyən bir məsələdə yekdil fikrə gəlsələr, onlara qeyd-şərtsiz itaət vacibdir, (bu şərtlə ki, ayədə minkum ifadəsinə əsasən, onlar bizdən olsun, Peyğəmbər (s) sünnəsinə qarşı çıxmasın, başqaları tərəfindən məcbur edilməsin, hamısı bir fikirdə olsun və həll olunan məsələ də ümumi məsələlərdən olsun). Onlara tabe olmaq müqəddəs şəriət tərəfindən dəlil göstərilənədək vacibdir. Bu zümrə mə’sum və günahsız olduğundan onlara qeyd-şərtsiz itaət etmək əmr olunmuşdur.[1]
Bütün bu təfsirlərə əsasən, əmr sahibləri beş şərtə malik alim, hakim və vəzifə sahiblərinə aid edilmişdir: 1) müsəlman olsun; 2) Peyğəmbər (s) sünnəsinə qarşı çıxmasın; 3) rə’yində məcbur olmasın; 4) şəriətdə onların nəzərinə qarşı bir hökm olmasın; 5) yekdil qənaətə gəlsinlər. Onlar bu şərtlərə malik şuranı mə’sum və günahsız hesab edirlər.
Doğrudanmı, ayədə qeyd olunan əmr sahiblərində məqsəd budur? Görəsən, müsəlmanlar və Peyğəmbər (s) səhabələri bu ayəni eşitdikdə, yuxarıdakı mə’nanımı başa düşürdülər? Yoxsa bu mə’na xeyli zəhmətdən sonra ayəyə zorla qəbul etdirilmişdir ki, şiələrin qəlbən inandıqları mə’sum imamlar nəzərdə tutulmasın?!
Zahirən, Əl-mənar kitabının müəllifi bu ehtimalı Fəxri-Razidən götürmüşdür. Belə ki, Fəxri-Razi yazır: Bizim nəzərimizcə, bu ayə («özünüzdən olan əmr sahibləri») ümmətin (yekdil fikrinin) höccət, mö’təbər olmasına dəlildir! Allah-taala əmr sahiblərinə itaəti qeyd-şərtsiz əmr etdiyindən, onlar günahsız və xətadan uzaqdırlar. Əgər belə olmasaydı, xətaya yol verə biləcəkləri təqdirdə mütləq itaət əmrinə şübhə yaranardı. Xəta etdikləri zaman harama düşdükləri üçün bir işdə həm əmr, həm də qadağa qarşıya çıxı. Bu isə qeyri-mümkündür. Mə’lum olur ki, əmr sahiblərinə itaətin mütləq şəkildə qeyd edilməsi onların mə’sum və günahsız olduğunu göstərir.
Sonra əlavə edərək belə yazır: Bu mə’sumlar ya ümmətin hamısı, ya da onların bir qismidir. İkinci ehtimal düzgün deyildir, çünki biz mütləq o qismi tanımalı və onlardan faydalanmalıyıq. Halbuki mə’sum imamı tanımaqda acizik. Buna əsasən, qeyd-şərtsiz itaəti vacib olan mə’sum şəxs bir fərd, yaxud müəyyən bir qrup yox, bütün ümmətdir.[2]
Fəxri-Razi, Əl-mənar kitabının müəllifi kimi şəxslərin bu ayəni heç bir səhabənin qəbul etmədiyi şəkildə təfsir etməsinin səbəbi onun Əhli-beyt mə’sumlarına aid edilməsilə əlaqədardır. Onlar əmr sahiblərinin mə’sum və günahsız olması aydın ikən müəyyən bir şəxsi mə’sum imam kimi qəbul etmək istəmir, səhabələrdən fərqli təfsirlərə əl atırlar.
Qəribədir ki, bə’zi sünni təfsirçilərinin əqidəsinə görə, “əmr sahibləri”ndə məqsəd padşahlar, hakimlər və əmirlərdir. Müsəlmanlara hökmranlıq edən hər bir hakimə (istər ədalətli, istərsə də zülmkar, istər doğru, istərsə də azğın yolda olsun, istər Allaha itaətə də’vət etsin, istərsə də Ona qarşı çıxsın) itaət etmək vacibdir. Necə ki, Əl-mənar kitabının müəllifi üstüörtülü şəkildə belə yazır: Bə’ziləri bu ayəyə görə, bütün hakimlərə itaəti vacib bilirlər.
Bundan da qəbahətlisi yuxarıdakı təfsirin sübutu üçün Peyğəmbəri-əkrəmə (s) aid edilən şübhəli və saxta rəvayətlərdir. Guya, bu rəvayətlərin birində Yezid Co’fi Peyğəmbəri-əkrəmdən (s) Ya Peyğəmbər, əgər haqqımızı əlimizdən alan, onu bizə qaytarmayan (zalım) hakimlər bizə rəhbərlik etsə, onda nə edək soruşduqda, o həzrət buyurmuşdur: Onların əmrinə qulaq asın və itaət edin![3]
Həmin kitabda qeyd olunan başqa bir rəvayətdə Əbuzərin belə dediyi nəql olunur:
اِنَّ خَلِیلِى اَوصانِى اَنْ اَسْمَعَ وَاَطِیعَ وَاِنْ کانَ عَبْداً مُجَدَّعُ الاَطْرافِ
Mənim dostum (Peyğəmbər) mənə (hakim və əmirlər) əl-ayaq kəsən olsalar belə, tabe olmağı tövsiyə etdi.[4] (Bə’ziləri hədisdə göstərilən “mücəddəul-ətraf” ifadəsini “əl-ayaq kəsən şəxs” deyil, “alçaq və çirkin ailədə dünyaya gələn şəxs” mə’nasında təfsir etmişlər.)
Şübhəsiz, əziz İslam peyğəmbərinin (s) əql və şəriətlə uyğun gəlməyən belə bir göstəriş verməsi qeyri-mümkündür. Halbuki o həzrətdən belə bir hədis nəql olunmuşdur:
لا طاعَة لِمَخْلوُقٍ فِى مَعْصِیَةِ الْخالِقِ
Xaliqə qarşı günah edən məxluqa itaət etmək caiz deyil!
Əbuzərin adından Peyğəmbərə (s) aid edilən hədislərin saxtalığına ən tutarlı dəlil Əbuzərin öz həyat tərzidir. O, həyatı boyu zülmkar, azğın hakim və əmirlərlə mübarizə aparmış, elə bu yolda da ömrünü başa vurmuşdur. Halbuki Peyğəmbərin (s) məqamı daha üstündür. Heç bir ağıllı insan xilafkar və zülmkar hakimə itaətin vacibliyini dilinə gətirməz. Xüsusilə, bu hədis həm şiə, həm də sünni alimləri arasında məşhurdur: Xaliqə qarşı günah edən məxluqa itaət etmək caiz deyil![5]
Beləliklə, bu ayəni hər hansı mə’naya yozmağa bir bəhanə yoxdur.
***

[1] Əl-mənar, 5-ci cild, səh. 181.
[2] Kəbir” təfsiri, 10-cu cild, səh. 144.
[3] Səhihi-Müslim, 3-cü cild, əmarə kitabı, vücubu taətil-uməra... bölümü, səh. 474.
[4] Yenə orada, vücubu taətil-uməra... bölümü.
[5] “Nəhcül-bəlağə, “qısa kəlamlar”: 165.

 

"SADİQİN" (DOĞRUÇULAR) AYƏSİ Burada daha iki irad qalır:
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma