23-“İNFAQ” AYƏSİ

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
22-“İYZA” (ƏZİYYƏT) AYƏSİ 24-“MƏHƏBBƏT” AYƏSİ


“Bəqərə” surəsinin 274-cü ayəsində buyurulur:
الَّذِینَ یُنفِقُونَ أَمْوَالَهُم بِاللَّیْلِ وَالنَّهَارِ سِرًّا وَعَلاَنِیَةً فَلَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلاَ خَوْفٌ عَلَیْهِمْ وَلاَ هُمْ یَحْزَنُونَ
“Öz var-dövlətlərini gecə-gündüz, gizli və aşkar infaq (xərc) edənlərin mükafatı öz Rəbbinin yanındadır. Onlar üçün nə qorxu var, nə də qəm-qüssə görərlər!”
Şübhəsiz, bu ayənin əhatəsi ümumidir və o Allah yolunda var-dövlət xərcləməyin müxtəlif formalarını göstərir: gizli və aşkar, gecə və gündüz... Ayədə belə saleh iş görənlər böyük mükafatla müjdələnir. Onların mükafatı Allahın yanındadır, keçmiş və gələcək barəsində də qəmgin deyillər. Ayə ümumi məfhum ifadə etsə də, rəvayətlərdən belə başa düşülür ki, onun nazil olması imam Əli (ə) ilə bağlıdır. Çünki rəvayətlərin çoxunda bu ayənin ilk dəfə Əli (ə) haqqında nazil olduğu göstərilir.
İbn Abbas deyir: “Bu ayə Əli ibn Əbi Talib (ə) haqqında nazil olmuşdur. Bir dəfə Həzrət Əlinin (ə) cəmi dörd dirhəm pulu var idi. Onun bir dirhəmini gecə, bir dirhəmini gündüz, bir dirhəmini aşkar, bir dirhəmini isə gizli şəkildə Allah yolunda ehsan etdi. Allahın Peyğəmbəri (s) ondan “(Ya Əli!) Səni bu işə nə vadar etdi?” soruşduqda, Əli (ə) belə cavab verdi: “Allahın mənə və’d etdiklərini qazanmaq istəyim!” Peyğəmbər (s) buyurdu: “Agah ol ki, sən həmin və’dlərə nail oldun!” Bu zaman yuxarıdakı ayə nazil oldu.
Hakim Həskani “Şəvahidut-tənzil” kitabında bu hədisi digər yeddi hədislə yanaşı müxtəlif ravilərdən nəql etmişdir.[1]
Süyuti də “Əd-durrul-mənsur” kitabında bunu müxtəlif sənədlərlə İbn Abbasdan nəql edir və deyir ki, bu ayə Əli ibn Əbi Talib (ə) haqqında nazil olmuşdur. O həzrətin dörd dirhəm pulu vardı. Allah yolunda onun birini gecə, birini gündüz, birini aşkar və birini də gizli xərclədi. Bu zaman “infaq” ayəsi nazil oldu.[2]
Hədisin mə’nası budur ki, Əli (ə) öz var-dövlətini xərcləməkdə Allahın razılığını qazanmaq üçün heç nəyini əsirgəməmişdir. Birincisi, malik olduğu malı Allah yolunda xərc etmiş, ikincisi, bu iş həm gecə, həm gündüz, həm aşkar, həm də gizli yerinə yetirmişdir. Allahın razılığını qazanmaq üçün sevinclə yanaşı ixlas və fədakarlıq Onun dərgahında qəbul edilmiş və bu ayə nazil olmuşdur.
Bu hədisi Muhibbuddin Təbəri “Zəxairul-uqba”[3], Sibt ibn Cövzi “Təzkirətul-xəvass”[4], Əllamə Gənci “Kifayətut-talib”[5], məşhur təfsir alimi Qurtubi “Təfsir”[6], Şəblənci “Nurul-əbsar”[7], Şeyx Süleyman Qunduzi “Yənabiul-məvəddət”[8] və digər alimlər öz kitablarında (yuxarıda qeyd etdiyimiz mətndən azacıq fərqlə) nəql etmişlər.
“Fəzailul-xəmsə”də bu hədis digər kitablardan, o cümlədən, İbn Əsirin “Usdul-ğabə”[9], İbn Həcərin “Əs-səvaiqul-muhriqə”[10] və Vahidinin “Əsbabun-nüzul”[11] kitablarından nəql edilmişdir.
Bu ayənin təfsirində nəql etdiyimiz hədisləri İbn Əbil-Hədid Mö’təzilinin rəvayəti ilə sona yetiririk. O, imam Əlinin (ə) fəzilətlərini qeyd edib, “səxavət” fəzilətinə çatdıqda, “Həl-əta” surəsinin ayələrinə işarə ilə yazır: “Təfsirçilərin nəqlinə görə, Əlinin (ə) yalnız dörd dirhəm pulu vardı. Allah yolunda onun birini gecə, birini gündüz, birini aşkar və birini də gizli infaq etdi. Bu zaman Allah-taala onun haqqında “infaq” ayəsini nazil etdi.”[12]
Qeyd olunduğu kimi, bu hadis də təfsirçilər arasında yekdil, qəbul edilən həm də məşhur bir hədisdir.

[1] “Şəvahidut-tənzil”, 1-ci cild, səh. 109-115.
[2] “Əd-durrul-mənsur”, 1-ci cild, səh. 363.
[3] “Zəxairul-üqba”, səh. 88.
[4] “Təzkirətul-xəvass”, səh. 17.
[5] “Kifayətut-talib”, səh. 108.
[6] “Təfsiri-Qurtubi”, 2-ci cild, səh. 1115, bəhs etdiyimiz ayənin təfsirində.
[7] “Nurul-əbsar”, səh. 105.
[8] “Yənabiul-məvəddət”, səh. 92.
[9] “Usdul-ğabə”, 4-cü cild, səh. 25.
[10] “Əs-səvaiqul-muhriqə”, səh. 78.
[11] “Əsbabun-nüzul”, səh. 64, “Fəzailul-xəmsə” kitabının nəqlinə görə, 1-ci cild, səh. 321-322.
[12] “Nəhcül-bəlağə”nin şərhi, İbn Əbil-Hədid, 1-ci cild, səh. 21.

 

 

22-“İYZA” (ƏZİYYƏT) AYƏSİ 24-“MƏHƏBBƏT” AYƏSİ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma