19-“UZUNUN-VAİYƏ” (EŞİDİB YADDA SAXLAYAN QULAQ) AYƏSİ

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
18-“SABİQUN” (ÖNDƏ OLANLAR) AYƏSİ20-“MƏVƏDDƏT” (MƏHƏBBƏT) AYƏSİ

 “Haqqə” surəsinin 12-ci ayəsində buyurulur:
لِنَجْعَلَهَا لَکُمْ تَذْکِرَةً وَتَعِیَهَا أُذُنٌ وَاعِیَةٌ
“Məqsəd bu idi ki, bunu (mö’minlərə Nuhun gəmisi ilə nicat verib, tufan vasitəsilə kafirləri məhv etməyimizi) sizə bir ibrət dərsi edək və dərk edən qulaq bunu (və bu kimi hadisələri) eşidib yadda saxlayacaq (ki, başqaları da ibrət götürsünlər)!”
Süyuti “Əd-durrul-mənsur” kitabında altı sənədlə məşhur səhabə Büreydədən nəql edir ki, Peyğəmbəri-əkrəm (s) Əliyə (ə) buyurdu:
اِنَّ اللهَ اَمَرَنِى اَنْ اُدْنِیَکَ وَلا اُقْصِیَکَ، وَاَنْ اُعَلِّمَکَ وَاَنْ تَعِىَ، وَحَقٌّ لَکَ اَنْ تَعِىَ، فَنَزَلَتْْ هذِهِ الآیَةُ وَتَعِیَها اُذُنٌ واعِیَةٌ:
“Allah-taala mənə əmr etdi ki, səni özümə yaxın bilim və özümdən uzaqlaşdırmayım, sənə tə’lim verim və səni saxlayım. Sən buna layiqsən!” Elə bu zaman bu ayə nazil oldu: “Dərk edən qulaq bunu eşidib yadda saxlayacaq!”[1]
Yenə həmin kitabda (Əbu Nəim İsfahaninin “Hilyətül-övliya” kitabından) imam Əlidən (ə) bunu nəql edir və Peyğəmbəri-əkrəmin (s) yuxarıda qeyd etdiyimiz sözlərdən (Büreydənin nəql etdiyi hədisdən) sonra belə buyurduğunu yazır: “Ya Əli! Sən mənim elmimi qoruyub-saxlayacaqsan!”[2]
Yenə həmin kitabda beş sənədlə Peyğəmbərin (s) Məkhul adlı xidmətçisindən belə nəql edir: “Dərk edən qulaq bunu eşidib yadda saxlayacaq” ayəsi nazil olduqdan sonra Peyğəmbər (s) buyurdu: “Rəbbimdən istəyirəm ki, eşidib yadda saxlayan qulaq Əlinin olsun!” Əli (ə) deyir: “Bundan sonra Allahın Peyğəmbərindən (s) elə bir söz eşitmədim ki, onu yaddan çıxarım!”[3]
Eləcə də, Zəməxşəri “Kəşşaf” kitabında qeyd etdiyimiz sonuncu hədisi iradsız nəql etmişdir.[4]
Digər təfsir alimləri də, o cümlədən, Fəxri-Razi “Kəbir”[5], Alusi “Ruhul-məani”[6], Borsui “Ruhul-bəyan”[7] və Qurtubi “Təfsiri-came”də[8] həmin ayənin təfsirində bu hədisi nəql etmişlər. Təbəri də “Təfsir” kitabında bu haqda bir sıra hədislər nəql etmişdir.[9]
Hakim Həskani “Şəvahidut-tənzil” kitabında bu ayənin təfsirində müxtəlif ravilərdən sonu Peyğəmbəri-əkrəmə (s) çatan on üç hədis nəql etmişdir. Bu hədislərdən bə’zisini Peyğəmbəri-əkrəmin (s) xidmətçisi Məkhuldan, bə’zisini Büreydədən, bə’zisini imam Əli ibn Əbi Talibdən (ə), bə’zisini Cabir ibn Abdullah Ənsaridən nəql etmişdir. Onların bir qismini nəzərdən keçirək:
Əbud-Dünyanın imam Əlidən (ə) nəql etdiyi bir hədisdə belə deyilir: ”Dərk edən qulaq bunu eşidib yadda saxlayacaq” ayəsi nazil olduqdan sonra Peyğəmbəri-əkrəm (s) mənə buyurdu: “Ya Əli! Mən Allahdan istəmişəm ki, o qulaq sənin qulağın olsun.” (Eşitdiklərini yadda saxlayıb, başqalarına çatdırasan.)[10]
Məkhuldan nəql olunan başqa bir hədisdə belə buyurulur: “Peyğəmbəri-əkrəm (s) “və təiyəha uzunun-vaiyəh” (Dərk edən qulaq bunu eşidib yadda saxlayacaq) ayəsini tilavət etdikdən sonra üzünü Əliyə (ə) tutub buyurdu: “Allahdan istəmişəm ki, eşidib yadda saxlayan qulaqlar sənin qulaqların olsun!” Əli (ə) deyir: “Ondan sonra Peyğəmbərdən (s) hər nə eşidirdimsə, yadımdan çıxmırdı!”[11]
Həmin kitabda Büreydə Əsləminin hədisi olduğu kimi nəql edilir. Nəhayət, Cabir ibn Abdullah Ənsarinin belə dediyi yazılır: “Bu ayə nazil olduqdan sonra Peyğəmbəri-əkrəm (s) Allahdan istədi ki, bu fəzilət Əliyə (ə) nəsib olsun və Peyğəmbərin (s) də bu istəyi qəbul oldu.”[12]
“Fəzailul-xəmsə”nin müəllifi bu hədisi qeyd edilən kitablardan əlavə, “Kənzül-ümmal”, “Nurul-əbsar”, “Məcməüz-zəvaid” (Heysəmi) və “Əsbabun-nüzul” (Vahidi) kitablarından da nəql etmişdir.[13]
Nəticə: İmamət, vilayət və Peyğəmbərin (s) canişinliyinin şərtlərinə, ilahi rəhbərlərin elm və bilikdən kifayət qədər bəhrələnməsinə, eləcə də, bəhs etdiyimiz ayənin təfsirində nəql olunan rəvayətlərə əsasən, imam Əli (ə) imamət və vilayət məqamına daha çox layiqdir!

[1] “Əd-durrul-mənsur”, 6-cı cild, səh. 260.
[2] Yenə orada.
[3] Yenə orada.
[4] “Kəşşaf”, 4-cü cild, səh. 600.
[5] “Kəbir”, 30-cu cild, səh. 107.
[6] “Ruhul-məani”, 29-cu cild, səh. 43.
[7] “Ruhul-bəyan”, 10-cu cild, səh. 136.
[8] “Təfsiri-came”, 10-cu cild.
[9] “Təfsiri-Təbəri”, 29-cu cild, səh. 35.
[10] “Şəvahidut-tənzil”, 2-ci cild, səh. 271.
[11] Yenə orada, səh. 277, hədis: 1015.
[12] Yenə orada, səh. 280, hədis: 1019.
[13] “Fəzailul-xəmsə”, 1-ci cild, səh. 320-321.

 

18-“SABİQUN” (ÖNDƏ OLANLAR) AYƏSİ20-“MƏVƏDDƏT” (MƏHƏBBƏT) AYƏSİ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma