"SƏQƏLEYN" HƏDİSİNDƏN ANLAŞILAN MÜHÜM NÖQTƏLƏR

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
Xülasə və nəticə:YALNIZ BİR SUAL

Bu hədis müsəlmanların qarşısında bir neçə mühüm üfüq açır. Burada onların bir qismini nəzərdən keçirəcəyik:
1. Qur’an və Əhli-beyt (ə) həmişə birgədir, heç vaxt bir-birindən ayrılmayacaq. Qur’anın həqiqətlərilə tanış olmaq istəyənlər Əhli-beytə (ə) sığınmalıdır.
2. Qur’ani-kərimin hökmlərinə itaət etmək müsəlmanlara qeyd-şərtsiz vacib olduğu kimi, Əhli-beytə (ə) itaət də qeyd-şərtsiz vacibdir.
3. Əhli-beyt (ə) mə’sum və günahsızdır; Onların Qur’andan ayrılmaması, həm də onlara qeyd-şərtsiz itaətin vacibliyi onların mə’sum olduğunu, günah, xəta və səhvə yol vermədiyini göstərir. Əgər onların günah, yaxud xətası olsa, Qur’andan ayrılarlar və onlara itaət müsəlmanları azğınlıqdan saxlamaz. Hədisdə qeyd olunduğu kimi, Əhli-beytə (ə) itaətlə günahlardan uzaqlaşmaq, onların günahsız olmasına başqa bir dəlildir.
4. Daha mühüm məsələ budur ki, Peyğəmbəri-əkrəmin (s) buyuruğu qiyamətə qədər bütün müsəlmanlar üçün öz gücündədir: Bu iki əmanət “Kövsər” hovuzunda mənə qovuşanadək bir-birindən ayrılmayacaq. Bu isə açıq-aşkar göstərir ki, tarix boyu Əhli-beytdən (ə) bir nəfər mə’sum və günahsız rəhbər həyatda olacaq. Qur’ani-kərim həmişə hidayət çırağı olduğu kimi, onlar da həmişə hidayət çıraqlarıdır. Buna görə də hər əsrin ilahi imam və rəhbərini tanımaq lazımdır.
5. Bu hədisdən başa düşülür ki, Əhli-beytdən (ə) ayrılmaq, yaxud qabağa keçmək azğınlıqla nəticələnir. Heç vaxt şəxsi istəyi onların istəyindən üstün tutmaq olmaz.
6. Onlar hamıdan üstün və fəzilətli, elmli və biliklidirlər.
Diqqəti cəlb edən məsələ budur ki, hicri-qəməri tarixlə 9-10-cu əsr alimi və Vəfaul-vəfa kitabının müəllifi Səmhudi Şafei Cəvahirul-əqdeyn kitabında Səqəleyn hədisi barədə yazır: Bu hədis göstərir ki, qiyamətə qədər hər bir dövrdə Əhli-beytdən bir nəfər var və ona itaət edilməlidir.
***

Xülasə və nəticə:YALNIZ BİR SUAL
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma