İMAM ALLAH TƏRƏFİNDƏN TƏ’YİN OLUNUR

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
İMAMLARA XAS XÜSUSİYYƏTLƏR PEYĞƏMBƏR VƏ İMAMLARIN “TƏKVİNİ” VİLAYƏTİ

İmamın xüsusiyyətləri və peyğəmbərlərə bir çox cəhətlərdən oxşarlığından belə nəticə çıxarırıq ki, mə’sum imamlar (Peyğəmbərin (s) canişinləri) Allah tərəfindən tə’yin olunmalıdır. Başqa sözlə, burada nə camaatın, nə ümmətin icmasının, nə də xüsusi bir qrupun müdaxilə etməyə haqqı yoxdur. Çünki imamın ismət məqamı, qeyri-adi elmi və Allahdan başqa kimsənin xəbərdar olmadığı digər xüsusiyyətləri vardır ki, bunlarsız imamət məqamı təsəvvür olunmur. Kim deyə bilər ki, filankəs xəta və günahdan uzaqdır, onun elmi bütün şər’i və həyati məsələləri əhatə edir?! Hətta imamın yuxarıda qeyd etdiyimiz bir neçə xüsusiyyətinin ayırd edilməsi insanların əksəriyyəti, bə’zən də hamısı üçün çətin və qeyri-mümkündür. Nəticə çıxarırıq ki, imamın tə’yini məhz Allah tərəfindən olmalıdır. Allahın tə’yini üç yolla həyata keçir:
1. Peyğəmbər (s), yaxud əvvəlki mə’sum imam öz canişinini Allahın əmrilə tə’yin etməli və bunu insanlara çatdırmalıdır. Həqiqətdə, o da Allahın əmrini xalqa çatdırmaqda yalnız vasitə rolunu oynayır.
2. “Nübüvvət”in şərtlərində qeyd olunduğu kimi, mö’cüzəli iş, kəramət göstərməyə qadir olmalıdır; belə ki, ilahi rəhbər və imam bəşərin qüdrətindən xaric olan xariqüladə işləri bacarmalı və bu işə məhz başqaları onu qəbul etmədikdə, əl atmalıdır. Lakin bu məsələdə peyğəmbər peyğəmbərlik, imam da imamət iddiası ilə çıxış etməlidir. Başqa sözlə, imam olduğunu iddia edən şəxs xariqüladə bir işi peyğəmbərlik yox, imamət iddiası ilə həyata keçirməlidir. Şübhəsiz, belə bacarıq ona Allah tərəfindən əta olunur. Hikmətli və hər şeyi bilən Allah bu imkanı yalançı iddiaçıların ixtiyarına əsla verməz.
3. “Nübüvvət” şərtlərində deyildiyi kimi, əlamətlərin müşahidəsi ilə imam müəyyən olur; belə ki, bir sıra xüsusiyyətləri müşahidə etməklə mə’sum imam və ilahi rəhbəri tanımaq olar. Həmin şəxsin elm və biliyi, əxlaqi səciyyələri, insani keyfiyyətləri, keçmişi, əməlləri, danışığı və fikirləri birlikdə mə’sum imam və Peyğəmbərin (s) canişinini aşkara çıxarır.[1]



[1] Əlavə mə’lumat əldə etmək istəyənlər “Peyami-Qur’an” kitabının 7-ci cildinin, 303-309-cu səhifələrinə müraciət etsinlər.

İMAMLARA XAS XÜSUSİYYƏTLƏR PEYĞƏMBƏR VƏ İMAMLARIN “TƏKVİNİ” VİLAYƏTİ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma