QUR’AN VƏ LÜĞƏTDƏ “İMAM” SÖZÜ

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
İMAMƏT BƏHSLƏRİ NƏ VAXTDAN BAŞLANDI?QUR’ANİ-KƏRİMDƏ İMAMƏT MƏQAMI

Lüğət alimlərinin qeyd etdikləri kimi, “imam” sözü fe’ldən əmələ gələn mücərrəd isimdir və insanın diqqət mərkəzində saxladığı, ardınca düşərək tələb etdiyi hər bir şeyə aid edilir. Bu söz müxtəlif yerlərdə ayrı-ayrı mə’naları ifadə edir. Məsələn, bə’zən “imam cümə”, ”imam camaat”, “hidayət imamı”, bə’zən də “zəlalət imamı” kimi müəyyən mə’nalar nəzərdə tutulur.[1]
Bu söz əslində “niyyət etmək” mə’nasını daşıyan “əmm” sözündən götürülmüşdür. “Məqayisul-lüğət” kitabında yazılır: “Ümm” əsl, mərcə, camaat və din mə’nalarını bildirir, iqtida olunan və hər bir işdə qabaqcıl şəxsə “imam” deyilir. “İmam” sözü “ön” mə’nasında da işlədilmişdir.”
“Lisanul-ərəb” kitabında “imam” sözünün bir çox mə’naları qeyd edilmişdir. O cümlədən, qabaqcıl, müəllim, evin bünövrəsini qurmaq üçün istifadə olunan ip (vəsait), yol, hər bir şeyin ön hissəsi və s.
Lakin belə nəzərə çarpır ki, “Ət-təhqiq” kitabının müəllifinin yazdığı kimi, bütün bu mə’naların batinində müəyyən məqsədlə niyyət etmək mə’nası var. Hətta ərəb dilində anaya “ümm” deyilməsinin səbəbi hər bir şeyin əsas və kökünün “ümm” adlanmasıdır. Həm də o, insanın məqsəd və diqqət mərkəzindədir. Həmçinin iqtida olunan şəxs mə’nasında imam o kəslərə deyilir ki, camaat xüsusi meyl və məqsədlə onlara üz tutur.
Bunu da deməliyik ki, Qur’ani-kərimdə bu söz və onun cəm forması olan “əimmə” sözü düz on iki dəfə – yeddi dəfə tək, beş dəfə isə cəm halda işlədilmişdir. Qur’ani-kərimin ayələrindən birində bu söz “lövhi-məhfuz” mə’nasında işlədilmişdir:
کُلَّ شَیْءٍ اَحْصَیْنَاهُ فِى إِمامٍ مُبِینٍ
“Hər bir şeyi aşkar imamda – (lövhi-məhfuzda) sayıb hesabladıq!”[2]
Başqa bir ayədə bu söz yol mə’nasında işlədilir:
وَإِنَّهُمَا لَبِإِمَامٍ مُّبِینٍ
“Hər ikisi (Lut və Şüeyb qövmlərinin yaşadıqları şəhərlər Şama doğru gedən sizlərin) açıq-aşkar yolunuz üzərindədir!”[3]
Çünki insan məqsədə nail olmaq üçün yola əhəmiyyət verir.
Qur’anın başqa iki ayəsində bu sözlə yəhudi qövmünə örnək və qabaqcıl şəriət olan Tövrata işarə edilir və buyurulur:
وَمِن قَبْلِهِ کِتَابُ مُوسَى إِمَامًا وَرَحْمَةً
“Bundan qabaq Musanın kitabı onlara rəhbər və rəhmət idi.”[4]
Bu söz beş ayədə ilahi və saleh rəhbərlərə aid edilmişdir. O cümlədən:
قَالَ إِنِّی جَاعِلُکَ لِلنَّاسِ إِمَامًا
“Allah İbrahimə buyurdu: “Mən səni insanlara imam tə’yin etdim!”[5]
Başqa bir ayədə bir qrup peyğəmbərlər haqda buyurulur:
وَجَعَلْنَاهُمْ أَئِمَّةً یَهْدُونَ بِأَمْرِنَ
“Biz onları öz əmrimizlə (camaatı ) doğru yola yönəldən imamlar və qabaqcıllar tə’yin etdik!”[6]
Ümumi mə’nada bu məfhum “Furqan” surəsinin 74-cü, “Qəsəs” surəsinin 5-ci və “Səcdə” surəsinin 24-cü ayələrində də müşahidə olunur.
Başqa bir ayədə isə küfr və zəlalət rəhbərləri nəzərdə tutulur. Ayədə buyurulur:
فَقَاتِلُواْ أَئِمَّةَ الْکُفْرِ
“Belə isə küfr rəhbərləri ilə döyüşün!”[7]
Digər bir ayədə geniş mə’nada həm hidayət, həm də zəlalət rəhbərlərinə işarə olunur və buyurulur:
یَوْمَ نَدْعُو کُلَّ أُنَاسٍ بِإِمَامِهِمْ
“O gün (qiyamətdə) hər tayfanı öz rəhbərləri ilə birgə çağıracağıq!”[8]
Ümumiyyətlə, Qur’ani-kərimdə “imam” sözü müxtəlif mə’nalarda on iki dəfə işlədilmişdir.
***

[1] “Ət-təhqiq”, “əmm” kökü.
[2] “Yasin” surəsi, ayə: 12.
[3] “Hicr” surəsi, ayə: 78.
[4] “Əhqaf” surəsi, ayə: 12 və “Hud” surəsi, ayə: 17.
[5] “Bəqərə” surəsi, ayə: 124.
[6] “Ənbiya” surəsi, ayə: 73.
[7] “Tövbə” surəsi, ayə: 12.
[8] “İsra” surəsi, ayə: 71.

İMAMƏT BƏHSLƏRİ NƏ VAXTDAN BAŞLANDI?QUR’ANİ-KƏRİMDƏ İMAMƏT MƏQAMI
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma