Burada daha iki irad qalır:

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
"ULİL-ƏMR" (ƏMR SAHİBLƏRİ) AYƏSİRƏVAYƏTLƏRDƏ ÜMUMİ İMAMƏT VƏ VİLAYƏT

1. Əgər əmr sahiblərinin məfhumu mə’sum imamlara şamildirsə, bu cəm formasında işlənən uli (sahiblər) sözü ilə uyğun gəlmir. Çünki şiələrin əqidəsinə əsasən, mə’sum imam eyni dövrdə bir nəfərdən çox ola bilməz.
Cavab: Bu irada ötən bəhslərdə cavab verildi. Belə ki, eyni zamanda mə’sum imamın bir nəfərdən artıq olmaması doğrudur. Lakin ayə bütün zamanlara aid edildikdə mə’sum imamlar bir qrup təşkil edirlər. Ərəb dilində buna bənzər ifadələr çoxdur. Məsələn, Əssəlamu əleykum və əla ərvahikum və əcsadikum (Sizə, sizin ruh və cismlərinizə salam olsun!) deyən, kimsə bu salama irad tutub, “insan bir ruh və bir cisimdən ibarət olduğu halda, nə üçün ruh və cisim cəm formada işlənmişdir” demir. Çünki buradakı cəm forması onların məcmusuna işarədir.
Deməli, Peyğəmbəri-əkrəmin (s) hər dövrdə bir mə’sum canişini olmasına baxmayaraq, bütün zamanları nəzərə almaqla (onların sayı çox olduğundan) ayədə əmr sahibləri cəm formada işlədilmişdir.
2. Peyğəmbəri-əkrəmin (s) dövründə mə’sum imam olmadığından, ona itaət əmri necə mümkündür?
Cavab: Əgər bu ayə yalnız Peyğəmbəri-əkrəmin (s) öz dövrünə aid olsaydı, belə bir irad mümkün idi. Lakin onun bütün müsəlmanlar üçün qiyamət gününə qədər ümumi bir göstəriş olduğuna diqqət yetirdikdə bu şübhə aradan qalxır. Peyğəmbəri-əkrəmin (s) dövründə əmr sahibi o həzrətin özü, sonrakı dövrlərdə isə mə’sum imamlardır. Bu belə bir ifadəyə bənzəyir: Peyğəmbər və onun canişinlərinə itaət etmək müsəlmanların vəzifəsidir! Bu əmr canişinlərin məhz o həzrətin dövründə olduğunu göstərmir.
Qeydlərimizi şiə və sünni kitablarında bu ayənin təfsirində həzrət Əli (ə) və digər mə’sum imamlara aid gələn bir neçə hədisə qısa şəkildə işarə etməklə yekunlaşdırırıq.
Şeyx Süleyman Qunduzi Hənəfi Yənabiul-məvəddət kitabında Mücahidin təfsir kitabından belə nəql edir: “Allaha, Peyğəmbərə və sizlərdən olan əmr sahiblərinə itaət edin” ayəsi Əli (ə) barəsində nazil olmuşdur. Bu ayə nazil olarkən Peyğəmbəri-əkrəm (s) onu (Təbuk müharibəsində) Mədinədə öz canişini tə’yin etmişdi.
Həmçinin imam Əlidən (ə) belə nəql edir ki, o həzrət mühacir və ənsar[1] qrupları ilə söhbət zamanı bu ayəni onlara dəlil gətirdikdə, onlar heç bir e’tiraz etməyib susdular.[2]
Şəvahidut-tənzil kitabında Hakim Həskaninin əmr sahiblərinin təfsiri ilə əlaqədar imam Əlidən (ə) belə bir hədis nəql olunmuşdur:
یا نَبِىَّ اللهِ مَنْ هُمْ؟ قالَ اَنْتَ اَوَّلُهُمْ
Mən Peyğəmbəri-əkrəmdən (s) Ya Peyğəmbər, onlar kimlərdir, deyə soruşduqda, o həzrət buyurdu: Sən onların birincisisən![3]
Bu ayənin mə’sum imamlara aid olması ilə əlaqədar Əhli-beytdən (ə) çoxlu rəvayət nəql olunmuş, onların hər birində əmr sahiblərinin mə’sum imamlardan ibarət olduğu açıqlanmışdır.[4]
 
 [1] İslam peyğəmbərinin (s) Mədinə şəhərinin yerli sakinlərindən olan səhabələri “ənsar” (yardımçılar) və Məkkə şəhərindən gələn səhabələrə isə “mühacirlər” (hicrət və köç edənlər) adlandırılmışlar. (Müt.)
[2] Yənabiul-məvəddət, səh. 114-116.
[3] Şəvahidut-tənzil, 1-ci cild, səh. 148, Beyrut çapı.
 [4] Əlavə mə’lumat əldə etmək istəyənlər Burhan təfsirinin 1-ci cildinin 381-387 və Kənzüd-dəqaiq kitabının 3-cü cildinin 437-452-ci səhifələrinə müraciət edə bilərlər.

 

"ULİL-ƏMR" (ƏMR SAHİBLƏRİ) AYƏSİRƏVAYƏTLƏRDƏ ÜMUMİ İMAMƏT VƏ VİLAYƏT
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma