“MÜBAHİLƏ”NİN ƏHƏMİYYƏTİ

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
“MÜBAHİLƏ” HƏDİS ALİMLƏRİNİN KƏLAMLARINDA “MÜBAHİLƏ” AYƏSİ VƏ İRADLAR

“Mübahilə” hadisəsi İslam peyğəmbərinin (s) risalətinin doğru və haqq olduğunu göstərən aydın bir nişanə və dəlildir. Çünki Allahla qəti və mə’nəvi əlaqəsi olmayan şəxsin belə təhlükəli işə razı olması mümkün deyildir. Peyğəmbəri-əkrəm (s) çəkinmədən müxaliflərinə deyir ki, gəlin, birlikdə dua edib Allahdan yalançıları rüsvay etməsini diləyək. Bunun mə’nası odur ki, sözsüz, mənim nifrin və qarğışım sizi tutacaq və siz bunun nəticəsini görəcəksiniz!
Şübhəsiz, belə bir meydana girmək asan iş deyil; əgər qarğış Allah dərgahında qəbul olunmasa və qarşı tərəf cəzasına çatmasa, bu özü böyük rüsvayçılıq olar. Heç bir ağıllı insan qarşı tərəfin məğlub olacağına inanmadan belə bir işə əl atmaz. Məhz bu səbəbdən də rəvayətlərdə deyildiyi kimi, mübahilədən söz düşdükdə, Nəcran xristianları Peyğəmbəri-əkrəmdən (s) bir qədər fikirləşmək üçün möhlət istədilər. Onlar Peyğəmbərin (s) özü ilə gətirdiyi şəxslərin yalnız dörd nəfərdən ibarət olduğunu, səs-küy salmadan, qəti inam və xatircəmliklə və’d edilmiş yerə gəldiyini gördükdə, dəhşətə gələrək mübahilədən boyun qaçırdılar və o həzrətin haqq olduğuna inanmaqla əzabdan amanda qaldılar.
Digər tərəfdən bu ayə Peyğəmbərin (s) Əhli-beytinin (Əli, Fatimə, Həsən və Hüseynin (ə)) yüksək məqama malik olduğunu göstərən ən aydın və möhkəm sübutdur. Şübhəsiz, ayədə qeyd olunan “əbnaəna” (oğullarımız) sözündə məqsəd imam Həsən və imam Hüseyn (ə), “nisaəna” (qadınlarımız) sözündə məqsəd Fatimeyi-Zəhradır (ə.s). “Ənfüsəna” (özümüz) sözünə gəldikdə isə, şübhəsiz məqsəd təkcə Peyğəmbəri-əkrəmin (s) özü deyil. Çünki ayədə “özümüzü də’vət edək” ifadəsi vardır ki, əgər yalnız Peyğəmbər (s) nəzərdə tutulsaydı, onda insanın öz-özünü də’vət etməsinin heç bir mə’nası olmazdı. Buna əsasən, yeganə yol budur ki, belə deyək: “Məqsəd yalnız Əlidir (ə)!”
Fəxri-Razi bu ayənin təfsirində şiə alimi Mahmud ibn Həsən Həmsidən maraqlı bir mətləb nəql edir. O, bu ayəyə əsasən, Əlinin (ə) Peyğəmbərdən (s) sonra bütün peyğəmbər və səhabələrdən fəzilətli olduğunu sübut edərək deyir: “İnsanın öz-özünü müəyyən bir işə də’vət etməsi qeyri-mümkündür. Buna əsasən, “ənfüsəna”da (özümüzdən) məqsəd başqa bir şəxsdir. Alimlər də yekdil fikirdədirlər ki, həmin şəxs yalnız Əlidir (ə). Buna əsasən, Əli (ə) Peyğəmbərin (s) özü kimidir. Şübhəsiz, eynən onun kimi olmasa da, o həzrətin peyğəmbərlik məqamını, eləcə də, bütün insanlardan üstünlüyünü istisna etməklə, bütün xüsusiyyətlərdə onun kimidir. Əgər Peyğəmbəri-əkrəm (s) bütün peyğəmbərlərdən üstün və fəzilətlidirsə, deməli, Əli (ə) də onların hamısından fəzilətli olmalıdır.” Sonra o, öz kəlamını sona yetirərək hamının qəbul etdiyi Peyğəmbər (s) hədisinə istinad edir:
مَنْ اَرادَ اَنْ یَرَى آدَمَ فِى عِلْمِهِ وَ نُوحاً فِى طاعَتِهِ وَ اِبْراهِیمَ فِى خُلَّتِهِ وَمُوسى فِى هَیْبَتِهِ وَ عِیسى فِى صَفْوَتِهِ، فَلْیَنْظُر اِلى عَلِىِّ بْنِ اَبِیطالِبٍ (ع):
“Hər kəs Adəmin elmini, Nuhun (Allaha) itaətini, İbrahimin dostluğunu, Musanın heybətini, İsanın pak və saflığını görmək istəyirsə, Əli ibn Əbi Talibə (ə) baxsın!” Bu hədisdə göstərilir ki, Əli (ə) müqəddəs insanların ayrı-ayrılıqda malik olduqları xislətlərin hamısına sahib idi!
Fəxri-Razi bundan sonra yazır: “Həm keçmişdə, həm də indinin özündə şiələr də bu ayəyə istinad edərək, Əlini (ə) Peyğəmbərin (s) nəfsi və özü kimi bilirlər. Belə ki, bu ifadə onun Peyğəmbəri-əkrəmin (s) bütün xüsusiyyətlərinə malik olduğunu və bütün səhabələrdən üstünlüyünü göstərir. Buna əsasən, Əli (ə) hamıdan fəzilətli sayılır.[1]
Fəxri-Razi bu dəlili qeyd etdikdən sonra onun üstündən asanlıqla keçərək, yalnız belə bir cavabla kifayətlənir: “Bütün müsəlmanlar Məhəmmədi (s) Əli ibn Əbi Talibdən fəzilətli bildikləri kimi, hər bir peyğəmbərin də peyğəmbər olmayanlardan üstün və fəzilətli olduğunu bilirlər. Şübhəsiz, Əli peyğəmbər deyildir. Nəticə alırıq ki, digər ilahi peyğəmbərlər də Əlidən üstün və fəzilətlidirlər.”[2]
Fəxri-Razinin sözlərindən mə’lumdur ki, onun möhkəm və tutarlı dəlili yoxdur. Sanki o, səhifənin boş qalmaması üçün bir söz yazmaq istəmişdir. Halbuki “hər bir ilahi peyğəmbər qeyri-peyğəmbərdən üstün və fəzilətlidir” fikri qəti söz deyil. Çünki bu üstünlük yalnız vəhy məsələsində şübhəsizdir. Lakin vəhydən başqa hallarda Peyğəmbəri (s) istisna etməklə, digər peyğəmbərlərdən üstün və fəzilətli bir ilahi insanın olması ehtimalı vardır. Bir də bizim söhbətimiz imam Əlinin (ə) İslam ümmətində olan üstünlük və fəzilətləridir. Burada isə həzrətin digər peyğəmbərlərdən fəzilətli olmasını sübut etməyə ehtiyac yoxdur.
Beləliklə, “mübahilə” ayəsinə və onunla bağlı “mütəvatir” hədislərə əsasən, fəzilətli şəxsin Peyğəmbərin (s) xilafət və canişinliyinə daha layiq olduğu aydınlaşır. Çünki Allah-taala heç vaxt daha üstün və fəzilətli, eləcə də, Peyğəmbərin (s) canı kimi olan şəxsi mə’mum və mürid, ondan aşağı olan şəxsi isə imam və rəhbər etməz!
Bu məsələdə (bizim e’tiqadımıza görə) imamın Allah, yaxud (əhli-sünnənin e’tiqadına görə) camaat tərəfindən seçilməsində heç bir fərq yoxdur. Çünki birinci surətdə Allah-taala heç vaxt fəzilətli şəxsi ondan aşağı olan şəxsdən üstün bilməz. İkinci surətdə isə sağlam kütlə heç vaxt ağılın qəti hökmünə qarşı çıxmaz; əgər belə bir iş tutsa, qətiyyən bəyənilməz və məqbul sayılmaz.

[1] “Kəbir” təfsiri, 8-ci cild, səh. 81.
[2] Yenə orada.

“MÜBAHİLƏ” HƏDİS ALİMLƏRİNİN KƏLAMLARINDA “MÜBAHİLƏ” AYƏSİ VƏ İRADLAR
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma