1-“QƏDİR-XUM” HƏDİSİNDƏKİ “MÖVLA” SÖZÜNÜN TƏFSİRİ

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
“TƏBLİĞ” AYƏSİ ÜZƏRİNDƏ YENİ BİR TƏHLİL2-“QƏDİR-XUM” HƏDİSİNİ TƏSDİQ EDƏN DİGƏR AYƏLƏR

Biz “təvatür” həddində olan “Qədir-Xum” hədisini qısa şəkildə bəyan etdik. Peyğəmbərin (s) bu hədisdə buyurduğu “Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır” kəlamı çox həqiqətləri aydınlaşdırır.
Əhli-sünnə alimlərinin bir çoxu “mövla” sözünü “dost” mə’nasına təfsir etməyə çalışsalar da[1], müxtəlif dəlillər göstərir ki, hədisdə bəyan olunan “mövla” sözü “vəli”, “başçı” və “rəhbər” mə’nasını ifadə edir. Bu dəlillərin bir qismini nəzərdən keçirək:
1. O zaman imam Əlinin (ə) bütün mö’minlərlə dostluq məsələsi elə də gizli və üstüörtülü bir məslə deyildi ki, bu qədər tə’kidə ehtiyac olsun. Əgər məqsəd Əlini sevməkdirsə, onda o böyük karvanın quru və yandırıcı bir səhrada dayandırılıb, Peyğəmbərin (s) uzun bir xütbə oxumasına və camaatdan ardıcıl e’tiraf istəməsinə nə ehtiyac var idi?! Həm də Qur’anda açıq-aşkar buyurulur ki, mö’minlər bir-birlərilə qardaşdır.[2] Həmçinin başqa bir ayədə buyurulur: “Mö’min kişilər və mö’min qadınlar bir-birinin dostudur!”[3]
Bir sözlə, İslamda qardaşlıq və müsəlmanların bir-birilə dostluğu bu dinin aydın məsələlərindəndir. Bu İslamın ilk çağlarından olmuş, Peyğəmbər (s) də dəfələrlə bunu tə’kid etmişdir. Bundan əlavə, dostluq və qardaşlıq elə məsələlərdən deyil ki, Peyğəmbərin (s) onu bəyan etməsilə canı təhlükəyə düşsün.
2. Peyğəmbəri-əkrəmin (s) buyurduğu “Ələstu ovla bikum min ənfusikum” (Mən sizə özünüzdən daha artıq ixtiyar sahibi deyiləmmi?) sualı əksər rəvayətlərdə nəql olunmuşdur və bu sadə bir dostluğu bəyan etməklə əsla uyğunlaşmır. Əksinə o həzrət bununla demək istəyirdi ki, mənimlə Əlinin (ə) sizin üzərinizdə olan ləyaqət, ixtiyar və rəhbərliyimiz eynidir. Burada bundan başqa bir təfsir yürütmək insafsızlıq və həqiqətdən uzaqdır.
3. Bu tarixi hadisədə camaat, xüsusilə Əbu Bəkr və Ömər tərəfindən Əliyə (ə) deyilən təbriklər həzrətin xilafət məqamına nail olmasını bir daha təsdiqləyir. Çünki ümumi şəkildə bütün müsəlmanlara dostluq məsələsinin e’lan olunmasında təbrikə ehtiyac duyulmur. Əhmədin “Müsnəd” kitabında yazılır: “Ömər, Peyğəmbərin (s) bəyanatından sonra Əliyə dedi:
هَنِیئاً یَابْنَ اَبِیطالِبٍ اَصْبَحْتَ وَاَمْسَیْتَ مَوْلى کُلِّ مُؤمِنٍ وَ مُؤمِنَةِ:
“Afərin sənə, ey Əbu Talibin oğlu! Sən hər bir mö’min kişi və qadının mövlası oldun.”[4]
Fəxri-Razinin “təbliğ” ayəsinin təfsirində yazdığı ifadə də belədir: “Ömər dedi:
هَنِیئاً لَکَ اَصْبَحْتَ مَوْلاىَ وَ مَوْلى کُلِّ مُؤمِنٍ وَ مُؤمِنَةِ:
“Afərin sənə! Sən mənim və bütün mö’min kişi və qadınların mövlası oldun!”
Beləliklə, Ömər onu özünün və bütün mö’minlərin mövlası hesab etdi.”
“Tarixi-Bağdad” kitabında Ömərin belə dediyi nəql olunur: “Afərin, afərin olsun sənə, ey Əbu Talibin oğlu! Sən mənim və bütün müsəlmanların mövlası oldun.”[5]
“Feyzül-qədir” və “Əs-səvaiq” kitablarında da yazılır ki, bu təbriki Əliyə (ə) həm Əbu Bəkr, həm də Ömər demişdir.[6]
Aydındır ki, mö’minlər arasındakı sadə dostluğun bəyanı üçün böyük bir mərasim qurulmasına ehtiyac yoxdur. Deməli, hədisdəki “vilayət” sözü xilafətdən başqa bir mə’na daşıya bilməz.
4. Öncə qeyd etdiyimiz Həssan ibn Sabitin aydın ifadələrlə zəngin şe’ri bizim müddəamıza canlı bir şahiddir.
***

[4] Çünki bu sözün mə’nalarından biri də budur və biz də bunu qəbul edirik.
[5] “Hücurat” surəsi, ayə: 10.
[6] “Tövbə” surəsi, ayə: 71.
[7] “Müsnədi-Əhməd”, 4-cü cild, səh. 281. (“Fəzailul-xəmsə” kitabından nəqlən, 1-ci cild, səh. 432.
[8] “Tarixi-Bağdad”, 7-ci cild, səh. 290.
[9] “Feyzül-qədir”, 6-cı cild, səh. 217 və “Əs-səvaiq”, səh. 107.

 

“TƏBLİĞ” AYƏSİ ÜZƏRİNDƏ YENİ BİR TƏHLİL2-“QƏDİR-XUM” HƏDİSİNİ TƏSDİQ EDƏN DİGƏR AYƏLƏR
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma