7-“SİQAYƏTÜL-HACC” (HACILARA SU VERMƏ) AYƏSİ

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
Nəticə:8-“SALİHUL-MU’MİNİN” (MÖ’MİNLƏRİN ƏMƏLİSALEHİ) AYƏSİ

“Bəraət” surəsinin 19-cu ayəsində buyurulur:
أَجَعَلْتُمْ سِقَایَةَ الْحَاجِّ وَعِمَارَةَ الْمَسْجِدِ الْحَرَامِ کَمَنْ آمَنَ بِاللّهِ وَالْیَوْمِ الآخِرِ وَجَاهَدَ فِی سَبِیلِ اللّهِ لاَ یَسْتَوُونَ عِندَ اللّهِ وَاللّهُ لاَ یَهْدِی الْقَوْمَ الظَّالِمِینَ
“Yoxsa siz hacılara su verməyi və Məscidül-Həramı tə’mir etməyi Allaha və qiyamət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni bilirsiniz?! Onlar Allah yanında eyni deyillər. Allah zalım tayfanı hidayət etməz.”
Hakim Həskani Hənəfi “Şəvahidut-tənzil” kitabında müxtəlif sənədlərlə bu ayənin imam Əli (ə) haqda nazil olduğunu göstərən ondan çox rəvayət nəql etmişdir. Rəvayətlərin birində Ənəs ibn Malikdən belə nəql edir: “Abbas ibn Əbdül-Müttəliblə Şeybə (Allah evinin qarovulçusu) hər biri özünün üstün və fəzilətli olduğunu deyəndə, Əli onların yanına gəldi. Abbas dedi: “Qardaşoğlu, dayan, sənə sözüm var!” Əli dayandı. Abbas dedi: “Şeybə mənə deyir ki, mən səndən üstün və şərafətliyəm!” Əli (ə) buyurdu: “Əmican! Sən ona nə cavab verdin?” Abbas dedi: “Dedim ki, mən Peyğəmbərin (s) əmisi, onun atasının vəsisi və hacıları su ilə tə’min edənəm! Buna görə də mən səndən üstünəm.” Əli (ə) üzünü Şeybəyə tutub buyurdu: “Bəs, sən ona nə dedin?” Şeybə dedi: “Dedim ki, mən səndən şərafətliyəm; çünki mən Kə’bəni qorumaqla Allaha əmanətdarlıq edirəm. Onun evinin qapısını açıb-bağlamaq mənim öhdəmdədir. Əgər Abbas şərafətli olsaydı, bu işə o seçilər və onu əmanətdar bilərdilər!”
Əli (ə) buyurdu: “Mən isə fəxr edirəm ki, bu ümmətin içərisində Peyğəmbərə (s) iman gətirən, hicrət edən və cihad edən birinci şəxsəm!”
Nəhayət, onların hər üçü Peyğəmbərin (s) yanına gedib, öz sözünü ərz etdi. Peyğəmbər (s) onlara heç bir cavab vermədi. Onlar geri qayıtdılar. Bir neçə gündən sonra bu haqda vəhy nazil oldu. Bu zaman Peyğəmbər (s) onların yanına gedib, yuxarıdakı ayəni tilavət etdi.”[1]
Bu hadisə azacıq fərqlə digər rəvayətlərdə də bəyan edilmişdir. Onların bə’zisində belə nəql olunur: “Abbas həmin ayənin nazil olduğunu eşitdikdə, üç dəfə “biz təslimik” dedi.”
Hakim Həskanidən başqa alimlər də bunu öz kitablarında geniş, ya qısa şəkildə nəql etmişlər. Aşağıda adı çəkilən alimləri misal göstərmək olar:
–Təbəri: “Təfsir” kitabında, Ənəs ibn Malikdən[2];
–Vahidi: “Əsbabun-nüzul” kitabında[3];
–Qurtubi: “Təfsir” kitabında[4];
–Fəxri-Razi: “Kəbir” təfsirində[5];
–Xazin: “Xazin” təfsirində[6];
–Əbul-Bərəkat Nəsəfi: “Təfsir” kitabında[7];
–İbn Səbbağ Maliki: “Füsulul-muhimmə” kitabında[8];
Əhli-sünnənin öz hədisləri əsasında yazılmış “Əd-durrul-mənsur” kitabında haqqında danışılan ayənin imam Əli (ə) barəsində nazil olması ilə bağlı həm yuxarıdakı rəvayət, həm də başqa rəvayətlər nəql edilmişdir.[9]
Burada bir sual qarşıya çıxır: Məgər, müsəlmanların öz üstünlüklərini bir-birlərinə deyib, onunla qürrələnməsi İslamda məzzəmət olunmayıbmı? Əgər bu iş pis və bəyənilməzdirsə, nə üçün Əli (ə) bu işi görüb?
Burada bir incəliyə diqqət yetirdikdə sualın cavabı aydın olur. Bə’zən insanlar dəyərləri müəyyənləşdirərək səhvə düçar olur, həqiqi dəyəri buraxıb, qiymətsiz işlərin ardınca düşürlər. Belə bir şəraitdə insanın öz üstünlüyünü bəyan etməsi nəinki eyib deyil, hətta onun üzərinə düşən vəzifədir. Məsələn, məclisdə bir nəfər fəxrlə böyük imarət tikdirdiyini, başqa birisi idarə rəisi olduğunu deyərkən, məclisin bir guşəsində əyləşən şəxsin həqiqi dəyərləri göstərmək üçün “mən sərvət, mal-dövlət və vəzifə sahibi olmasam da, Qur’anı əzbər bilirəm” deməsi nəinki pis iş deyil, üstəlik dəyərli bir dərsdir.

 

[1] “Şəvahidut-tənzil”, 1-ci cild, səh. 249.
[2] “Təfsiri-Təbəri”, 10-cu cild, səh. 59.
[3] “Əsbabun-nüzul”, səh. 182.
[4] “Təfsiri-Qurtubi”, 8-ci cild, səh. 91.
[5] “Kəbir” təfsiri, 4-cü cild, səh. 422.
[6] “Xazin” təfsiri, 2-ci cild, səh. 221.
[7] “Təfsiri Əbul-Bərəkat”, 2-ci cild, səh. 221.
[8] “Əl-füsulul-muhimmə”, səh. 123.
[9] “Əd-durrul-mənsur”, 3-cü cild, səh. 218-219.

 

Nəticə:8-“SALİHUL-MU’MİNİN” (MÖ’MİNLƏRİN ƏMƏLİSALEHİ) AYƏSİ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma