13-“SİDDİQUN” (SADİQLƏR) AYƏSİ

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
12-“BƏYYİNƏ” (ŞAHİD) AYƏSİ 14-“NUR” AYƏSİ

“Hədid” surəsinin 19-cu ayəsində buyurulur:
وَالَّذِینَ آمَنُوا بِاللَّهِ وَرُسُلِهِ أُوْلَئِکَ هُمُ الصِّدِّیقُونَ وَالشُّهَدَاء عِندَ رَبِّهِمْ لَهُمْ أَجْرُهُمْ وَنُورُهُمْ
“Allaha və Peyğəmbərinə iman gətirənlər – məhz onlar Allah dərgahında olan siddiqlər (sözündə və əməlində doğru olanlar) və şəhadət verənlərdir. Onların öz mükafatları və nurları vardır!”
“Şəvahidut-tənzil” kitabında İbn Əbi Leylinin öz atasından belə nəql etdiyi qeyd olunmuşdur: “Peyğəmbəri-əkrəm (s) buyurub:
اَلصِّدِّیقُونَ ثَلاثَةٌ: حَبِیبُ النَّجّارِ مُؤمِنُ آلِ یاسِینَ، حِزْبِیلُ (حِزْقِیلُ) مُؤمِنُ آلِ فِرْعَوْنَ، وَ عَلِىُّ بْنُ اَبِى طالِبٍ الثّالِثُ وَهُوَ اَفْضَلُهُمْ:
“Sadiqlər (düzdanışanlar) üç nəfərdir: Ali-Yasin mö’mini Həbib Nəccar, ali-Fir’on mö’mini Hizbil (Hizqil) və onların fəzilətlisi olan Əli ibn Əbi Talib.”[1]
Bu hədis Əhməd ibn Hənbəlin “Fəzailul-xəmsə”, Əbu Nəimin “Mə’rifətus-səhabə” və İbn Məğazilinin “Mənaqib” kitablarında da nəql olunmuşdur.[2]
“Şəvahidut-tənzil” kitabında bu məzmunda müxtəlif sənədlərlə qırx hədis nəql olunmuşdur.[3]
Şeyx Süleyman Qunduzi “Yənabiul-məvəddət” kitabında bu hədisi Əbu Nəimə, İbn Məğaziliyə, Müvəffəq Xarəzmiyə və Əhməd ibn Hənbəlin “Müsnəd” kitabına istinad edərək, Əbu Leyli və Əbu Əyyub Ənsaridən nəql etmişdir.
“Kənzül-ümmal” kitabında İbn Abbasdan,[4] “Ehqaqul-həqq” kitabında silsilə sənədlərlə müxtəlif kitablardan çoxlu rəvayət nəql olunmuşdur.[5]
Bu hədislər xilafət haqda birbaşa söz açmasa da, İslam ümməti arasında “siddiq” məqamını imam Əliyə (ə) aid edir. Bu bir fəzilətdir və başqaları ilə müqayisədə o həzrətin üstünlüyünü göstərir. Bununla da Peyğəmbərin (s) xəlifəlik məqamına Əlinin daha layiq olduğu aydınlaşır.
Bir çox rəvayətlərdə imam Əli (ə) İslam ümmətinin siddiqi kimi tanıtdırılsa da, bə’zi alimlər bu ləqəbi başqalarına vermişlər. Bu ayənin təfsirində nəql olunan bir sıra rəvayətlərdə siddiqlərin səkkiz nəfər (o cümlədən imam Əli (ə) və Əbu Bəkr) olduğu göstərilir. Bu rəvayətlər Peyğəmbərdən (s) nəql olunmamışdır. Peyğəmbərdən (s) nəql olunan hədisdə buyurulur ki, Əli (ə) bu ümmətin siddiqidir. Bu da ayənin ümumi məfhumu ilə ziddiyyət təşkil etmir. Dəfələrlə dediyimiz kimi, belə rəvayətlər ən kamil fərdə aid olub, İslam ümməti içərisində “siddiq”in ən kamil nümunəsini, sözündə və əməlində doğru olanı, Peyğəmbərə (s) hamıdan öncə iman gətirəni, o həzrəti birinci təsdiq edən şəxsi (imam Əlini (ə)) nəzərdə tutur.

 

[1] “Şəvahidut-tənzil”, 2-ci cild, səh. 223, hədis: 937.
[2] “Şəvahidut-tənzil” kitabının haşiyəsi, Məhmudi, 2-ci cild, səh. 224.
[3] “Şəvahidut-tənzil”, hədis: 939-942.
[4] “Kənzül-ümmal”, 11-ci cild, səh. 601, hədis: 32897.
[5] “Ehqaqul-həqq”, 3-cü cild, səh. 243.

 

12-“BƏYYİNƏ” (ŞAHİD) AYƏSİ 14-“NUR” AYƏSİ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma