HEYVANLARIN MƏHŞƏR SƏHNƏSİNDƏ HAZIR OLMALARININ DƏLİLLƏRİ

Hansı dəlillərə əsasən heyvanlar da axirətdə toplaşacaq?

Təfsir alimlərinin əksəriyyəti də bu məsələni qəbul etmişlər ki, bütün canlı növlərini axirət, mükafat və ya cəza gözləyir. Şübhəsiz ki, hesab və cəzanın ilkin şərti ağıl və şüur məsələsi, onun ardınca isə vəzifə və məsuliyyətdir. Təfsirçilər də bu qənaətdədir ki, heyvanlar da özlərinə uyğun formada dərk və şüura malikdirlər. Heyvanların çoxunun həyatı maraqlı və heyrətamiz nizam-intizama malikdir, onların ali səviyyədə dərk və şüurlarını nümayiş etdirir. Məsələn, qarışqalar, bal arıları və onların valehedici qanunları haqqında, eləcə də yuva və pətəklərinin heyranedici nəzmi haqqında eşitməyən və onların təqdirəlayiq dərk və şüurlarına “afərin” deməyən bir insan yoxdur. Bu üzdən onların da axirətdə məşhur olması tamamilə mümkün sayılmışdır.  

 

LİQAULLAH

“Liqaullah” nə deməkdir?

“Liqaullah” ifadəsi Qurani-kərimdə “Qiyamət səhnəsində hazır olmaq” mənasında işlənir. “Liqa” sözü “görüş” mənasında işləndiyinə baxmayaraq Allahla görüş dedikdə insanların bir-biri ilə fiziki görüşmələri kimi görüş nəzərdə tutulmur. Çünki Allah nə cisimdir, nə də zahiri gözlə görüləcək rəngi və məkanı var.

ƏRAF

“Əraf” nə deməkdir? Qiyamət günü Ərafda dayanacaq şəxslər kimlərdir?

Hədislərdən aydın olur ki, “Əraf” səadət və bədbəxtlik kimi iki qütbün, yəni cənnət və cəhənnəmin arasında hicab kimi çəkilmiş xüsusi bir məkandır. Yaxud da, Cənnət və Cəhənnəmin arasında fasilə salan yüksəklikdir. Belə ki, orada dayananlar cənnət və cəhənnəmi görür və hər iki dəstəni müşahidə edir. Ayələrdə Əraf üzərində dayanan insanlar haqqında deyilir ki, onlar cənnətə daxil olmaq arzusundadırlar. Onlar cənnət əhlinə salam göndərir və gözləri cəhənnəm əhlinə sataşanda Allaha pənah aparırlar."

 

ZALIMLARLA QARŞIDURMA

Zəif və zülmə məruz qalmış insanlar Qiyamət günü öz günahlarını təkəbbürlü zalım insanların boynuna ata bilərlərmi?

Quran ayəsinə görə zəif və zülmə məruz qalmış insanlar bütün günahlarını zalım insanların boynuna atmağa çalışacaqlar. Lakin müstəkbir insanlar onların bu etirazını qəbul etməzlər. Çünki iradələrinin azad olduğu təqdirdə onların əsassız sözlərinə təslim olmuşlar, küfrə üz gətirmişlər və peyğəmbərlərin məntiqi sözlərini unutmuşlar.

KORLUQ

Quran bəzi insanların Qiyamət günü kor olmasının səbəbini necə izah edir?

Belə insanların qiyamət günü kor olmasını belə izah etmək olar ki, dünyanın bütün həqiqətləri orada mütənasib şəkildə təcəssüm edir. Bu dünyada qəlb gözləri həqiqətləri görməkdə kor olan insanların orada cismani gözləri kor olacaq. Bu üzdən “biz qabaq görürdük, nə üçün bura kor gəlmişik?” deyə soruşanda onlara deyilər: “Bu, sizin ilahi ayələri unutduğunuza görədir."

 

KAFİRLƏRİN ÇƏTİNLİKDƏ OLMASI

Qiyamət günü kafirlərin çətinlikdə olmalarının səbəbləri nədir?

Quran ayəsinə görə bu (əzab) yer üzündə nahaq yerə şadlıqlarına görədir və həmçinin ona görədir ki, (günahla) lovğalanırdılar. Nəqllərə görə onlar peyğəmbərlərə etiraz etməkdən, mömin insanları öldürməkdən, yoxsul və zəif insanları əzməkdən zövq alırdılar. Günah işlər görməkdən və qanunu pozmaqdan qürur hissi duyurdular.

KAFİRLƏRİN ÖZLƏRİ İLƏ DÜŞMƏNÇİLİYİ

Qurani-kərim kafirlərin özlərinə qarşı ədavət və qəzəbindən söz açarkən nə demək istəyir?

Təfsirlərdən aydın olur ki, onlar tövhid carçılarına mənfi cavab verməklə, səadət yolunu öz üzlərinə bağlayıb əbədi əzab qapılarını öz üzlərinə açmaqla həqiqətdə özləri ilə düşmənçilik etmişlər və buna görə özlərinə nifrət bəsləyirlər.

QAYITMAQ ARZUZU

Qurani-kərimdə günahkarların Qiyamət günü qayıtmaq istəkləri necə təsvir olunur?

Qurani-Kərimdə müxtəlif ayələr onların bu istəklərini əks etdirir. Misal üçün “Görəsən bizə bir möhlət veriləcəkmi?" ya da “Kaş ki, qaytarılaydıq, bir daha Rəbbimizin ayələrini təkzib etməyəydik!” və yaxud “Kaş ki, dünyada Allaha itaət edəydik və Onun rəsuluna tabe olaydıq” və yaxud da “Ey Rəbbim, məni (dünyaya) qaytar, yaxşı bir iş görüm” cümlələrini buna misal çəkmək olar.

ƏMƏLLƏRİN TƏSİRİ

Qiyamət günü bəndələrin vəziyyəti ilə əməlləri arasında nə kimi bağlılıq var?

“Qariə” surəsinin ayələrinə görə əməlləri ağır və dəyərli gələn kəslərin axirətdəki yeri ilə əməlləri yüngül gələn adamların yeri tam fərqlidir. Əməlləri ağır gələnlər üçün işlənmiş “Razı qalacağı bir həyat” ifadəsi Qiyamət günü onların nemət dolu, başdan-başa asudəlik içində olan həyatlarını əks etdirən çox maraqlı və dolğun seçimdir. Bu həyat insanın o qədər ürəyincədir ki, sanki özü razıdır.

Əməlləri yüngül gələnlərin aqibəti isə “ummuhu haviyə” cümləsində öz əksini tapır. Təfsirə görə əməllərinin çəkisi yüngül gələn günahkarlar pənah aparmaq üçün cəhənnəmdən başqa bir yer tapmazlar.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

قال ابي عبدالله (عليه السلام)

مَنْ مَاتَ فِي طَرِيقِ مَکَّةَ ذَاهِباً أَوْ جَائِياً أَمِنَ مِنَ الْفَزَعِ الاَْکْبَرِ يَوْمَ الْقِيَامَةِ.

کسى که در راه رفتن يا بازگشتن از مکه بدرود حيات گويد، از ترس و هراس روز قيامت ايمن گردد.

تهذيب الاحکام: 5/23/68