Qısa cavab:
Quran ayələrindən və çoxsaylı hədislərdən aydın olur ki, qiyamət günü şəfaət edənlər müxtəlif olacaqlar. Hədislərdə bu məsələyə geniş yer verilib. Sayca az olmayan bu hədislərə nəzər saldıqda şəfaətçilər arasında Məhəmməd peyğəmbəri (s), digər peyğəmbərləri, mələkləri, imamları və onların həqiqi davamçılarını, şəhidləri, alimləri, Quranı və ibadətləri onların arasında görə bilərik.
Ətraflı cavab:
Qurani-Kərimin bəzi ayələrindən Qiyamət günü şəfaətçilərin müxtəlif olması üzə çıxır (və onların şəfaət dairələri də fərqlidir). Şiə və sünni qaynaqlarında qeyd olunan çoxsaylı hədislərin məcmusundan məlum olur ki, bu səfaətçilər Qiyamət günü şəfaətə layiq olan günahkarları şəfaət edəcəklər:
1. İlk şəfaətçi İslam peyğəmbəri (s) özüdür. Belə ki, hədislərin birində Allah rəsulunun (s) belə dediyini oxuyuruq:
اَنَا اَوَّلُ شافِع فِى الْجَنَّهِ
“Mən cənnətdə ilk şəfaətçiyəm”.
2. Digər peyğəmbərlər hamısı Qiyamət günü şəfaət edəcəklər. Həzrət Peyğəmbərdən (s) nəql olunan digər bir hədisdə deyilir:
یَشْفَعُ الاَنْبِیاءُ فِى کُلِّ مَنْ یَشْهَدُ اَنْ لا اِلهَ اِلاَّ اللّهُ مُخْلِصاً فَیُخْرِجُونَهُمْ مِنْها
“Peyğəmbərlər xalis niyyətlə Allahın birliyinə şəhadət verən hər bir kəsi şəfaət edər, onları (cəhənnəmdən) çıxararlar.”
3. Mələklər Qiyamət gününün şəfaətçilərindəndir. Necə ki, Allahın Rəsulundan (s) nəql olunur:
یُوْذَنُ لِلْمَلائِکَهِ وَ النَّبِیِّیْنَ وَ الشُّهَداءِ اَنْ یَشْفَعُوا
“O gün, mələklərə, peyğəmbərlərə və şəhidlərə şəfaət üçün icazə veriləcək. “
4. Məsum imamlar və onların şiələri də şəfaət edəcəklər. Həzrət Əli (ə) buyurur:
لَنا شَفاعَهٌ وَ لاِ َهْلِ مَوَدَّتِنا شَفاعَهٌ
“Bizim şəfaət icazəmiz olacaq, bizim dostlarımızın da şəfaət icazələri olacaq.”
5. Alimlər və Allah yolunda şəhid olanlar da şəfaət edəcəklər. Hədislərin birində həzrət Peyğəmbərdən (s) belə nəql olunur:
یَشفَعُ یَوْمَ الْقِیامَهِ الاَنْبِیاءُ ثُمَّ الْعُلَماءُ ثُمَّ الشُّهَداءُ
“Şəhidin şəfaətini 70 nəfər onun ailə üzvü üçün qəbul edərlər.”
Əllamə Məclisinin “Biharul - Ənvar” kitabında nəql etdiyi başqa bir hədisdə deyilir ki, Onların şəfaəti 70 min nəfər barədə keçərlidir.
Yetmiş və yetmiş min rəqəmlərinin hər ikisi keyfiyyət çoxluğunu göstərdiyi üçün hədislər arasında ziddiyyət yoxdur.
6. Quran da Qiyamət günü şəfaət edəcək. İmam Əli (ə) buyurdu:
وَ اعْلَمُوا اَنَّهُ (القُرْآنُ) شَافِعٌ مُشَفَّعٌ
“Bilin, Quran şəfaəti qəbul olunacaq bir şəfaətçidir.”
7. Ömrünü İslam yolunda sərf edən insanlar da şəfaətçilərdəndir. Hədislərin birində həzrət Peyğəmbərdən (s) nəql olunur:
اِذا بَلَغَ الرَّجُلُ التِّسْعِیْنَ غَفَرَ اللّهُ ما تَقَدَّمَ مِنْ ذَنْبِهِ وَ ما تَاَخَّرَ وَ شُفِّعَ فِى اَهْلِهِ
“İnsan doxsan yaşına çatanda (imanlı qalmaq şərtilə) Allah onun keçmiş və gələcək günahlarını bağışlayar, şəfaətini ailəsi üçün qəbul edər.”
8. İbadətlər də şəfaət edərlər. Allah Rəsulundan (s) olan bir hədisdə belə deyilir:
الصِّیامُ وَ الْقُرْآنُ یَشْفَعانِ لِلْعَبْدِ یَوْمَ الْقِیامَهِ
“Oruc və Quran Qiyamət günü bəndələrə şəfaət edər.”
9. Bəzi hədislərdən aydın olur ki, xeyirxah işlər, o cümlədən insanın əmanəti qorumaq üçün çəkdiyi zəhmət də Qiyamət günü insana şəfaət edər.
10. Maraqlı burasıdır ki, bəzi hədislərə əsasən Allah özü də günahkarları şəfaət edəcəkdir. Belə ki, həzrət Peyğəmbərdən (s) nəql olunan digər bir hədisdə deyilir:
یَشْفَعُ النَّبِیُّونَ وَ الْمَلائِکَهُ وَ الْمُوْمِنُونَ فَیَقُولُ الْجَبّارُ بَقِیَتْ شفاعَتِى
“Qiyamət günündə peyğəmbərlər, mələklər, möminlər şəfaət edərlər. Allah deyər, mənim şəfaətim hələ qalıb.”
Bu haqda hədislər həddindən artıq çoxdur. Burada qeyd etdiklərimiz onların bir hissəsidir. (1)
Şərh qeydə alınmayıb