Qısa cavab:
İslam hədislərində ağıl və zəkaya çox dəyər verilib. Bu gövhər dinin əsası, ən böyük zənginlik, ən yaxşı sərmayə, Mehriban Allahın qoşun sərkərdəsi, ən rahat minik, ən yaxşı dost, Allaha yaxınlaşmaq və mükafat qazanmaq üçün meyar olaraq tanıtdırılır. Nümünə üçün:
1. Allahın Rəsulu (s) buyurur: “İnsan varlığının əsası ağlıdır və ağlı olmayanın dini də yoxdur”.
2. Əmirəl-möminin Əli (ə) buyurur: “Ağıl qədər zənginlik, nadanlıq qədər yoxsulluq yoxdur”.
Ətraflı cavab:
İslam hədislərində ağıl və zəkaya gözləndiyindən çox dəyər verilir; dinin əsası, ən böyük zənginlik, ən yaxşı sərmayə, Mehriban Allahın qoşun sərkərdəsi, ən rahat minik, ən yaxşı dost, Allaha yaxınlaşmaq və mükafat qazanmaq üçün meyar olaraq tanıtdırılır.
Bu xüsusda müxtəlif qaynaqlarda Peyğəmbər (s) və məsum imamlardan (ə) bizə gəlib çatan onlarla, yüzlərlə dəyərli hədis arasından yalnız on ikisini qeyd etməklə kifayətlənirik:
1. Allahın Rəsulu (s) buyurur:
Bu xüsusda müxtəlif qaynaqlarda Peyğəmbər (s) və məsum imamlardan (ə) bizə gəlib çatan onlarla, yüzlərlə dəyərli hədis arasından yalnız on ikisini qeyd etməklə kifayətlənirik:
1. Allahın Rəsulu (s) buyurur:
“قِوامُ الْمَرءِ عَقْلُهُ، وَلادِیْنَ لِمنْ لا عَقْلَ لَهُ” (1)
“İnsan mövcudluğunun əsası ağlı ilədir və ağlı olmayanın dini də yoxdur”.
2. Əmirəl-möminin Əli (ə) buyurur:
“لاغِنى کَالْعَقْلِ وَلا فَقْرَ کَالْجَهْلِ” (2)
“Ağıl kimi zənginlik yoxdur, nadanlıq kimi də yoxsulluq”.
3. Başqa bir hədisdə Əmirəl-möminin Əli (ə) buyurur:
“ان الله تبارَکَ وَ تَعالى یُحاسِبُ الناسَ عَلى قَدرِ ما آتاهُمْ مِنَ العُقولِ فى دارِ الدُّنیا” (3)
“Allah-taala insanları dünyada onlara verilən ağıl qədərində mühakimə edəcək”.
4. Bir hədisdə İmam Sadiq (ə) buyurur:
“اِنَّ الثَّوابَ عَلى قَدَرِ الْعَقْلِ” (4)
“Əməlin savab və mükafatı ağıl miqdarındadır”.
5. Peyğəmbərdən (s) nəql edilən digər bir hədisdə buyurulur:
“ما قَسَّمَ الله لِلعِبادِ شَییاً اَفْضَلَ مِنَ الْعَقْلِ... وَما اَدّى الْعَبْدُ فَرایضَ الله حَتى عَقَلَ عَنُه، وَلا بَلَغَ جَمِیعُ الْعابدیِنَ فى فَضْلِ عِبادَتِهِمْ ما بَلَغَ العاقِلُ ” (5)
“Allah bəndələri arasında ağıldan üstün nemət bölməmişdir. Bəndələri ilahi vacibləri öz ağlı ilə tapır və bütün abidlər ibadətlərinin fəzilətinə ağılları sayəsində çatırlar”.
6. Başqa bir hədisdə İmam Musa ibn Cəfər (ə) Hişam ibn Həkəmə buyurur:
“یا هِشام! ما بَعَثَ الله اَنْبِیایَه وَرُسُلَه الى عِبادِهِ اِلاّ لِیَعْقِلُوا عَنِ الله، فَاَحْسَنُهُمْ اسْتِجابَهً اَحْسَنُهُمْ مَعْرِفَهً، واَعْلَمُهُمْ بِاَمْرِالله احْسَنُهْم عَقَلا، وَاکْمَلُهُم عَقْلا اَرفَعُهم دَرَجَهً فى الدُّنیا وَالآخِرَه ” (6)
“Allah peyğəmbər və elçilərini bəndələrinə tərəf yalnız ona görə göndərdi ki, Allah barəsində daha aqil olsunlar. Deməli, onların dəvətini qəbul edən ən yaxşı bəndələr daha çox mərifəti olanlardır. Hansılar ki, Allahın işinə daha agah, daha aqildirlər və ağılları daha kamildir, dünya və axirətdə məqamları daha üstündür”.
7. Peyğəmbərdən (s) nəql edilən başqa bir hədisdə buyurulur:
“لِکُلِّ شَىء آلَهٌ وعُدَّهٌ، وآلَهُ المُوْمِنِ وَعُدَّته العَقلُ ولِکُلِّ شَىء مَطِیَّهٌ و مَطِیَّهُ الْمَرءِ اَلْعَقُلُ، وَلِکُلِّ شَىء غَایهٌ وَغایَهُ العِبادَهِ اَلْعَقْلُ” (7)
“Hər bir şey üçün alət və vəsilə vardır və möminin vəsiləsi ağıldır. Hər şeyin bir miniyi var və insanın miniyi ağlıdır. Hər şeyin bir hədəfi var və ibadətin hədəfi ağıldır”.
8. İmam Sadiq (ə) başqa bir hədisdə buyurur:
“اِذا اَرادَ الله انْ یُزِیْلَ مِنَ عَبْد نِعْمَهً کانَ اوَّلُ ما یُغَیِّرُ مِنْهُ عَقْلُهُ ” (8)
“Allah (naşükürlüyünə görə) bəndəsindən neməti almaq istəsə, onda dəyişdirəcəyi ilk şey ağlıdır”.
9. Əmirəl-möminin Əli (ə) başqa bir hədisdə buyurur:
“العَقْلُ صاحِبُ جَیْشِ الرَّحْمنِ، وَالهَوى قَایدُ جَیْشِ الشَّیْطانِ والنَّفْسُ مُتَجاذَبَهٌ بَیْنَهما، فَایُّهما غَلَبَ کانَ فى حَیِّزِهِ” (9)
“Ağıl Mərhəmətli Allahın qoşun sərkərdəsidir, nəfsə qulluq isə şeytan qoşunun sərkərdəsi. İnsan nəfsi bu ikisi arasında keşməkeşdədir. Hansı biri qələbə çalsa, insan onun əsarətinə düşəcək”.
10. Həzrət Əli (ə) buyurur:
“الْعُقُولُ اَیمَّهُ الاَفْکارِ، واْلاَفْکارُ ایَمّهُ الْقُلُوبِ، وَالقُلُوبُ ایَمهُ الحَوَاسِّ، وَالحَوَاسُّ اَیمَهُ الاعضاءِ ” (10)
Şərh qeydə alınmayıb