Qısa cavab:
Qurani-Kərimin bir çox ayələrində pərhizkar insanların axirətdəki həyatı təsvirə çəkilir. Bəzi ayələrdə pərhizkarların daxil olacaqları əbədi cənnət bağlarından, orada ağacların altından axan çaylardan və orada onların istədikləri hər bir şeyin olmasından söhbət açılır. Digər ayədə bundan daha dolğun təsvirə rast gəlirik: “Orada ürəklərin istədiyi və gözlərin ləzzət aldığı (hər) şey hazırdır.“
Ətraflı cavab:
“Nəhl” surəsinin 30-32-ci ayələrində mömin və inanclı insanların taleyindən və əməllərinin nəticələrindən söz açılır. İlk öncə buyurur:
وَ قِیلَ لِلَّذِینَ اتَّقَوْا ما ذا اَنْزَلَ رَبُّکُمْ قالُوا خَیْراً
“Təqva sahiblərinə deyilər: “Rəbbiniz nə nazil etmişdir?” Deyərlər: “Xeyir və yaxşılıq”!
Sonrakı ayə pərhizkarların oradakı yaşayış məskənlərini təsvir edərək buyurur:
جَنّاتُ عَدْن یَدْخُلُونَها
“Pərhizkarların daxil olacaqları əbədi cənnət bağları onların evləridir.”
تَجْرِی مِنْ تَحْتِهَا الاَنْهارُ
“Onların ağaclarının altından çaylar axır.”
Təkcə bağ və ağacdan söhbət getmir. Belə ki:
لَهُمْ فِیها ما یَشاوُنَ
“Orada onlar üçün istədikləri hər bir şey vardır."
Cənnət nemətləri haqqında bundan geniş təsvir və bundan dolğun ibarə ola bilərmi? Hətta bu təsvir “Zuxruf” surəsinin 71-ci ayəsindəki təsvirdən daha dolğun nəzərə çarpır. Həmin ayədə deyilir:
وَ فِیها ما تَشْتَهِیهِ الاَنْفُسُ وَ تَلَذُّ الاَعْیُنُ
“Orada ürəklərin istədiyi və gözlərin ləzzət aldığı (hər) şey hazırdır.“
Orada ürək arzularından söhbət gedir, burada isə mütləq istəklərdən (یَشاوُنَ)
Bəzi təfsirçilər “ləhum fiha” ifadəsinin “ma təşaun” ifadəsindən öndə gəlməsinə spesifiklik mənası vermişlər. Yəni, yalnız orada insan hər istədiyini tapa bilər. Belə bir şey isə dünyada mümkünsüzdür.
Ayənin sonunda buyurur:
کَذلِکَ یَجْزِی اللّهُ الْمُتَّقِینَ
“Allah təqvalıları belə mükafatlandırır.”
Allahın hər növ neməti pərhizkarların ixtiyarında qoyması tam münasib işdir. Növbəti ayələrdə pərhizkarların kimliyindən söz açılır:
الَّذِینَ تَتَوَفّاهُمُ الْمَلائِکَهُ طَیِّبِینَ
“O kəslər ki, mələklər, canlarını pak-pakizə olan halda alarlar.”
Zülm və təkəbbürdən arınmış, şirk və hər növ günahdan təmizlənmiş şəxslər.
Burada mələklər onlara deyərlər:
یَقُولُونَ سَلامٌ عَلَیْکُمْ
“(Onlara) “Salam olsun sizə“ deyərlər.”
Əminlik nişanı olan salam, salamatlıq və tam asayiş əlaməti olan salam.
Sonra deyərlər:
ادْخُلُوا الْجَنَّهَ بِما کُنْتُمْ تَعْمَلُونَ
Etdiklərinizin mükafatı olaraq Cənnətə daxil olun.
“Tətəvəffahum” (onların ruhlarını alarlar) ifadəsi ölüm barəsində zərif bir təsvirdir. Yəni, ölüm fəna, yoxluq və hər şeyin sonu deyil. Əksinə, bir mərhələdən digər üstün mərhələyə keçiddir.
“əl-Mizan” təfsirində oxuyuruq: Bu ayədə üç məsələyə toxunulur:
1. Pak-pakizə olmaq. 2. Hər cəhətdən asayiş və əmin-amanlıq. 3. Cənnətə yol göstərmək.
Bu üç nemət haqqında “Ənam” surəsinin 82-ci ayəsində də oxuyuruq:
الَّذِینَ آمَنُوا وَ لَمْ یَلْبِسُوا اِیمانَهُمْ بِظُلْم اُولئِکَ لَهُمُ الاَمْنُ وَ هُمْ مُهْتَدُونَ
Şərh qeydə alınmayıb