Qısa cavab:
Quran ayəsinə görə zəif və zülmə məruz qalmış insanlar bütün günahlarını zalım insanların boynuna atmağa çalışacaqlar. Lakin müstəkbir insanlar onların bu etirazını qəbul etməzlər. Çünki iradələrinin azad olduğu təqdirdə onların əsassız sözlərinə təslim olmuşlar, küfrə üz gətirmişlər və peyğəmbərlərin məntiqi sözlərini unutmuşlar.
Ətraflı cavab:
“Müstəzəfin” – gözü-qulağı bağlı halda digərlərinin ardınca düşən xəbərsiz insanlar, əsla özünə və fərmanlarına iman gətirmədikləri pərvərdigarlarının hüzurunda gətirilərkən müstəkbir insanlara − yəni, təkəbbür, məğrurluq və başqalarına üstünlük əldə etməklə onları şeytani fikirlərə istiqamətləndirən insanlara belə deyəcəklər:
یَقُولُ الَّذِینَ اسْتُضْعِفُوا لِلَّذِینَ اسْتَکْبَرُوا لَوْ لا اَنْتُمْ لَکُنّا مُوْمِنِینَ
«Əgər siz olmasaydınız, biz mütləq mömin olardıq».
Onlar bu yolla öz bütün günahlarını zalım insanların boynuna atmağa çalışırlar. Halbuki dünyada onlara qarşı bu qədər qətiyyətli danışmağa razı olmazdılar. Çünki zəiflik və biçarəlik bütün vücudlarına hakim idi. Öz hürriyyətlərini tamamilə əldən vermişdilər. Amma indi zülmkarları onlardan fərqləndirən əsassız anlayışlar aradan getmiş, hamının əməllərinin nəticəsi aşkar olmuşdur, bu zaman zülmə məruz qalmışlar onların qarşısında dayanır və tam qətiyyətlə danışıb etiraz edirlər.
Lakin təkəbbür edənlər sükut etmirlər. Onlar zəif kəsimin cavabında belə deyirlər:
قالَ الَّذِینَ اسْتَکْبَرُوا لِلَّذِینَ اسْتُضْعِفُوا اَ نَحْنُ صَدَدْناکُمْ عَنِ الْهُدى بَعْدَ اِذْ جاءَکُمْ
«Məgər sizə doğru yol gəldikdən (və peyğəmbərlər kifayət qədər sözlərini dedikdən) sonra sizi ondan saxlayan biz idik?!
Xeyr, biz məsuliyyət daşımırıq.
بَلْ کُنْتُمْ مُجْرِمِینَ
"Sizin özünüz günahkar idiniz. "
İradəniz azad olduğu təqdirdə bizim əsassız sözlərimizə təslim oldunuz, küfrə üz gətirdiniz, peyğəmbərlərin məntiqi sözlərini unutdunuz.
Söz yox ki, zülmkarlar öz vəsvəsələri ilə böyük günaha batmışlar, lakin onların bu sözü həqiqətə uyğundur. Bu davamçılar göz-qulaqları bağlı şəkildə onların arxasınca düşməməli idilər. Bu baxımdan günahları öz boyunlarınadır.
Amma zəif və məzlum kütlə bu cavabla qane olmurlar və yenidən zülmkarların günahlarını sübut etmək üçün dilə gəlirlər:
وَ قالَ الَّذِینَ اسْتُضْعِفُوا لِلَّذِینَ اسْتَکْبَرُوا بَلْ مَکْرُ اللَّیْلِ وَ النَّهارِ اِذْ تَاْمُرُونَنا اَنْ نَکْفُرَ بِاللّهِ وَ نَجْعَلَ لَهُ اَنْداداً
"Və zəiflər təkəbbürlük edənlərə deyərlər: «Əslində (bizi azdıran sizin) gecə-gündüz (qurduğunuz) hiylə idi, o zaman ki, bizə Allaha kafir olmağı və Ona şəriklər qoşmağı əmr edirdiniz."
Bəli, siz idiniz ki, mənfi təbliğatınızdan əl çəkmirdiniz. Düzdür ki, biz qəbul etməkdə azad idik, müqəssir və günahkarıq, amma siz də fitnə amili kimi məsuliyyət daşıyır və günahkarsınız. Belə ki, birinci daş sizin napak əllərinizlə qoyuldu. Ələlxüsus, siz həmişə yuxarıdan bizimlə danışırdınız. (“təmurunəna” ifadəsi bu məsələyə sübutdur.)
Aydındır ki, böyük qüdrət sahibləri bu böyük günahda şərik olduqlarını inkar etmək üçün bu sözlərə yetərli cavab verə bilmirlər.
Bu səbəbdən hər iki dəstə öz etdiklərindən peşmandır. Zalımlar başqalarını yoldan çıxardıqlarına görə, zəiflər isə onların nəhs vəsvəsələrini səssiz-səmirsiz qəbul etdiklərinə görə.
وَ اَسَرُّوا النَّدامَهَ لَمّا رَاَوُا الْعَذابَ وَ جَعَلْنَا الاَغْلالَ فِی اَعْناقِ الَّذِینَ کَفَرُوا
Şərh qeydə alınmayıb