GÖZLƏRİN NURU

“Səcdə” surəsində “Qurrətu əyun” sözündə məqsəd nədir?

Ərəb dilində “qurrətə əəyun” ifadəsi insanın gözlərinin sərinləməsinə səbəb olan bir şeyə deyilir. Yəni gözlərindən sevinc yaşları axıdır. Bu, böyük bir sevincin füsunkar bir bənzətməsidir.
Lakin dilimizdə bu ifadənin bənzəri yoxdur. Quran ayəsində deyilir ki, "Etdikləri işlərin mükafatı olaraq onlar üçün gözlərə işıq gətirən nələrin gizlədildiyini heç kəs bilməz!"
 “Heç kəs bilməz” və “gözlərə işıq gətirən” ifadələri bu nemət və mükafatların son dərəcə nəhəng olmasından xəbər verir.

 

MÜŞRİKLƏRİN PEYMANINI POZMAQ

Əhdə vəfa etməyin vacibliyini nəzərə alaraq nə üçün Allah-taala Quranda müşriklərlə olan sazişi bir tərəfli şəkildə pozmaq əmri verir?

Əvvəla sazişin pozulması müqəddiməsiz olmamışdır. Müəyyən əlamətlərə görə onlar özləri əhd-peymanı pozmuşdular.
İkincisi, xüsusi şərait altında hər hansı bir tayfaya və yaxud millətə güclə qəbul etdirilən sazişlər çarəsizlik üzündən qəbul olunursa, hakimiyyət və güc əldə etdikdən sonra onları bir tərəfli şəkildə ləğv etməkdə bir qəbahət yoxdur. Bundan əlavə, görürük ki, müşriklərlə sazişin ləğvi qəflətən baş vermədi. Onlara dörd ay möhlət verildi və bununla da onlara daha çox fikirləşmək fürsəti verildi ki, bəlkə geridə qalmışlığa, cahilliyə və xəbisliyə səbəb olan bu xurafatlardan əl çəksinlər.

 

ŞİRKİN İNKARI

Müşriklərin onlara qarşı yürüdülən ittihamla bağlı ikili cavablarını necə izah etmək olar?

Bu, eynilə cinayət törətmiş şəxslərin davranışı kimidir. Onlar istintaqın ilk dəqiqələrində hər şeyi, hətta öz dostları ilə tanışlığını rədd edirlər.
Amma cinayətlə bağlı faktları və canlı şahidləri ona təqdim edərkən məsələnin kifayət qədər aydın olduğunu və inkar üçün heç bir yol qalmadığını başa düşürlər. Bu ehtimal da var ki, şirki inkar edənlər özlərinin həqiqətən müşrik olduqlarına inanmırlar. Misal üçün xristianlar üç tanrıya inanır və eyni halda özlərini təkallahlı sanırlar.   

 

CƏNNƏT ŞƏRABI

Cənnət şərabı nə deməkdir?

Ayələrin birində bu şərab “Təhur şərab” adlandırılır.
Digər ayədə təkid olunur ki, bu şərab saf, qatışıqsız, ləzzətli, başağrı verməyən, sərxoşluq gətirməyən, ağlı pozmayan bir şərabdır.
Başqa bir ayədə buyurur: "Onlara (isidən və xoş əhval ruhiyyə gətirən) zəncəfil qatılmış camdan içirdərlər."


 

CİSMANİ LƏZZƏTLƏR

Qurani kərim dünyanın bəzək-düzəyini tənqid etdiyi halda nə üçün möminlərə onunla bağlı vəd verir?

Əgər Allah bu dünyanın bər-bəzəyini tənqid edirsə, bu, ona görədir ki, bu dünyanın məhdudiyyətləri belə bir həyata çatmağın müxtəlif zülm və haqsızlıqlarla və ondan bəhrələnməyin  isə qəflət və xəbərsizliklə yanaşı olmasına səbəb olur. Amma o dünyada imkanlar çox geniş olduğundan bu zinətləri əldə etmək insanlar üçün heç bir problem yaratmır, ayrı seçkiliyə, kiminsə haqqının tapdalanmasına səbəb olmur, kin və nifrət yaratmır və mənəviyyatla dolu olan mühitdə insanı Allahdan qafil etmir. Onu qorumağa və mühafizə xidmətinə ehtiyac duyulmur, rəqiblər paxıllıq törətmir, təkəbbür və lovğalığa bais və Allahdan və onun xəlqindən ayrı düşməyə səbəb olmur.

 

ALLAHIN XİTABI

Qiyamətə daxil olarkən Allah müşriklərə necə xitab edəcək?

Quran ayəsində qeyd olunur ki, onlara belə xitab olunacaq: “Həqiqətən Bizim yanımıza sizi yaradılışın əvvəlində (dünyada) yaratdığımız kimi tək gəldiniz. Və sizə əta etdiklərimiz mal-dövləti arxada qoydunuz. Öz taleyinizin təyinində şəriklər güman etdiyiniz və öz şəfaətçiləriniz bildiyiniz bütləri sizinlə görmürük! Güman etdiyiniz hər şey məhv olmuş və itmişdir."

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

الإمامُ علىٌّ(عليه السلام)

مَن أکثَرَ مِن ذِکرِ الآخِرةِ قَلَّتْ مَعصيتُهُ

هر کس که زياد به ياد آخرت باشد، گناه و نافرمانى او کم شود!

ميزان الحکمه، جلد 1، ص 56