Qısa cavab:
Ayələrin birində bu şərab “Təhur şərab” adlandırılır.
Digər ayədə təkid olunur ki, bu şərab saf, qatışıqsız, ləzzətli, başağrı verməyən, sərxoşluq gətirməyən, ağlı pozmayan bir şərabdır.
Başqa bir ayədə buyurur: "Onlara (isidən və xoş əhval ruhiyyə gətirən) zəncəfil qatılmış camdan içirdərlər."
Ətraflı cavab:
Qurani-kərimin müxtəlif ayələrində cənnət şərabları müxtəlif vəsflərlə ifadə olunur. Onların haqqında təhqiqat göstərir ki, onları içənlər heç bir bəyanla izah olunmayacaq ruhani bir zövqdə qərq olacaqlar. Ayələrin birində bu şərab “Təhur şərab” adlandırılır (1) :
وَ سَقاهُمْ رَبُّهُمْ شَراباً طَهُوراً
Digər ayədə təkid olunur ki, bu şərab saf, qatışıqsız, ləzzətli, başağrı verməyən, sərxoşluq gətirməyən, ağlı pozmayan bir şərabdır.(2)
یُطافُ عَلَیْهِمْ بِکَاْس مِنْ مَعِین * بَیْضاءَ لَذَّه لِلشّارِبِینَ * لا فِیها غَوْلٌ وَ لا هُمْ عَنْها یُنْزَفُونَ
Başqa bir ayədə buyurur:
یَشْرَبُونَ مِنْ کَاْس کانَ مِزاجُها کافُوراً
"Onlar kafur qatılmış (sərin və sakitləşdirici) camdan içəcəklər." (3)
Digər ayədə əlavə edir:
وَ یُسْقَوْنَ فِیها کَاْساً کانَ مِزاجُها زَنْجَبِیلاً
"Onlara (isidən və xoş əhval ruhiyyə gətirən) zəncəfil qatılmış camdan içirdərlər." (4)
Onların hamısından daha əhəmiyyətlisi budur ki, bu mənəvi qonaqlığın saqisi Allahın özüdür:
وَ سَقاهُمْ رَبُّهُمْ
"Rəbləri onlara şərab içirəcəkdir." (5)
Onlar Allahın qüdrət “əllərindən”, lütf və mərhəmət büsatından alıb içir, onun eşq və mərifətinin əzəmətindən məst olurlar.
İlahi! O Təhur şərabdan bizə də mərhəmət et! (6)
Şərh qeydə alınmayıb