Qısa cavab:
Ərəb dilində “qurrətə əəyun” ifadəsi insanın gözlərinin sərinləməsinə səbəb olan bir şeyə deyilir. Yəni gözlərindən sevinc yaşları axıdır. Bu, böyük bir sevincin füsunkar bir bənzətməsidir.
Lakin dilimizdə bu ifadənin bənzəri yoxdur. Quran ayəsində deyilir ki, "Etdikləri işlərin mükafatı olaraq onlar üçün gözlərə işıq gətirən nələrin gizlədildiyini heç kəs bilməz!"
“Heç kəs bilməz” və “gözlərə işıq gətirən” ifadələri bu nemət və mükafatların son dərəcə nəhəng olmasından xəbər verir.
Ətraflı cavab:
Allah-taala aşağıdakı ayədə həqiqi möminlərin qiymətli mükafatlarından söz açaraq bu mükafatın son dərəcə böyük əhəmiyyətini xatırladan maraqlı üslubda buyurur:
فَلاتَعْلَمُ نَفْسٌ ما اُخْفِیَ لَهُمْ مِنْ قُرَّهِ اَعْیُن
"Etdikləri işlərin mükafatı olaraq onlar üçün gözlərə işıq gətirən nələrin gizlədildiyini heç kəs bilməz!"
“Heç kəs bilməz” və “gözlərə işıq gətirən” ifadələri bu nemət və mükafatların son dərəcə nəhəng olmasından xəbər verir. Ələlxüsus, “nəfs” sözünün mənfi düzümdə ümumi isim formasında işlənməsi külli məna daşıyır və hamıya, hətta müqərrəb mələklərə və pərvərdigarın övliyalarına da şamil olur.
“Nəfs” sözünə izafə olunmayan “qurrətə əəyun” ifadəsi həqiqi möminlərin mükafatı ünvanında axirət dünyası üçün müəyyən edilmiş bu İlahi nemətlərin hamının gözlərinə işıq gətirəcəyinə işarə edir.
“Qurrə” sözü soyuqluq və sərinlik mənası daşıyan “qur” sözündən götürülmüşdür. Bildiyimiz ki, fərəhdən axan göz yaşları həmişə sərin və soyuq, qəmdən və həsrətdən axan göz yaşları isə isti və yandırıcıdır. Ərəb dilində “qurrətə əəyun” ifadəsi insanın gözlərinin sərinləməsinə səbəb olan bir şeyə deyilir. Yəni gözlərindən sevinc yaşları axıdır. Bu, böyük bir sevincin füsunkar bir bənzətməsidir.
Lakin dilimizdə bu ifadənin bənzəri yoxdur.
Hədislərin birində Həzrət peyğəmbərdən (səllallahu əleyhi və alih) belə nəql olunur:
اِنَّ اللّهَ یَقُولُ اَعْدَدْتُ لِعِبادِىَ الصّالِحِیْنَ ما لا عَیْنٌ رَاَتْ، وَ لا اُذُنٌ سَمِعَتْ، وَ لا خَطَرَ عَلى قَلْبِ بَشَر
Allah-taala buyurur: “Mən saleh bəndələrim üçün elə nemətlər hazırlamışam kim onları heç bir göz görməmiş, heç bir qulaq eşitməmiş və heç bir kəsin fikrindən keçməmişdir. (1)
Şərh qeydə alınmayıb