Qısa cavab:
Quran ayəsində deyilir:
"Şübhəsiz, kitab əhlindən (yeni dinə qarşı çıxıb) kafir olanların və müşriklərin yeri Cəhənnəm odudur. Onlar orada əbədi qalacaqlar. Onlar yaradılmışların ən pisidir."
Ətraflı cavab:
“Bəyyinə” surəsinin 6-cı ayəsindən bu sualın cavabı məlum olur. Allah-taala ayədə buyurur:
اِنَّ الَّذینَ کَفَرُوا مِنْ اَهْلِ الْکِتابِ وَ الْمُشْرِکینَ فی نارِ جَهَنَّمَ خالِدینَ فیها اُولئِکَ هُمْ شَرُّ الْبَرِیَّهِ
"Şübhəsiz, kitab əhlindən (yeni dinə qarşı çıxıb) kafir olanların və müşriklərin yeri Cəhənnəm odudur. Onlar orada əbədi qalacaqlar. Onlar yaradılmışların ən pisidir."
“Kəfəru” sözü onların İslam dini qarşısında kafir olduqlarına işarə edir. Çünki onlar öncədən də kafir idilər və küfrləri yeni bir hadisə deyildi. İnsanı lərzəyə gətirən “Onlar yaradılmışların ən pisidir” ifadəsi göstərir ki, bütün canlı və cansız varlıqların içində haqqın aşkar olmasından və hüccətin tamamlanmasından sonra doğru yolu buraxıb azğınlığa qədəm qoyan insanlardan mənfurunu tapmaq mümkün deyil. Bu, həqiqətdə “Ənfal” surəsinin 22-ci ayəsində deyilənlərə bənzəyir:
اِنَّ شَرَّ الدَّوَابِّ عِنْدَ اللّهِ الصُّمُّ الْبُکْمُ الَّذینَ لا یَعْقِلُونَ
"Həqiqətən, Allah yanında, tərpənən canlıların ən pisi düşünməyən eşitməyə qulağı, görməyə gözü və ayıq düşüncəsi olmayan kəslərdir."
Həmçinin “Əraf” surəsinin 179-cu ayəsində eyni sifətli kafirlərdən söz açaraq buyurur:
اُولئِکَ کَالاَنْعامِ بَلْ هُمْ اَضَلُّ اُولئِکَ هُمُ الْغافِلُون
"Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar və onlar həmin qafillərdirlər."
Sözügedən ayə bundan daha mühüm bir məsələyə də toxunur. Onların məxluqatın ən pisi kimi təqdim edilməsi həqiqətdə onların cəhənnəm odunda əbədi qalacaqlarına dəlildir.
Nə üçün məxluqatın ən pisi olmasınlar? Bütün səadət qapıları üzlərinə açıq ikən təkəbbür, qürur və inadkarlıq üzündən şüurlu şəkildə haqqa qarşı çıxdılar.
Əhli-kitabın adının müşriklərdən öncə çəkilməsi bəlkə də onların səmavi kitabı, alimləri olduğuna görə və peyğəmbərin (səllallahu əleyhi və alih) əlamətləri onların kitablarından aşkar formada verildiyinə görədir. Demək, onların etirazı daha çirkin və daha qəbahətli idi. (1)
Şərh qeydə alınmayıb