Qısa cavab:
Bu, eynilə cinayət törətmiş şəxslərin davranışı kimidir. Onlar istintaqın ilk dəqiqələrində hər şeyi, hətta öz dostları ilə tanışlığını rədd edirlər.
Amma cinayətlə bağlı faktları və canlı şahidləri ona təqdim edərkən məsələnin kifayət qədər aydın olduğunu və inkar üçün heç bir yol qalmadığını başa düşürlər. Bu ehtimal da var ki, şirki inkar edənlər özlərinin həqiqətən müşrik olduqlarına inanmırlar. Misal üçün xristianlar üç tanrıya inanır və eyni halda özlərini təkallahlı sanırlar.
Ətraflı cavab:
Bu suala iki cavab vermək olar:
Əvvəla, Qiyamət günü bir neçə mərhələdən ibarətdir. İlkin mərhələlərdə müşriklər (Allaha şərik qoşanlar) yalan danışmaqla ağrılı İlahi əzabdan canlarını qurtaracaqlarını güman edirlər. Ona görə də keçmiş adətlərinə uyğun olaraq yalana əl atırlar.
Amma sonrakı mərhələlərdə bu yollar qaçmaq şansının olmadığını başa düşərək öz əməllərinə etiraf edirlər. Sanki Qiyamət günü pərdələr insanların gözləri önündə tədricən kənara çəkilir. Öncə öz əməl qovluqlarını diqqətlə gözdən keçirməyən müşriklər yalana əl atırlar. Daha sonra pərdələr yuxarı qalxır və onlar hər şeyi gözləri önündə hazır görürlər. Belə olduqda etirafdan başqa çarə qalmır. Bu, eynilə cinayət törətmiş şəxslərin davranışı kimidir. Onlar istintaqın ilk dəqiqələrində hər şeyi, hətta öz dostları ilə tanışlığını rədd edirlər.
Amma cinayətlə bağlı faktları və canlı şahidləri ona təqdim edərkən məsələnin kifayət qədər aydın olduğunu və inkar üçün heç bir yol qalmadığını başa düşürlər.
Bu üzdən etiraf edib hər şeyi olduğu kimi açıqlayırlar. Bu cavab Həzrət Əlidən (əleyhis-salam) olan bir hədisdə nəql olunur.
İkincisi, şirki bəlkə də o adamlar inkar edəcəklər ki, özlərinin həqiqətən müşrik olduqlarına inanmırlar. Misal üçün xristianlar üç tanrıya inanır və eyni halda özlərini təkallahlı sanırlar.
Yaxud da təkallahlıqdan dəm vuran amma əməlləri şirk iyi verən insanlar nəzərdə tutulur. Çünki onlar peyğəmbərlərin göstərişlərinə əhəmiyyət verməmiş və Allahdan başqasına arxalanmışlar. Onlar İlahi övliyaların vilayətini inkar etmiş və eyni halda özlərini müvəhhid sanmışlar. Belələri Qiyamət günü and içəcəklər ki, biz vahid Allaha pərəstiş etmişik. Lakin tezliklə onlara başa salacaqlar ki, onlar daxilən müşriklərdən olmuşlar. Bu cavab da İmam Əlidən (əleyhis-salam) və İmam Sadiqdən (əleyhis-salam) nəql olunmuş müxtəlif hədislərdə diqqət çəkir. (1)
Şərh qeydə alınmayıb