Qısa cavab:
“Əzifəh” sözü mənası vaxt darlığına dəlalət edən “əzəf” sözündən götürülmüşdür. Təbii ki, “yaxın olmaq” mənasını da daşıyır. Qiyamət günü yaxın olmasına və vaxtının dar olmasına görə belə adlanmışdır.
Ətraflı cavab:
Qiyamət gününə yaxın olmasına və vaxtının dar olmasına görə “əzifəh” deyilir. Çünki bu söz mənası vaxt darlığı olan “əzəf” sözündən götürülmüşdür. Təbii ki, “yaxın olmaq” mənasını da daşıyır.
Qiyamətin bu adla adlandırılmasını “Nəcm” surəsinin 57-ci ayəsindən əlavə “Qafir” surəsinin 18-ci ayəsində də görmək olar. Sözü gedən ad dolğun və ayıldıcıdır. “Qəmər” surəsinin 1-ci ayəsində də eyni məzmunlu cümlənin şahidi oluruq. Ayədə deyilir:
اقْتَرَبَتِ السّاعَهُ
"Qiyamət yaxınlaşmışdır."
Dünyanın ömrünün qısa olmasını nəzərə almaqla Qiyamətin yaxın olmasını başa düşmək olar. Xüsusilə də hər kim ölürsə kiçik qiyaməti başlayır. (1)
Şərh qeydə alınmayıb