Əgər Allah bu dünyanın bər-bəzəyini tənqid edirsə, bu, ona görədir ki, bu dünyanın məhdudiyyətləri belə bir həyata çatmağın müxtəlif zülm və haqsızlıqlarla və ondan bəhrələnməyin isə qəflət və xəbərsizliklə yanaşı olmasına səbəb olur. Amma o dünyada imkanlar çox geniş olduğundan bu zinətləri əldə etmək insanlar üçün heç bir problem yaratmır, ayrı seçkiliyə, kiminsə haqqının tapdalanmasına səbəb olmur, kin və nifrət yaratmır və mənəviyyatla dolu olan mühitdə insanı Allahdan qafil etmir. Onu qorumağa və mühafizə xidmətinə ehtiyac duyulmur, rəqiblər paxıllıq törətmir, təkəbbür və lovğalığa bais və Allahdan və onun xəlqindən ayrı düşməyə səbəb olmur.