Qısa cavab:
Ayənin zahiri mənasından belə başa düşülür ki, ad qoymanın səbəbi o böyük gün bütün məxluqların birincidən axırıncıya qədər toplaşmasıdır.
Ətraflı cavab:
Qiyamət gününün “Yovmul-cəm” adlandırılması haqda müxtəlif təfsirlər var. Bəzən yazırlar ki, bu, ad qoyma ruhlarla cəsədlərin toplanacağına (cəmləşəcəyinə) görədir. Bəzən isə insanla əməlinin bir yerə toplaşacağı dəlil kimi göstərilir. Yaxud da deyilir ki, zalım və məzlumların cəm olacaqlarına görə Qiyamət gününə bu ad verilmişdir. Lakin onun zahiri mənasından belə başa düşülür ki, ad qoymanın səbəbi o böyük gün bütün məxluqların birincidən axırıncıya qədər toplaşmasıdır. Necə ki, “Vaqiə” surəsinin 49 və 50-ci ayələrində deyilir:
قُلْ اِنَّ الاْوَّلِینَ وَ الاْخِرینَ لَمجْمُوعُونَ الى میقاتِ یَوْم معلوم
De: “Şübhəsiz, əvvəlkilər də, sonuncular da mütləq məlum günün (Qiyamətin) vədə yerinə tərəf toplanılacaqlar.” (1)
Şərh qeydə alınmayıb