Qısa cavab:
Əvvəla sazişin pozulması müqəddiməsiz olmamışdır. Müəyyən əlamətlərə görə onlar özləri əhd-peymanı pozmuşdular.
İkincisi, xüsusi şərait altında hər hansı bir tayfaya və yaxud millətə güclə qəbul etdirilən sazişlər çarəsizlik üzündən qəbul olunursa, hakimiyyət və güc əldə etdikdən sonra onları bir tərəfli şəkildə ləğv etməkdə bir qəbahət yoxdur. Bundan əlavə, görürük ki, müşriklərlə sazişin ləğvi qəflətən baş vermədi. Onlara dörd ay möhlət verildi və bununla da onlara daha çox fikirləşmək fürsəti verildi ki, bəlkə geridə qalmışlığa, cahilliyə və xəbisliyə səbəb olan bu xurafatlardan əl çəksinlər.
Ətraflı cavab:
Bilirik ki, İslam dinində əhd-peymana hətta kafirlər və düşmənlərlə bağlanan sazişlərə sadiq qalmaq məsələsinə böyük əhəmiyyət verilir. Bu halda belə bir sual meydana çıxır: Necə ola bilər ki, Quran müşriklərlə olan sazişi bir tərəfli şəkildə pozmağa əmr edir? Belə ki, “Tövbə” surəsinin 1-ci ayəsində buyurur:
بَراءَهٌ مِنَ اللّهِ وَ رَسُولِهِ اِلَى الَّذینَ عاهَدْتُمْ مِنَ الْمُشْرِکینَ
"(Bu, bəraət elanı) və Allah və Onun Peyğəmbəri tərəfindən müşriklərdən əhd-peyman bağladığınız kəslərə nifrət bildirişidir."
Bu sualın cavabı aşağıdakı məsələlərə diqqət yetirməklə aydın olur:
Birincisi, həmin surənin 7 və 8-ci ayələrində deyildiyi kimi sazişin pozulması müqəddiməsiz olmamışdır. Müəyyən əlamətlərə görə onlar əhd-peymanı pozmuşdular. Onlar güc əldə etdikləri təqdirdə müsəlmanarla bağladıqları sazişlərə azacıq əhəmiyyət vermədən onlara zərbə endirməyə hazır idilər. Bu cəhətdən tamamilə məntiqidirki, insan düşmənin özünü sazişi ləğv etməyə hazırladığını və bunun əlamətlərinin onun əməllərində kifayət qədər aydın gözə dəydiyini gördükdə düşmənin qəfildən zərbəsinə tuş gəlməmiş sazişin ləğvini elan edib onun bərabərində ayağa qalxsın.
İkincisi, xüsusi şərait altında hər hansı bir tayfaya və yaxud millətə güclə qəbul etdirilən sazişlər çarəsizlik üzündən qəbul olunursa, hakimiyyət və güc əldə etdikdən sonra onları bir tərəfli şəkildə ləğv etməyin nə maneəsi var? Bütpərəstlik ayini nə din idi nə də məntiqi bir ideologiya. O, sadəcə xurafat dolu, təhlükəli və süst bir metod idi ki, sonda insan ictimaiyyətindən tamamilə silinməli idi. Bütpərəstlərin Ərəbistan yarımadasında qüvvələri ilk illərdə o qədər güclü idi ki, peyğəmbər (səllallahu əleyhi və alih) onlarla sülh və saziş bağlamağa məcbur oldu. Bu, güc və hakimiyyət əldə edəndən sonra məntiqə zidd olan və zorla qəbul etdirilmiş belə bir sazişi sadiq qalmağa dəlil ola bilməzdi. Bu, eynilə ona bənzəyir ki, dahi bir islahatçı bəzi ölkələrdə inəkpərəstlərin arasında baş qaldırır və bu əqidə və ayinləri yer üzündən qaldırmaq üçün geniş təbliğata başlayır. Vəziyyət gərginləşən kimi naçarlıq üzündən onlarla atəşkəs sazişi bağlayır. Lakin kifayət qədər davamçı toplayandan sonra ayağa qalxıb bu çürümüş fikirlərə qarşı mübarizəyə başlayır və onlarla özü arasında bağlanmış sazişin ləğv olunduğunu elan edir. Buna görə də sözü gedən hökmün müşriklərə məxsus olduğunun şahidiyik. Belə ki, Hicaz yarımadasının ətrafında məskunlaşan və peyğəmbərlə (səllallahu əleyhi və alih) əhd-peyman bağlamış kitab əhlinin və sair xalqların peymanları peyğəmbərin (səllallahu əleyhi və alih) ömrünün sonunadək qüvvəsində qaldı. Bundan əlavə, görürük ki, müşriklərlə sazişin ləğvi qəflətən baş vermədi. Onlara dörd ay möhlət verildi və Qurban bayramı günü Hicaz əhalisinin toplandığı ən mərkəzi məkanda, yəni Kəbə evinin kənarında bu məsələ hamıya elan edildi. Bununla da onlara daha çox fikirləşmək fürsəti verildi ki, bəlkə geridə qalmışlığa, cahilliyə və xəbisliyə səbəb olan bu xurafatlardan əl çəksinlər. Allah əsla onlara qəfil zərbə endirməyə və onları fikirləşməkdən məhrum etməyə razı olmadı. Hətta İslamı qəbul etməkdən boyun qaçırsalar, özlərini müdafiə etmək üçün güc yığmağa kifayət qədər imkan yaradıldı ki, qeyri-ədalətli bir müharibədə döyüşməyə məcbur olmasınlar. Əgər peyğəmbər (səllallahu əleyhi və alih) işin tərbiyəvi cəhətini gözləməsəydi və insani dəyərlərə riayət etməsəydi, dörd ay möhlət verməklə düşməni oyaq salmaz və güc toplamaq və müharibəyə hazırlıq üçün kifayət qədər fürsət verməzdi. Əksinə müəyyən bir gün sazişi bir tərəfli şəkildə ləğv etdikdən sonra onlara hücum edər və onları məhv edərdi. Bu üzdən görürük ki, bütpərəstərin çoxu həmin dörd aylıq möhlətdən yaxşı mənada istifadə edib İslam təlimləri haqda daha çox araşdırma aparmaqla onun ağuşuna qayıtdılar. (1)
Şərh qeydə alınmayıb