Qısa cavab:
Quran ayəsində qeyd olunur ki, onlara belə xitab olunacaq: “Həqiqətən Bizim yanımıza sizi yaradılışın əvvəlində (dünyada) yaratdığımız kimi tək gəldiniz. Və sizə əta etdiklərimiz mal-dövləti arxada qoydunuz. Öz taleyinizin təyinində şəriklər güman etdiyiniz və öz şəfaətçiləriniz bildiyiniz bütləri sizinlə görmürük! Güman etdiyiniz hər şey məhv olmuş və itmişdir."
Ətraflı cavab:
Bu sualın cavabı “Ənam” surəsinin 94-cü ayəsində verilmişdir. Allah-taala buyurur:
وَ لَقَدْ جِئْتُمُونا فُرادى کَما خَلَقْناکُمْ اَوَّلَ مَرَّه
"Həqiqətən Bizim yanımıza sizi yaradılışın əvvəlində (dünyada) yaratdığımız kimi tək gəldiniz."
Bəli, insanın ruhu canından alınandan sonra tənha, bir kəsi olmadan İlahi ədalət məhkəməsinə daxil olur. Daha sonra əlavə edir:
وَ تَرَکْتُمْ ما خَوَّلْناکُمْ وَراءَ ظُهُورِکُمْ
"Və sizə əta etdiklərimiz mal-dövləti arxada qoydunuz."
Belə ki, sizin üçün əhəmiyyətli olan və daim ona arxalandığınız mal və sərvəti buraxıb əliboş gedirsiniz.
Sonra davam edir:
وَ ما نَرى مَعَکُمْ شُفَعاءَکُمْ الَّذِینَ زَعَمْتُمْ اَنَّهُمْ فیکُمْ شُرَکاءُ
"Öz taleyinizin təyinində şəriklər güman etdiyiniz və öz şəfaətçiləriniz bildiyiniz bütləri sizinlə görmürük! "
Öz şəfaətçiləriniz sandığınız bütlərin heç biri sizinlə olmayacaqdır. Diqqətlə baxın. Birliyiniz dağıldı və aranızdakı bütün bağlılıqlar qırılmışdır.
Ehtiyac duyduğunuz vaxt sizi himayə edən qəbiləniz, tayfanız və yaxud nəslinizin sizinlə rabitəsi tamamilə qırılacaqdır. Bəli:
وَ ضَلَّ عَنْکُمْ ما کُنْتُمْ تَزْعُمُونَ
"Güman etdiyiniz hər şey məhv olmuş və itmişdir."
Bilirik ki, ərəb müşrik və bütpərəstləri üç şeyə arxalanırdılar: Bağlı olduqları qəbilə və tayfaları, yığdıqları mal və sərvətləri, həmçinin insanın taleyini təyin etməkdə Allaha şərik sandıqları və şəfaətçi güman etdikləri bütlərinə. (1)
Şərh qeydə alınmayıb