VƏZİFƏ

Heyvanların da axirətdə hazır olacaqlarını təsdiq etdiyimiz təqdirdə onların hər hansı ilahi vəzifəsi varmı?

İslam qanunvericiliyində insan üçün nəzərdə tutulan vəzifələrin sayı o qədərdir ki, ağıl və idraka ən ali səviyyədə malik olmadan onları yerinə yetirmək qeyri-mümkündür. Biz belə vəzifələri heyvanlar barəsində heç bir vəchlə qəbul edə bilmərik. Ona görə ki, onun şərtləri heyvanlarda yoxdur.
Amma ilahi vəzifələrin sadə və aşağı mərhələsini təsəvvür etmək olar və onun üçün cüzi idrak və şüur kifayət edir. Biz heyvanlarla əlaqədar belə bir idrak və şüuru, eləcə də belə vəzifələri ümumiyyətlə inkar edə bilmərik.

İslam hədislərində mükaşifə və intuisiya əldə etməyin yolu

İslam hədisləri nöqteyi-nəzərindən mükaşifə və intuisiya əldə etməyin yolu nədir?

Hədislərdə gələn ibarələrdən məlum olur ki, insanın imanı artdıqca, günahlar nəticəsində qəlbi əhatə edən pərdələr kənarlaşdıqca, insan varlıq aləminin sirlərini daha da kəşf edir. Belə ki, sonda İbrahimsayağı göy və yer səltənətini müşahidə edə bilər. O cümlədən, hədislərdə vurğulanır ki, insan qəlbi şeytandan təsirlənmədiyi təqdirdə mələkut aləminə nəzər sala bilər. Yaxud, hədislərdə həqiqi elm nur sayılmışdır, hansı ki Allah bəzi bəndələrinin qəlbinə salır və bəndə onun sayəsində qeyb aləmini görə bilir.

XƏLİFƏ SECMƏK ÜCÜN QURULMUŞ SÜRANIN ŞƏRİƏTƏ ÜYĞUN OLMASINA DAİR ƏHLİ- SÜNNƏTİN QURAN DƏLLİLƏRİ

Şuraya dini qanunilik verməklə bağlı Əhli-sünnətin Qurandan gətirdikləri dəlillər səhihdirmi?

Müsəlman alimlər arasında Məhəmməd peyğəmbərdən (s) sonra xəlifənin necə seçilməsi ilə bağlı fikir ayrılığı var. Əhli-sünnət alimləri xəlifənin şura tərəfindən seçilməsi nəzəriyyəsini qəbul edir və bunun üçün Qurani-Kərimdən dəlil olaraq ayələr qeyd edirlər. Məqalədə bu ayələrdən bəhs açılır.

İSLAM ƏXLAQINDA ÖRNƏYİN ROLU

Quran ayələri və İslam hədislərində yaşam tərzi üçün hansı həddə örnəyin – nümunənin vacibliyi vurğulanmışdır?

“Təvəlla” və “təbərra” prinsiplərinə əsasən, biz Allah dostlarını sevmək, düşmənlərinə ədavət bəsləmək və din rəhbərlərini hər şeydə örnək götürməklə vəzifələndirilmişik. Allah-taala “Mumtəhənə” surəsinin 4-cü ayəsində buyurur:
“İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə vardır. Onlar öz qövmünə dedilər: “Həqiqətən, biz sizdən və sizin Allahdan başqa tapındığınız şeylərdən uzağıq””.
Habelə, “Əhzab” surəsinin 21-ci ayəsində buyurur:
“Allahın elçisi sizlərə – Allaha və axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir”.

PİSLİKDƏN ÇƏKİNDİRMƏNİN İNSAN AZADLIĞI İLƏ ZİDDİYƏTİ

Pislikdən çəkindirməyin (nəhy əz münkər) insan azadlığı ilə ziddiyyəti varmı?

İslamın iki böyük ictimai prinsipi sayılan yaxşılığa dəvət və pislikdən çəkindirmədən məqsəd fərdləri yaxşı və faydalı işlərə yönəltmək, çirkin işlərdən çəkindirmək, bir sıra ictimai və etik azğınlıqlarla mübarizə aparmaqdır. Müştərək taleyin mövcud olduğu birgə yaşam üslubunda fəsadla mübarizə və insanları yaxşı işlərə dəvət mühüm və qaçılmaz vəzifədir. Belə bir cəmiyyətdə fərdlər əməllərinin xeyir və şərində tamamilə şərikdirlər. Bir fərdin əməlinin nəticəsi bütün fərdləri ağuşuna alır.

Ağlın dəyərini bəyan edən İslam hədisləri

İslam hədislərində ağıl necə dəyərləndirilir?

İslam hədislərində ağıl və zəkaya çox dəyər verilib. Bu gövhər dinin əsası, ən böyük zənginlik, ən yaxşı sərmayə, Mehriban Allahın qoşun sərkərdəsi, ən rahat minik, ən yaxşı dost, Allaha yaxınlaşmaq və mükafat qazanmaq üçün meyar olaraq tanıtdırılır. Nümünə üçün:
1.    Allahın Rəsulu (s) buyurur: “İnsan varlığının əsası ağlıdır və ağlı olmayanın dini də yoxdur”.  
2.    Əmirəl-möminin Əli (ə) buyurur: “Ağıl qədər zənginlik, nadanlıq qədər yoxsulluq yoxdur”.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

الإمام علىٌّ(عليه السلام)

لاتَکْمُلُ المَکَارِمُ إلاّ بالعَفافِ و الإيثار

مکارم اخلاق به کمال نرسد مگر با پاکدامنى و ايثار

ميزان الحکمه، جلد 1، ص 24