Qısa cavab:
İslam qanunvericiliyində insan üçün nəzərdə tutulan vəzifələrin sayı o qədərdir ki, ağıl və idraka ən ali səviyyədə malik olmadan onları yerinə yetirmək qeyri-mümkündür. Biz belə vəzifələri heyvanlar barəsində heç bir vəchlə qəbul edə bilmərik. Ona görə ki, onun şərtləri heyvanlarda yoxdur.
Amma ilahi vəzifələrin sadə və aşağı mərhələsini təsəvvür etmək olar və onun üçün cüzi idrak və şüur kifayət edir. Biz heyvanlarla əlaqədar belə bir idrak və şüuru, eləcə də belə vəzifələri ümumiyyətlə inkar edə bilmərik.
Ətraflı cavab:
Bu sualın cavabında qeyd etməliyik ki, ilahi vəzifənin müxtəlif mərhələləri vardır. Hər mərhələ özünə mütənasib şəkildə idrak və şüur tələb edir. İslam qanunvericiliyində insan üçün nəzərdə tutulan vəzifələrin sayı o qədərdir ki, ağıl və idraka ən ali səviyyədə malik olmadan onları yerinə yetirmək qeyri-mümkündür. Biz belə vəzifələri heyvanlar barəsində heç bir vəchlə qəbul edə bilmərik. Ona görə ki, onun şərtləri heyvanlarda yoxdur.
Amma ilahi vəzifələrin sadə və aşağı mərhələsini təsəvvür etmək olar və onun üçün cüzi idrak və şüur kifayət edir. Biz heyvanlarla əlaqədar belə bir idrak və şüuru, eləcə də belə vəzifələri ümumiyyətlə inkar edə bilmərik.
Hətta bir çox məsələləri anlayan uşaqlar və ağılda haqqında da bütün dini vəzifələri inkar etmək çətindir. Məsələn, həddi-büluğa çatmamış, lakin təhsil alıb hər şeyi başa düşən 14 yaşlı bir yeniyetməni nəzərdə tutaq. Belə bir yeniyetmə, adam öldürərsə və bu işin bütün zərər-ziyanlarını bilərsə, "o heç bir günaha batmamışdır?" – demək olarmı?!
Dünyanın qanun məcəlləsi də həddi-büluğa çatmamış adamları bəzi günahlarına görə cəzalandırır. Söz yox ki, onların cəzası bir az yüngüldür. Bu üzdən həddi-büluğ, kamil idrak, yüksək mərhələlərdə dini vəzifələrin şərtidir. Daha aşağı mərhələlərdə, yəni qəbahət və çirkinliyi daha aşağı şəxslər üçün də tamamilə dərk olunan bir çox günahlarla əlaqədar büluğu və kamil əqli şərt bilmək olmaz.
Dini vəzifələrin mərtəbələri arasındakı, eyni zamanda əqlin mərtəbələri arasındakı fərqləri nəzərə almaqla heyvanlar barəsindəki yuxarıdakı sualın cavabı aydın olur. (1)
Şərh qeydə alınmayıb