PİSLİKDƏN ÇƏKİNDİRMƏNİN İNSAN AZADLIĞI İLƏ ZİDDİYƏT

Pislikdən çəkindirməyin (nəhy əz münkər) insan azadlığı ilə ziddiyyəti varmı?

İslamın iki böyük ictimai prinsipi sayılan yaxşılığa dəvət və pislikdən çəkindirmədən məqsəd fərdləri yaxşı və faydalı işlərə yönəltmək, çirkin işlərdən çəkindirmək, bir sıra ictimai və etik azğınlıqlarla mübarizə aparmaqdır. Müştərək taleyin mövcud olduğu birgə yaşam üslubunda fəsadla mübarizə və insanları yaxşı işlərə dəvət mühüm və qaçılmaz vəzifədir. Belə bir cəmiyyətdə fərdlər əməllərinin xeyir və şərində tamamilə şərikdirlər. Bir fərdin əməlinin nəticəsi bütün fərdləri ağuşuna alır.

İslam dinində yaxşılığa dəvət və pislikdən çəkindirmə prinsipləri

İslam dinində yaxşılığa dəvət və pislikdən çəkindirmənin nə kimi yeri vardır?

Qurani-kərim yaxşılığa dəvət və pislikdən çəkindirmənin əhəmiyyətini bildirmək üçün keçmiş tayfaların həlak amili kimi bu vacib əməlin unudulmasını göstərir, Bəni-İsrailin bir hissəsini məhz bu vacibi tərk etdiklərinə görə həzrət İsa (ə) və həzrət Davudun (ə) lənətinə tuş gəldiklərini açıqlayır. Həmçinin, məsum imamların (ə) kəlamlarından da sözügedən vacibin cihaddan əhəmiyyətli olduğu anlaşılır. Yaxşılığa dəvət edib pislikdən çəkindirmək şəriətin möhkəmlənməsinə səbəb olur. Onu yerinə yetirənlərsə Allahın yer üzündəki nümayəndələri və Peyğəmbərin (s) canişinləri olaraq təqdim edilir.

 

PİSLİKDƏN ÇƏKİNDİRMƏNİN İNSAN AZADLIĞI İLƏ ZİDDİYƏTİ

Pislikdən çəkindirməyin (nəhy əz münkər) insan azadlığı ilə ziddiyyəti varmı?

İslamın iki böyük ictimai prinsipi sayılan yaxşılığa dəvət və pislikdən çəkindirmədən məqsəd fərdləri yaxşı və faydalı işlərə yönəltmək, çirkin işlərdən çəkindirmək, bir sıra ictimai və etik azğınlıqlarla mübarizə aparmaqdır. Müştərək taleyin mövcud olduğu birgə yaşam üslubunda fəsadla mübarizə və insanları yaxşı işlərə dəvət mühüm və qaçılmaz vəzifədir. Belə bir cəmiyyətdə fərdlər əməllərinin xeyir və şərində tamamilə şərikdirlər. Bir fərdin əməlinin nəticəsi bütün fərdləri ağuşuna alır.
پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

الإمام عليٌّ(عليه السلام)

الإيثارُ أعلى الإحسانِ

ايثار، بالاترين نيکوکارى است

ميزان الحکمه، جلد 1، ص 22