Qısa cavab:
Hədislərdə gələn ibarələrdən məlum olur ki, insanın imanı artdıqca, günahlar nəticəsində qəlbi əhatə edən pərdələr kənarlaşdıqca, insan varlıq aləminin sirlərini daha da kəşf edir. Belə ki, sonda İbrahimsayağı göy və yer səltənətini müşahidə edə bilər. O cümlədən, hədislərdə vurğulanır ki, insan qəlbi şeytandan təsirlənmədiyi təqdirdə mələkut aləminə nəzər sala bilər. Yaxud, hədislərdə həqiqi elm nur sayılmışdır, hansı ki Allah bəzi bəndələrinin qəlbinə salır və bəndə onun sayəsində qeyb aləmini görə bilir.
Ətraflı cavab:
İnsanın ruhu və qəlbi ayna kimidir; bəzən günah tozu, əxlaqi nöqsanların pası ucbatından özündə heç bir həqiqəti əks etdirmir. Amma, elə ki həmin ayna tövbə suyu ilə yuyularaq tozu silindi, nəfsi saflaşdırma ilə pası təmizləndi və qəlb cilalandı, həqiqətin nuru onda əks olunur, sahibi ilahi sirlərin məhrəminə çevrilir və naməhrəmlərin qulağının duymadığı sözləri, mesajları eşitməyə başlayır.
Aşağıdakı hədislər bu mənaya şahid ola bilər:
1. Hədislərin birində Allahın Rəsulu (s) buyurur:
“لَوْلا اَنَّ الشَّیاطِیْنَ یَحُومُونَ اِلى قُلُوبِ بَنِى آدَمَ لَنَظَرُوا اِلى الْمَلَکُوتِ” (1)
“Əgər şeytanlar Adəm övladının qəlbini əhatəyə almasaydı, mələkut aləminə (mələklər səltənətinə) nəzər sala bilərdi”.
2. Peyğəmbər (s) digər bir hədisdə buyurur:
“لَیْسَ الْعِلْمُ بِکَثْرَهِ التَّعَلّمُ، وَانَّما الْعِلْمُ نُورٌ یَقْذِفُهُ اللهُ فى قَلْبِ مَنْ یُحِبُّ، فَیَنْفَتِحُ لَهُ، وَیُشاهِدُ الْغَیْبَ، وَ یَنْشَرِحُ صَدْرُهُ فَیَتَحَمَّلُ الْبَلا، قِیل یا رَسُوْلَ اللهِ وَ هَلْ لِذلِکَ مِنْ عَلامه؟ قالَ(صلى الله علیه وآله) اَلتَّجافِىُ عَنْ دارِ الْغُرُورِ، وَالاِنابَهُ اِلَى دارِ الْخُلُودِ، وَالاْسْتِعْدادُ لِلِمَوْتِ قَبْلَ نُزُولِهِ ” (2)
“(Həqiqi) elm çox öyrənməklə deyil, həqiqətən elm Allahın sevdiyi kəslərin qəlbinə saldığı bir nurdur ki, ardınca qəlb qapıları açılır, qeybi görür, sinəsi genişlənir, ilahi bəla və imtahanlar qarşısında dözüm göstərir”.
Bir nəfər soruşdu:
- Ey Allahın Rəsulu! Bunun bir əlaməti varmı?
- Əlaməti dünyaya etinasızlıq, axirətə diqqət və (saleh əməllə) ölüm nazil olmamışdan ona hazırlıqdır.
3. “Nəhcül-bəlağə” kitabında Allahın yer üzündə nümayəndəsi sayılan şəxslər belə vəsf edilir:
“هَجَمَ بِهِمُ الْعِلْمُ عَلَى حَقِیْقَهِ الْبَصِیْرَهِ وَباشَرُوا رُوْحَ الْیَقِیْنِ، وَاسْتَلانُوا ما اسْتَعْوَرَهُ الْمُتْرَفُونَ، وَاَنِسُوا بِمَا اسْتَوْحَشَ مِنْهُ الْجاهِلُونَ، وَ صَحِبُوا الدُّنْیا بِاَبْدان اَرُواحُها مُعَلَّقهٌ بِالْمَحَلِّ الاَعْلى، اُولیکَ خُلَفاءُ اللهِ فِى اَرْضِهِ وَالدُّعاهُ الى دِینِهِ ” (3)
“Elm və bilik həqiqi bəsirəti ilə onlara üz tutmuş, yəqin ruhunu hiss etmişlər və şəhvətpərəstlərin – dünyapərəstlərin çətin saydığı şeylər onlara asandır. Onlar cahillərin qorxduğu şeylə ünsiyyət tapmışdır. Ruhları yuxarı aləmlə rabitədə olduğu halda dünyada bədənləri ilə yaşayırlar. Onlar yer üzündə Allahın xəlifələri və Allah dininə dəvət edənlərdir”.
4. “Nəhcül-bəlağə”də başqa bir hədisdə, Zuləb Yəmaninin məşhur hekayəsində gəlmişdir ki, İmam Əlinin (ə) dostlarından biri olan, natiqliyi və zirəkliyi ilə seçilən bu şəxs bir gün həzrət Əlidən (ə) qəribə sual soruşdu:
- هَلْ رَاَیْتَ رَبَّکَ یا اَمِیْرَ الْمُوْمِنْیِنَ
- Ey möminlərin əmiri! Pərvərdigarını heç gördünmü?
- اَفَاَعْبُدُ مالا اَرَى
- Görmədiyimə ibadət edim?
- وَکَیْفَ تَراهُ
- Onu necə görürsən?
- لا تُدْرِکُهُ الْعُیُونُ بِمُشاهَدَهِ الْعَیانِ، وَلکِنْ تُدْرِکُهُ الْقُلُوبُ بِحَقایِقِ الاِیْمانِ
- Zahiri gözlər hissi müşahidələrlə Onu dərk edə bilməz. Lakin iman həqiqətləri ilə qəlblər Onu dərk edə bilər və dərk edir də.
- قَرِیْبٌ مِنَ الاَشْیاءِ غَیْرَ مُلابِس، بَعِیْدٌ مِنْها غَیْرَ مُبایِن (4)
- Hər şeydən yaxındır, amma onlara yapışmaqla deyil. Hər şeydən uzaqdır, amma onlara biganə olmaqla deyil.
Məlumdur ki, İmamın (ə) məqsədi əqli dəlillərlə Allahın pak vücudunu dərk etmək deyil, ona görə ki, belə bir məqam bütün Allahpərəstlər üçün müyəssərdir. Hətta o qoca qarı da öz məşhur
Şərh qeydə alınmayıb