“ SEYRİ-SÜLÜK”da MÜƏLLİMƏ EHTİYAC MƏSƏLƏSİNDƏ SUİ-İSTİFADƏ

“Seyri-süluk”da müəllimə ehtiyac məsələsindən nə kimi sui-istifadələr olunmuşdur?

Hər zaman, hər bir xalq və millət arasında düzgün və yaradıcı məfhumlardan sui-istifadələr olunmuşdur. Əxlaq ustadı məsələsi, nəfsi saflaşdırma və Allaha doğru seyrin – hərəkətin daha effektiv olması üçün ümumi və xüsusi müəllimlərdən istifadə vacibliyi bu qaydadan müstəsna deyil.
Sufilərin bir dəstəsi özlərini “mürşid”, “şeyx”, “təriqət piri” və “qütb” adlandıraraq, başqalarını qeydsiz-şərtsiz özlərinə tabe etməyə çalışırlar. Deyirlər ki, təriqət pirindən şəriətə zidd əməllər görsəniz, irad tutmayın, çünki təslim olmuş ruhla bu işi görmək ona qarşı çıxmaqdır.

İSLAM ƏXLAQINDA ÖRNƏYİN ROLU

Quran ayələri və İslam hədislərində yaşam tərzi üçün hansı həddə örnəyin – nümunənin vacibliyi vurğulanmışdır?

“Təvəlla” və “təbərra” prinsiplərinə əsasən, biz Allah dostlarını sevmək, düşmənlərinə ədavət bəsləmək və din rəhbərlərini hər şeydə örnək götürməklə vəzifələndirilmişik. Allah-taala “Mumtəhənə” surəsinin 4-cü ayəsində buyurur:
“İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə vardır. Onlar öz qövmünə dedilər: “Həqiqətən, biz sizdən və sizin Allahdan başqa tapındığınız şeylərdən uzağıq””.
Habelə, “Əhzab” surəsinin 21-ci ayəsində buyurur:
“Allahın elçisi sizlərə – Allaha və axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir”.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

قالَ رَسُولُ اللهِ(صلى الله عليه وآله):

لَيْسَ لِلْحِجَّةِ المَبْرُورَةِ ثَوابٌ اِلاّ الجَنَّة

حجّ مقبول پاداشى جز بهشت ندارد.

سنن ترمذى: 3/175/8190