Qısa cavab:
Qurani-Kərim orucun öncəki dinlərdə olmasını açıq şəkildə bəyan edir: "Oruc sizdən öncəkilər üçün də vacib edilmişdir." Həmçinin, qədim və hazırkı Əhdi-Ətiq və Əhdi-Cədidlərdə də bu məsələyə işarə olunmuşdur.
Ətraflı cavab:
Qurani-Kərim bu ilahi fərizə və ibadətin öncəki dinlərdə olmasını açıq şəkildə bəyan edir (1) "Oruc sizdən öncəkilər üçün də vacib edilmişdir." Həmçinin, qədim və hazırkı Əhdi-Ətiq və Əhdi-Cədidlərdə də bu məsələyə işarə olunmuşdur. Onların bəzisinə işarə edirik:
1- Hər zaman hər bir tayfa və hər bir millətdə qəm-qüssəyə düçar olduqları və çətinliyə düşdükləri zaman oruc olmuşdur. (Pulos, 3:5)
2- Həzrət Musa (ə) 40 gün oruc tutdu. (“Təsniyə” kitabı (qanunu), 9:9)
3- Yəhud qövmü fürsət olduqda, təvazökarlıq və tabeçiliklərini nümayiş etdirmək istədikdə oruc tutardılar ki, bunun vasitəsilə Allahın razılığını əldə etsinlər. (“Davəran” kitabı (qanunu), 20:26)
4- Həzrət İsa (ə) şagirdlərinə əmr verdi ki, onun ölmündən sonra oruc tutsunlar. (Luka İncili, 5: 34)
İncillərdə olan məsələlər bunlar idi. Daha artıq məlumat üçün "Müqəddəs Qamus kitabı"na müraciət edə bilərsiniz, səh. 437-438.
Şərh qeydə alınmayıb