QURAN VƏ ƏKSƏRİYYƏTİN RƏYİNİN ETİBARI

Qurani-kərim “çoxluq haqq olmağa əlamətdir” sözünü məqbul sayırmı?

Ayələrdən aydın olur ki, Allah heç vaxt sayca çoxluğu haqq-həqiqətin meyarı qərar verməmişdir. Məsələn bir ayədə deyilir: “Əgər yer üzündə olan insanların əksəriyyətinə tabe olsan, səni Allah yolundan azdırarlar. Çünki bunlar gümandan başqa bir şeyə tabe olmurlar.”

ƏHLİ -SÜNNƏYƏ GÖRƏ İMAM ƏN ÜSTÜN OLMALIDIR

Əhli-sünnə imamın sair insanlardan üstün olması ilə əlaqədar hansı əqidəyə malikdir?

Əhli-sünnə alimlərindən bir çoxu imamın ən fəzilətli və ən üstün olmasını onun əsas şərtlərindən biri hesab etmişlər. Onlardan Əbul-Həsən Əşəri, Nəzzam, Cahiz, İbn Teymiyyə və Muhubuddin Təbəri kimi alimlərin adını çəkmək olar.

 

“ İBTİLA AYƏSİNDƏKİ “İMAM” SÖZÜNÜN MƏNASI

“İnni caulikə linnasi imamən” (“Bəqərə” surəsi, ayə: 124, buna “ibtila” ayəsi deyilir) ayəsində imam sözü hansı mənada işlənmişdir?

Nübbüvət məqamı Allah tərəfindən xəbər gətirməkdir, imamət məqamı isə hidayət və rəhbərlik məqamıdır, üstəlik cəmiyyətin əlindən tutmaqdır. İmamət məqamı insanları zahiri və batini cəhətdən kamala, dünya və axirət səadətinə doğru hidayət etməkdir. Bu məna “İbtila” ayəsindən gözəl şəkildə əldə olunur.

BEYƏT BARƏSİNDƏ ƏHLİ -SÜNNƏT FƏQİH VƏ MÜTƏKƏLLİMLƏRİNİN NƏZƏRİ

Əhli-sünnət fəqih və mütəkəllimlərinin xilafətin beyət vasitəsi ilə qanuni formaya düşməsi ilə bağlı nəzəriyyələri nədir?

Burada Əbülhəsən Əli ibn Məhəmməd Mavərdi, Qazi Əbdül Cabbar Mötəzili, İbn Teymiyyə, Doktor Məhəmməd Xalidi Orduni, Doktor Taha Hüseyn kimi alimlərin “beyət” və “imamlıq” barəsində nəzərlərinə toxunulur.

PEYĞƏMBƏRİN CANİŞİNLƏRİNİN ALLAH TƏRƏFİNDƏN TƏYİN EDİLMƏSİ

Qurani-Kərim İmamın (ə) Allah tərəfindən təyin olunmasını təsdiq edirmi?

Qurani-kərimin ayələrinə nəzər salmaqla aydın olur ki, keçmiş peyğəmbərlərin canişinləri də mütəal Allah tərəfindən təyin olunub. Məsələn, “Ənbiya” surəsinin 70-ci ayəsində deyilir ki, “Və onları insanlara imamlar – rəhbərlər qərar verdik ki, Bizim fərmanımızla (insanları) hidayət edirdilər.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

الإمام عليٌّ(عليه السلام)

الإيثارُ أشرَفُ الکَرَمِ

ايثار، برترين بخشندگى است

ميزان الحکمه، جلد 1، ص 22