Qısa cavab:
Əhli-sünnə alimlərindən bir çoxu imamın ən fəzilətli və ən üstün olmasını onun əsas şərtlərindən biri hesab etmişlər. Onlardan Əbul-Həsən Əşəri, Nəzzam, Cahiz, İbn Teymiyyə və Muhubuddin Təbəri kimi alimlərin adını çəkmək olar.
Ətraflı cavab:
Əhli-sünnə alimlərindən bir çoxu imamın ən fəzilətli və ən üstün olmasını onun əsas şərtlərindən biri hesab etmişlər. Burada onların bəzilərinin sözlərinin qeyd edirik:
1. Əbul-Həsən Əşəri yazır: “İmam gərək öz zəmanəsinin insanlarının hamısından üstün və fəzilətli olsun. Xalq arasında əfzəl (ən üstün) şəxsin varlığı ilə məfzul (1) şəxsin imaməti heç vaxt həyata keçməz.... Əgər bir qrup insan özlərindən aşağı olan bir şəxsə beyət etsələr, o, camaatın imamı yox, padşahı olur.” (2)
2. Mötəzili alimlərindən olan Nəzzam və Cahiz inanırlar ki, “imamət yalnız insanlar içərisində əfzəl (üstün) olan şəxsə layiqdir və onu, qeyri əfzəlin (fəziləti az olanın) öhdəsinə qoymaq olmaz.” (3)
3. İbn Teymiyyə də imamın əfzəl şəxs olmasını onun əsas şərtlərindən biri hesab edir. Buna görə də Əbubəkrin xilafəti barəsində yazır: “Xalq onu başqalarından irəli saldı, çünki o, camaatın ən üstünü idi.” (4)
O başqa yerdə isə yazır: “İnsanlar arasında ən üstün şəxsin varlığı ilə məfzul şəxsin rəhbərliyi ələ alması böyük bir zülmdür.” (5)
4. Muhubuddin Təbəri yazır: “İnsanlar arasında əfzəl şəxsin varlığı ilə məfzul şəxsin vilayəti və hakimliyi gerçəkləşməz.” (6) (7)
Şərh qeydə alınmayıb