Qısa cavab:
Nübbüvət məqamı Allah tərəfindən xəbər gətirməkdir, imamət məqamı isə hidayət və rəhbərlik məqamıdır, üstəlik cəmiyyətin əlindən tutmaqdır. İmamət məqamı insanları zahiri və batini cəhətdən kamala, dünya və axirət səadətinə doğru hidayət etməkdir. Bu məna “İbtila” ayəsindən gözəl şəkildə əldə olunur.
Ətraflı cavab:
Bəzi insanlar bu ayədəki imam sözünü nəbi, bəziləri rəsul, bəziləri də başqa mənalara götürmüşlər. O cümlədən, itaət olunan, vəsi, xəlifə, rəis, rəhbər kimi təfsir etmişlər. Lakin bu təfsirlərin hamısı yanlış və batildir. Çünki nəbi kəlməsi “nə-bə-ə” kökündən alınmışdır və “xəbər vermək” mənasınadır. “Nəbi” Allah tərəfindən xəbər gətirən şəxsə deyilir. Bu da "imam"ın mənasından tamamilə fərqlidir. Eləcə də rəsul o kəsə deyilir ki, öhdəsinə təbliğ vəzifəsini qoyulmuşdur. Bu məna da camaatın onu öz ülgüləri qərar verməsini, zahirdə və batində ona tabe olmasını, yaxud sözlərini eşidərək ona əməl etməsini tələb etmir. Nəticə alırıq ki, rəsulun mənası da "imam"ın mənasından tamamilə ayrıdır. “İtaət olunanlar” da o kəslərə deyilir ki, yüksək şəxsiyyət, ehtiram və heysiyyətə malik olduqlarından camaat onlara itaət edir. Bu da risalət və nübüvvətin tələbidir və imamət mənası ilə tamamilə fərqlidir. “Xəlifə” və “vəsi”nin də mənası imamət deyil, naib olmaqdır. Eləcə də rəis, qaid o şəxsə deyilir ki, hökumət kürsüsünə əyləşsin. Bu kürsüyə əyləşmək də camaat tərəfindən itaət olunmasını tələb edir, lakin bu da "imam" mənasından başqadır.
“Əmmə (keçmiş zaman feli) – yəummu-dan (indiki zaman feli)” alınan imam kəlməsi (1) o kəsə deyilir ki, örnək sayılsın. Buna görə də bütün insanlara vacibdir ki, nümunə kimi bütün işlərində ona tabe olsunlar...
Buna görə də münasibdir ki, Allah-taala bu məqamı nübüvvət və risalət məqamını yaratdıqdan sonra qərar versin. Yəni, Allah həmin şəxsi ilahi vəhydən agah edir, ona təbliğ vəzifəsi verir, o da bütün imtahanlardan başıuca çıxır, müxtəlif qabiliyyətlərə yiyələnir, məhz bundan sonra onu imamət məqamına çatdırır. Çünki imamət nübüvvət məqamından yüksəkdədir. Nübbüvət məqamı Allah tərəfindən xəbər gətirməkdir, imamət məqamı isə hidayət və rəhbərlik məqamıdır, üstəlik cəmiyyətin əlindən tutmaqdır. İmamət məqamı insanları zahiri və batini cəhətdən kamala, dünya və axirət səadətinə doğru hidayət etməkdir. Bu məna “İbtila” ayəsindən gözəl şəkildə əldə olunur. (2)
Şərh qeydə alınmayıb