“ İBTİLA AYƏSİNDƏKİ “İMAM” SÖZÜNÜN MƏNASI

“İnni caulikə linnasi imamən” (“Bəqərə” surəsi, ayə: 124, buna “ibtila” ayəsi deyilir) ayəsində imam sözü hansı mənada işlənmişdir?

Nübbüvət məqamı Allah tərəfindən xəbər gətirməkdir, imamət məqamı isə hidayət və rəhbərlik məqamıdır, üstəlik cəmiyyətin əlindən tutmaqdır. İmamət məqamı insanları zahiri və batini cəhətdən kamala, dünya və axirət səadətinə doğru hidayət etməkdir. Bu məna “İbtila” ayəsindən gözəl şəkildə əldə olunur.

ƏHLİ -SÜNNƏYƏ GÖRƏ İMAM ƏN ÜSTÜN OLMALIDIR

Əhli-sünnə imamın sair insanlardan üstün olması ilə əlaqədar hansı əqidəyə malikdir?

Əhli-sünnə alimlərindən bir çoxu imamın ən fəzilətli və ən üstün olmasını onun əsas şərtlərindən biri hesab etmişlər. Onlardan Əbul-Həsən Əşəri, Nəzzam, Cahiz, İbn Teymiyyə və Muhubuddin Təbəri kimi alimlərin adını çəkmək olar.

 

HƏDİSLƏRƏ GÖRƏ İMAMIN ƏN ÜSTÜN ŞƏXS OLMASININ VACİBLİYİ

Əhli-sünnət və şiə hədislərində imamın ümmətin hamısından üstün olması barədə nələr var?

Həm əhli-sünnə həm də şiə mənbələrində bu məsələyə toxunan hədislərə rast gəlmək olar. Məsələn, Baqilani Peyğəmbərdən (s) belə nəql edir: “İmamət vəzifəsini insanların ən fəzilətlisi öhdəsinə almalıdır.”

 

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

الإمام عليٌّ(عليه السلام)

أفضلْ السَّخاءِ الإيثارُ

برترين بخشندگى، ايثار است

ميزان الحکمه، جلد 1، ص 22