“ İBTİLA AYƏSİNDƏKİ “İMAM” SÖZÜNÜN MƏNASI
“İnni caulikə linnasi imamən” (“Bəqərə” surəsi, ayə: 124, buna “ibtila” ayəsi deyilir) ayəsində imam sözü hansı mənada işlənmişdir?
Nübbüvət məqamı Allah tərəfindən xəbər gətirməkdir, imamət məqamı isə hidayət və rəhbərlik məqamıdır, üstəlik cəmiyyətin əlindən tutmaqdır. İmamət məqamı insanları zahiri və batini cəhətdən kamala, dünya və axirət səadətinə doğru hidayət etməkdir. Bu məna “İbtila” ayəsindən gözəl şəkildə əldə olunur.