DƏLİL VƏ HÖCCƏTİN TAMAMLANMASI

Allah Qiyamət günü günahkarlara öz dəlilini necə tamamlayır?

Quran ayəsində Allah-taala onlara məzəmmət edici sözlərlə xitab edir:
“Məgər Mənim ayə və nişanələrim həmişə sizə oxunmurdu və siz həmişə onları təkzib və inkar etmirdiniz?”

Növbəti ayədə cəhənnəmlik günahkarlar birmənalı şəkildə etiraf edirlər ki, Allah tərəfindən dəlil tamamlanmışdır, biz öz əlimizlər özümüzü bədbəxt etmişik. Etiraf edirik ki, azğın tayfa idik.
 

HƏZRƏT ƏLİNİN (əleyhis-salam) VİLAYƏTİ HAQDA SORĞU -SUAL

Qiyamət günü Həzrət Əlinin (əleyhis-salam) vilayəti haqda sorğu-sual olacaqmı?

Şeyx Tusi “Əmali” kitabında nəql edir ki, Siratın üzərindən heç kəs keçə bilməz. Yalnız o kəslər keçər ki, əllərində Əlinin (əleyhis-salam) vilayəti həkk olunmuş vəsiqə olsun. Bir çox əhli-sünnət kitablarında da İbn Abbasdan, Əbu Səid Xudridən, onlar da peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql olunur ki, ayədə Əli ibn Əbu Talibin vilayətindən sorğu-sual olunacağından söhbət gedir. 

DÜNYANIN SONU

Dünyanın sonunda hər şeyin məhv olacağını nəzərə alaraq, Cənnət və Cəhənnəmin də məhv olacağı gözlənilirmi?

Demək olar ki, həlak və ya məhv olmaq dünyaya və yer üzündə olanlara aiddir. Cənnət və Cəhənnəm isə bu dünyanın tərkib hissəsi deyildirlər ki, məhv olmağa məhkum olunsunlar. Onlar başqa bir dünyaya – axirət dünyasına aiddirlər. İstər cənnət və cəhənnəmin dünyanın daxilində olduğuna inanaq, istərsə də ondan kənarda olub, onu əhatə etməsinə etiqad bəsləyək.
 

” ”QARİƏ SÜRƏSİNİN AYƏLƏRİNDƏ QİYAMƏTİN TƏSVİRİ

Qurani-kərimin “Qariə” surəsinin 1-5-ci ayələrində Qiyamət necə təsvir olunur?

Sözü gedən ayələrdə qiyamət günü belə təsvir olunur: “Döyəcləyən hadisə! Nə qədər döyəcləyən hadisə! Sən nə bilirsən ki, o döyəcləyən (dəhşətli) hadisə nədir? O gün insanlar kəpənək kimi (ətrafa) səpələnər. Dağlar didilmiş rəngarəng yun kimi havada parça-parça olacaqdır.”

HADİSƏLƏR

Qiyamət qopacağı zaman nə kimi hadisələr baş verəcəkdir?

Quran ayələrinə görə Yer möhkəm bir-birinə çırpılıb parça-parça olacaq.Bir sözlə, bu ifadə dünyanın sonunda və axirətin başlanğıcında çoxsaylı zəlzələlərin və insanları sarsıdan hadisələrin baş verəcəyindən xəbər verir. Dağlar bir-birinə çırpılır, yerlə yeksan olur. Qiyamət gününün birinci mərhələsi sona çatdıqdan yəni - dünyanın viran olmasından sonra ikinci mərhələ başlayır. İnsanlar hamılıqla həyata qayıdır və İlahinin ədalət məhkəmsinə hazırlanırlar.
 

ƏMƏLLƏRİN MƏHVİ

Əməllərin dəqiq hesablanması bəzi əməllərin məhv olub aradan getməsilə necə bir araya gələ bilər?

Ayələrdə insanın yaxşı və pis əməllərinin hər zərrəsini görməsi "ümumi qanun" şəklindədir. Bilirik ki, hər qanunun istisna halları ola bilər. “Əfv”, “tövbə”, “əhbat” və “təkfir” ayələri də həqiqətdə bu ümumi qanunun müstəsna hallarıdır.
Həmçinin "Əhbat” və “təkfir” hallarında həqiqətdə tarazlıq, kəsr, azaltma baş verir. Bu, eynilə alınacaq və veriləcək borclar kimidir, bir-birindən çıxılır, azaldılır. İnsan bu tarazlığın nəticəsini görəndə həqiqətdə bütün yaxşı və pis əməllərini görmüşdür. Həmin sözü əfv və tövbə halları haqqında da demək olar. Çünki insanın ləyaqəti olmasa əfvə nail olmur. Tövbə də öz-özlüyündə xeyir əməllərdən biri hesab olunur.   


 

ƏMƏLLƏRİN DƏYƏRİ

Qiyamət günü bütün xeyir əməllərin dəyəri eyni olacaqmı?

Hədislərdə bir sıra xeyir əməllərin üzərində daha çox təkid olunur və onlar Qiyamət günü əməl tərəzisinin çəki vahidi adlandırılır. Hədislərin birinə görə Allah Qiyamət günü əməl tərəzisini “La İlahə illəllah” cümləsi ilə ağır edəcəkdir. Digər bir hədisə görə əməl tərəzisində Məhəmməd və Ali-Məhəmmədə salavat göndərməkdən ağır bir əməl yoxdur.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

قال الصادق (عليه السلام)

من لم يأت قبر الحسين (عليه السلام) و هو يزعم انه لنا شيعة حتى يموت فليس هو لنا شيعة و ان کان من اهل الجنة فهو من ضيفان اهل الجنة

کسى که به زيارت قبر امام حسين نرود و خيال کند که شيعه ما است و با اين حال و خيال بميرد او شيعه ما نيست واگر هم از اهل بهشت باشد از ميهمانان اهل بهشت خواهد بود.

کامل الزيارات، ص 193