Qısa cavab:
Şeyx Tusi “Əmali” kitabında nəql edir ki, Siratın üzərindən heç kəs keçə bilməz. Yalnız o kəslər keçər ki, əllərində Əlinin (əleyhis-salam) vilayəti həkk olunmuş vəsiqə olsun. Bir çox əhli-sünnət kitablarında da İbn Abbasdan, Əbu Səid Xudridən, onlar da peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql olunur ki, ayədə Əli ibn Əbu Talibin vilayətindən sorğu-sual olunacağından söhbət gedir.
Ətraflı cavab:
Şiə və əhli-sünnə qaynaqlarında “Onları saxlayın ki, onlar sorğu-sual olunmalıdırlar” ayəsinin təfsiri ilə əlaqədar müxtəlif hədislər nəql olunmuşdur. Hədislərdən aydın olur ki, günahkarlardan Qiyamət günü soruşulan suallardan biri də Əmirəl-möminin Əlinin (əleyhis-salam) vilayətidir.
Şeyx Tusi “Əmali” kitabında Malik ibn Ənəsdən, o da Peyğəmbərdən (sıllallahu əleyhi və alih) belə nəql edir:
اِذا کانَ یَوْمُ الْقِیامَهِ وَ نُصِبَ الصِّراطُ عَلى جَهَنَّمَ لَمْ یَجُزْ عَلَیْهِ اِلاّ مَنْ مَعَهُ جَوازٌ فِیْهِ وِلایَهُ عَلِىِّ بْنِ اَبِیْطالِب، وَ ذلِکَ قَوْلُهُ تَعالى: وَ قِفُوهُمْ اِنَّهُمْ مَسْوُلُونَ یَعْنِى عَنْ وِلایَهِ عَلِىِّ بْنِ اَبِیْطالِبِ(علیه السلام)
“Qiyamət günü olan zaman cəhənnəmin üzərində Sirat qurular. Onun üzərindən heç kəs keçə bilməz. Yalnız o kəslər keçər ki, əllərində Əlinin (əleyhis-salam) vilayəti həkk olunmuş vəsiqə olsun. Bu, eynilə Allah-taalanın “Onları saxlayın ki, onlar sorğu-sual olunmalıdırlar” buyurduğudur. Yəni, Əli ibn Əbu Talibin vilayətindən sorğu-sual olunmalıdırlar.”
Bir çox əhli-sünnət kitablarında da İbn Abbasdan, Əbu Səid Xudridən, onlar da peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql olunur ki, ayədə Əli ibn Əbu Talibin vilayətindən sorğu-sual olunacağından söhbət gedir. Bu hədisə öz kitablarında yer verən alimlərdən bəzisi aşağıdakılardır:
İbn Həcər Heysəmi (“Səvaiqul-muhrəqə”, səh 147.)
Əbdurrəzzaq Hənbəli (“Kəşfül-ğümmə”dən nəqlən, səh. 92.)
Əllamə Sibt ibn Cuzi (“Təzkirə”, səh. 21.)
Alusi (“Ruhul-məani”, sözügedən ayənin təfsirində.)
Əbu Nəim İsfahani (“Kifayətul-xisal”dan nəqlən, səh.360.)
və başqaları.
Bu kimi hədislər ayələrin geniş mənalarını məhdudlaşdırmır, daha doğrusu ayələrin bariz nümunələrini əks etdirir. Bu üzdən digər əqidəvi sualların da vericələcəyi tamamilə mümkündür. Amma vilayət məsələsinin əqaid bəhsində özünə məxsus əhəmiyyəti olduğuna görə onun üzərində xüsusi təkid olunacaqdır.
Bu məsələyə də diqqət yetirmək lazımdır ki, “vilayət” sadə bir dostluq və yaxud quru etiqad demək deyil. Daha doğrusu əsas məqsəd İslam peyğəmbərindən (səllallahu əleyhi və alih) sonra Əlinin (əleyhis-salam) rəhbərliyini əqidəvi əməli, əxlaqi, ictimai məsələlərdə qəbul etməkdir. Bu məsələlərin nümunələrinə “Nəhcul-bəlağənin” gurultulu xütbələrində və Həzrətdən nəql olunan kəlamlarda rast gəlmək olar. Onlara iman gətirmək və əməlləri onlarla həmahəng etmək cəhənnəm əhlinin sıralarından çıxıb pərvərdigarın doğru yoluna daxil olmaq üçün təsirli vasitələrdir. (1)
Şərh qeydə alınmayıb