Qısa cavab:
Məhəmməd peyğəmbərdən (s) nəql olunan hədisə görə Allah bu şərtlə asan hesab çəkər ki, səndən əsirgəyənə bəxşiş edəsən, əlaqəni kəsənlə əlaqə yaradasan və sənə zülm edəni əfv edəsən."
Ətraflı cavab:
Bir sıra təfsir aliminə görə, burada diqqət və tələbkarlığa yol verilməyən, günahlardan keçilən və yaxşılıqlara mükafat verilən asan və yüngül "hesabçəkmə" nəzərdə tutulur.
Həzrət peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql olunan bir hədisdə belə buyurur:
ثَلاثٌ مَنْ کُنَّ فِیْهِ حاسَبَهُ اللّهُ حِساباً یَسِیْراً، وَ اَدْخَلُه الْجَنَّهَ بِرَحْمَتِهِ.
قالُوا: وَ ما هِىَ یا رَسُولَ اللّهِ؟! قالَ: تُعْطِى مَنْ حَرَمَکَ، وَ تَصِلُ مَنْ قَطَعَکَ وَ تَعْفُو عَمَّنْ ظَلَمَکَ
"Hər kəsdə üç xüsusiyyət olsa, Allah onun hesab-kitabını asanlaşdırıb onu cənnətdə öz mərhəmətinə daxil edər.
Orada olanlar: "O üç şey nədir, ya Rəsuləllah?" – deyə soruşdular.
Peyğəmbər (sallallahu əleyhi və alih) buyurdu:
−Səndən əsirgəyənə bəxşiş edəsən, əlaqəni kəsənlə əlaqə yaradasan və sənə zülm edəni əfv edəsən."
Hədislərdən bir məsələni də başa düşmək olar ki, insanların Qiyamət günü hesablarında diqqət və tələbkarlıq da onların ağıl və elmləri ilə mütənasib olacaqdır. Belə ki, İmam Baqir (əleyhis-salam) buyurur:
اِنَّما یُداقُّ اللّهُ الْعِبادَ فِی الْحِسابِ یَوْمَ الْقِیامَهِ عَلى ما آتاهُمْ مِنَ الْعُقُولِ فِی الدُّنْیا
Şərh qeydə alınmayıb