Qısa cavab:
Quran ayəsində Allah-taala onlara məzəmmət edici sözlərlə xitab edir:
“Məgər Mənim ayə və nişanələrim həmişə sizə oxunmurdu və siz həmişə onları təkzib və inkar etmirdiniz?”
Növbəti ayədə cəhənnəmlik günahkarlar birmənalı şəkildə etiraf edirlər ki, Allah tərəfindən dəlil tamamlanmışdır, biz öz əlimizlər özümüzü bədbəxt etmişik. Etiraf edirik ki, azğın tayfa idik.
Ətraflı cavab:
“Muminun” surəsinin 105-ci ayəsində Allah-taala onlara məzəmmət edici sözlərlə xitab edir:
اَلَمْ تَکُنْ آیاتى تُتْلى عَلَیْکُمْ فَکُنْتُمْ بِها تُکَذِّبُونَ
"Məgər Mənim ayə və nişanələrim həmişə sizə oxunmurdu və siz həmişə onları təkzib və inkar etmirdiniz?"
Məgər peyğəmbərlərim vasitəsi ilə kifayət qədər ayələr və dəlillər sizin üçün göndərmədikmi? Məgər dəlili sizin üçün tamamlamadıqmı? Amma siz həmişə inkar və təkzib yolunu seçmədinizmi?
Onlar bu sualın cavabında etiraf edirlər:
قالُوا رَبَّنا غَلَبَتْ عَلَیْنا شِقْوَتُنا وَ کُنّا قَوماً ضالّینَ
"Bəli, belədir ey Rəbbimiz! Lakin bədbəxtliyimiz bizə qalib gəldi və biz yolunu azmış bir dəstə idik."
Cəhənnəmlik günahkarlar birmənalı şəkildə etiraf edirlər ki, Allah tərəfindən dəlil tamamlanmışdır, biz öz əlimizlər özümüzü bədbəxt etmişik. Etiraf edirik ki, azğın tayfa idik.
Bəlkə də bu etirafla pərvərdigarın mərhəmətini cəlb etmək istəyirlər. Ona görə də fasiləsiz deyirlər:
رَبَّنا اَخْرِجْنا مِنْها
"Ey Rəbbimiz, bizi buradan çıxar!"
فَاِنْ عُدْنا فَاِنّا ظالِمُونَ
"Əgər (bir daha azğınlığa) qayıtsaq, deməli onda mütləq zalımıq və əfvə layiq olmayacayıq."
Onlar bu sözü elə bir halda deyirlər ki, sanki xəbərsizdirlər axirət dünyası əməl evi deyil, cəza evidir və oradan dünyaya qayıtmaq mümkün deyil.
Bu üzdən onlara tam qətiyyətlə cavab verilər:
قالَ اخْسَوُا فیها وَ لاتُکَلِّمُونِ
(Allah-taala) buyurar: “Orada zəlil vəziyyətdə sakit və uzaq olun, Mənimlə əsla danışmayın!”
“İxsəv” cümləsi adətən iti uzaqlaşdırmaq üçün işlənir. İnsan haqqında işlənərkən onun alçaqlığına və cəzaya layiq olmasına dəlalət edir. (1)
Şərh qeydə alınmayıb