Şeyxin ən məşhur kitablarından olan «Kəşfüş-şübəhat» kitabı həcmcə kiçik olmasına baxmayaraq, (təqribən yetmiş səhifədir) İbni Fərhan bu kitaba otuz üç əsaslı irad tutmuş, vəhhabilərin rəhbərinin, xüsusilə təkfir məsələsindəki sözlərini tənqid etmişdir. O, əvvəldə təəccüblə deyir: «Necə olur ki, vəhhabi alimləri Şeyxin sözlərindəki bu qədər səhv və xətaları görməməzliyə vuraraq onun yanından çox sadəliklə ötüb keçirlər?! Əgər onlardan bə`ziləri, hətta onun bir neçə xətasını qeyd etmiş olsaydılar, mən bu kitabı yazmağa heç bir zərurət və luzum görməzdim; lakin nə etmək olar ki, onların hamısı sükut etmişlər.»
Yaxşı olardı ki, burada onun birinci və axırıncı iradlarını (otuz üç iraddan ikisini) qeyd edək.