2-DİGƏR ŞÜCAƏTLİ BİR YAZIÇININ FƏRYADLARI

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Vəhhabiyyət iki yol ayrıcında
YENİ VƏHHABİLƏR«Daİyətun və leysə nəbİyyən» kİtabının xülasəsİ

«Daİyətun və leysə nəbİyyən» kİtabı! (o, peyğəmbər deyİl, İslahatçı İdİ).
Bu kitab son zamanlar «Qiraətun nəqdiyyətun liməzhəbiş-Şeyx Məhəmməd ibni Əbdil-Vəhhab fit-təkfir (vəhhabilərin rəisi Məhəmməd ibni Əbdül-Vəhhabın başqalarını kafir hesab etməklə əlaqədar yeni tənqidlərinin qiraəti) ünvanında çap olunmuş, onun səsi Hicazda və sair məntəqələrdə dolaşmışdır.
Hər şeydən əvvəl, bu kitabın üslubları ilə, sonra isə onun möhtəvası ilə tanış olacağıq.
Kitabın müəllifi – Şeyx Həsən ibni Fərhan Maliki Ərəbistanın məşhur sünnü alimlərindən biridir, o, maliki məzhəbinə tabedir və özünün mö`tədil vəhhabilərdən olmasını e`tiraf edir.
O, vəhhabilərin rəisi Şeyx Məhəmməd ibni Əbdül-Vəhhaba ehtiram qoyur, lakin onun, xüsusilə sair müsəlmanların kafir hesab edilməsi barə­sin­də olan sözlərini şiddətlə tənqid edir və inanır ki, bu iki məsələnin bir-birilə heç bir ziddiyyəti yoxdur.
O tam aşkar şəkildə deyir: «Mən ona ehtiram qoyuram, eyni halda onu nəinki caizul-xəta (xəta etməsi caiz olan) hesab etmirəm, üstəlik onun çoxlu xətalara yol verdiyinə də inanıram.
2-Qeyd olunan kitabın tənqid üslubu tamamilə hədəfli və dəlil-sübut əsasındadır, amma vəhhabi­lərin rəisinin əqidələrini tənqid edərkən heç bir şeyi, hətta ifratçı vəhhabilərin tərəfin­dən ehti­mal verilən çoxlu təhlükələri belə, nəzərə almır (onun dediyinə görə, bu əqidəli ifratçılar vəhhabilərin ğulatı hesab olunurlar).
3-Onun İslam mənbələri və məzhəbləri barə­sin­də geniş mə`lumatı vardır, xüsusilə, qarşı tərə­fin onun ziddinə olan sözlərindən kömək alır. Ma­raq­lıdır ki, o, öz kitabının bir hissəsini Məhəm­məd ibni Əbdül-Vəhhabın ziddiyyətli və təzadlı sözlərinə məxsus etmişdir.
4-O inanır ki, qeyri-vəhhabi müsəlmanların qanını, malını və namusunu mübah (özlərinə ha­lal) hesab edən ifratçı vəhhabilər kor-koranə təq­lidə, təəssübə düçar olmuşlar. Həmçinin onları məntəqə müsəlmanları və bütünlükdə İslam dini üçün bir təhlükə hesab edir. O, çox qüdrətli və bacarıqlı bir yazıçıdır.
5-Onun tənqidləri əsas e`tibarı ilə Məhəmməd ibni Əbdül-Vəhhabın «Kəşfuş-şübəhat» və «Ki­ta­but-tövhid» adlı kitablarına (vəhhabilərin ən mühüm kitablarındandır) istiqamətlənir və öz söz­lərində mənbələri «Əd-durərus-səniyyə» kitabı­na istinad edir.
Bu kitabın («Əd-durərus-səniyyə») Əbdür-Rəhman ibni Məhəmməd ibni Qasim Hənbəli tərə­findən yazıldığını bilmək pis olmazdı. Bu kitab Məhəmməd ibni Əbdül-Vəhhabın və onun dövründən indiki zamana qədər digər vəhhabi başçılarının yazdıqları kitab, risalə və məktubların məcmusundan ibarətdir. O, 1392-ci hicri qəməri ilində (=1971) dünyadan getmişdir Son zamanlarda dünyadan gedən vəhhabi alimi Benbaz bu kitabı özünün gündəlik dərslərinin bir hissəsi kimi tədris edirdi. On cilddən artıq olan bu kitab vəhhabi fikirlərindən agah olmaq üçün gözəl bir mənbədir.
6-Əlbəttə, «Daiyətun və leysə nəbiyyən» kitabı­nın müəllifi olan bu şücaətli alim ifratçı vəh­ha­bilərin təhdid və tənqidlərindən amanda qal­ma­dı: Onun kafir olma hökmü indiyə qədər də qüvvədə­dir (necə ki, İbni Ələvi Malikinin kafir olma­sı­na dair hökm vermişdilər). Gələcəkdə də hansı taleyə düçar olacağı mə`lum deyildir. Lakin hər halda o, bu kitabı ilə İslam dünyasına böyük bir xidmət və isbat etmişdir ki, bu qədər kafir hesab etmələr və qan axıtmalar İslama yaddır, düzgün olmayan, süst fikirlərin və yanlış çıxa­rış­ların nəticəsidir ki, bu da İslamın mütərəqqi tə`limlərindən agah olmayan az bir qrup tərəfindən verilmişdir.
7-Doğrusu, mən Məhəmməd ibni Əbdül-Vəhha­bın kitabları barədəki yeni mülahizələri, 11 sentyabr hadisələrindən qabaq hazırlamışdım və bu hadisədən sonra artıq onu nəşr etmək fikrində deyildim (çünki bu hadisədən sonra müsəlmanların müttəhim edilməsinə səbəb olardı), lakin ifratçı vəhhabi­lərin bu məzhəb başçısına bəraət qazan­dırmaq üçün çoxlu konfranslar təşkil etdiyini gördükdə, bir vəzifə olaraq özümə vacib bildim ki, həqiqətləri aşkar edim, onlar da bu məsələyə insafla yanaşaraq, Şeyxin təkfir hökmü barə­sindəki xətasını e`tiraf etsinlər.[1]
8-O, məsələlərin bəyanını xüsusi bir incə­liklə başlayaraq deyir: «Məhəmməd ibni Əbdül-Vəhhab islahatçı bir şəxs idi, nəinki peyğəmbər!» Bu adı da öz kitabı üçün ünvan seçmişdir.
Sonra əlavə edir: «Biz iki ifratçı qrupun arasındayıq: Bə`ziləri onu kafir və fasiq hesab edir, digər bir qrup isə bir peyğəmbər (!) hesab edərək onun sözlərinə sözsüz əməl edir və deyirlər ki, heç kəs ona irad tuta bilməz.» Sonra əlavə edib deyir ki, bunların hər ikisi səhvdədir.
O, bu müqəddimələrdən istifadə edərək Məhəm­məd ibni Əbdül-Vəhhabın əqidə və fikirləri ilə əlaqədar tənqidlərinə başlayır.
9-Öz sözlərinin bir qismini «Əş-Şeyxu ləm yəkun vəhidən fil-elmi vəd-də`və» başlığı altında belə davam edir: «Şeyxin ardıcıl­ların­dan bə`ziləri belə təsəvvür edirlər ki, o, elm və bilikdə öz dövrünün yeganə şəxsiyyəti olmuşdur, vəhhabi də`vətini qəbul etməyən İslam ölkələrinin hamısı da şirk və küfr ölkəsi və bu ölkələrin bütün alimləri İslam barədə heç nə bilməyən cahillərdir!»[2]
Sonra əlavə edir: «Çox təəssüflər olsun ki, müsəlmanları kafir, onların ölkələrini küfr ölkəsi və alimlərinin hamısını cahil bilmək kimi məsələləri Şeyxin öz sözlərində gördüm, onun da mənbələrini zikr edəcəyəm!»
Sonra deyir: «Şübhəsiz, Şeyx və onun tabeçiləri bu əqidədə düzgün yol seçməmişlər.»
Daha sonra deyir: «Şeyx və onun ardıcıl­ları­ndan çoxunun, xüsusilə müsəlmanların kafir hesab edilməsi ilə əlaqədar düçar olduqları xətalar elm tələbələrindən çoxunu – ya təqlidçilik, yaxud da ğuluvv üzündən – giriftar etmişdir. Son dövr­lərdə (dünyanın müxtəlif ölkələrində) baş verən terrorist, yaxud zorakılıq əməllərinin nəticəsin­də bir qrup adam Şeyxin istidlalları ilə və elə həmin şüarlarla insanı dəhşətə gətirən faciələr törətmişdir (onlar müsəlmanları kütləvi şəkildə qırmış, sair ağır cinayətlər və terrorçuluq əməliyyatları törətmişlər).»
10-Səudiyyə ölkəsində alimlərin əksəriyyə­tinin Şeyxin bu xətaları qarşısında xəcalət hissi keçirib həya etmələri, bu əqaidin tənqid olunmasını qüdrəti olan şəxslərə vacibi-eyni edir. Məhz həmin məsələ də məni bu barədə bəhs aparmağa vadar etmişdir.
Ölkədəki (Səudiyyə Ərəbistanındakı) hər bir alim və vətəndaşa vacibdir ki, bizi bu qansızlıq və təkfirlərdən xilas edə biləcək hər bir şeyi (tədbiri) yerinə yetirsinlər, yalnız bizim ölkəmizə və onun əhalisinə uzun müddət ərzində ziyanlı olan təbliğatdan, hətta qısa müddət ərzində faydalı olsa da belə, pərhiz etsinlər.
Biz öz dinimizi və vətənimizi zalımcasına olan təkfirdən, pak və günahsız insanların qanını axıtmaqdan təmizləməli, bu acınacaqlı vəziyyətə son qoymalıyıq.
Bu sətirləri yazdığım dövrdə elə bir gün yoxdur ki, İraqda neçə-neçə terror əməliyyatları barəsində xəbərlər bizə çatmasın. Hər gün onlarla, yüzlərlə nəfər bu terrorizmin qurbanı olur, bomba yerləşdirilmiş avtomobillərin partlayışı nəticəsində canlarını əldən verirlər. Onların çoxu da intihar əməliyyatlarıdır və yalnız özünü müsəlman, sair insanların hamısını isə kafir hesab edərək onların canını və malını mübah (özünə halal) hesab edənlərin təxribatçılıq işi olduğunu göstərir.
Bunlar da Şeyxin məktəbinin tə`limatlarının nəticəsidir ki, Hicazdan İordaniyaya, oradan da İraqa keçmişdir.
Maraqlıdır ki, yuxarıdakı kitabın («Daiyətun və leysə nəbiyyən») müəllifi öz kitabının vərə­qaltı haşiyələrində mühüm bir məsələni qeyd edərək deyir ki, hegemon qərb dövlətləri, xüsusilə amerikalılar siyasət, hərbçilik və iqtisadiyyatda törətdikləri təxribatçılıq, qəsbkar əməlləri ilə İsrailə hərtərəfli kömək etməklə bu kimi terrorçuluq hərəkətlərinə zəmin yaratmışdır.»
Öz kəlamının digər bir yerində qeyd edir ki, hətta Ərəbistanın daxilində belə hərc-mərcliyə səbəb olan bu təkfirçi hərəkatlar, görəsən, haradan qaynaqlanır?!
Axırda belə nəticə alır ki, «Şeyxin dəlil­ləri və onun məktəbi bu terrorçuluğun əsl amil­ləridir. Nəcd əyalətində «ixvan» qrupunun terror­çuluq aktları, ondan sonra da Məkkə hərəmindən tutmuş, Ərəbistanın müxtəlif məntəqələrində törədilən partlayış hadisələri və terror­çuluq­ların hamısı Şeyxin tə`limlərinin nəticəsidir.»
Daha sonra əlavə edir: «Bu terrorçuluqları və partlayışları törədənlər başqa ölkələrdən Hicaza gəlmiş olan yad şəxslər deyil, əksinə elə Hicazın vəhhabiləridir. Əgər desək ki, hamısı Şeyxin mədəniyyət və tə`limlərindən ilham almışlar, çox da yanlış bir söz deməmişik. Hər kəs onların söz­lə­rinə müraciət etsə, bu həqiqətləri e`tiraf edəcək­dir.»[3]



[1] «Daiyətun və leysə nəbiyyən», səh.28.
[2] «Daiyətun və leysə nəbiyyən», səh.13.
[3] «Daiyətun və leysə nəbiyyən», səh.62 və 63.

YENİ VƏHHABİLƏR«Daİyətun və leysə nəbİyyən» kİtabının xülasəsİ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma