HİCAZ ALİMLƏRİNƏ DOSTCASINA TÖVSİYƏ

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Vəhhabiyyət iki yol ayrıcında
BU BƏYANAT BARƏSİNDƏ QISA TƏHLİL

Biz mö`tədil yolu seçən vəhhabi alimlərinin hamı­sına dostcasına tövsiyə edirik ki, vəhha­biy­yət prin­sip­lərinə yeni baxılmasına şərait ya­ra­nan hazır­kı tarixi şəraitdə bu fürsətləri əldən ver­mə­sinlər, onlarla sair dünya müsəlmanları arasın­da yaranan və düşmənin istifadə etdiyi dərin ixti­laf və anlaşılmazlıqları aradan qaldırsınlar və bu boşluqları ayıqlıqla doldursunlar.
Biz aşağıdakı məsələləri dostcasına təklif olaraq irəli sürürük:
1-Müsəlmanları şirk və küfrlə müttəhim etməyi heç olmazsa, ictihadi məsələ hesab olunsun deyə, məhkum etsinlər, Qur`anın buyurduğu
وَلاَ تَقُولُواْ لِمَنْ أَلْقَى إِلَیْکُمُ السَّلاَمَ لَسْتَ مُؤْمِنًا تَبْتَغُونَ عَرَضَ الْحَیَاةِ الدُّنْیَا
kəlamını bütün ardıcıllarına tövsiyə etsinlər.
2-İraq, Pakistan, Əfqanıstan və hətta Ərəbis­ta­­nın özündə və sair məntəqələrdə baş verən vəh­şi­­lik və terrorist əməliyyatlarını şiddətlə məhkum etsinlər. Bu terrorist və yaramaz əməllər böyük dağıntılara səbəb olmaqdan əlavə, günahsız müsəlmanların – qadın-kişi, uşaq, qoca və cavan, sünnü-şiə – qanlarını axıdır.
Gələcəkdə bütün dünyanın vahid dini olan İs­lam iftixarını bədnam etməsinlər, İslamın və mü­səlman­ların əleyhinə ən yaxşı təbliğat vasi­tələrini düşmənlərin əlinə verməsinlər, İslam alimləri, mübəlliğləri və agah yazıçıların İslamı yaymaq yolunda çəkdiyi bütün zəhmətləri puça çıxarmasınlar. Bəli, bunların hamısını məhkum edərək Qur`anda qeyd olunan «hərs və nəslin həlak olması» hesab etsinlər.
3-Özlərilə sair İslam alimləri arasında qarşılıqlı ehtiram, dostluq və məntiqi danışıq yolunu, hər növ təhqir, şirk, cəhalət və töhmətdən uzaq olan dialoq yolunu açsınlar, ixtilaflı məsə­lələrdə bəhs edib «yəstəmiunəl-qovlə fəyəttəbiunə əhsənəh» ayəsini qəbul etsinlər.
4-Özlərinin ideoloji və coğrafi sərhədlərini sair İslam məzhəblərindən olan elmi və məntiqi kitabların üzünə açsınlar, bu işdə özləri üçün heç bir təhlükə hiss etməsinlər və İslam ölkələ­ri­nin elmiyyə hövzələri və tələbələr arasında fikir mübadiləsi aparsınlar.
5-Özlərilə sair müsəlmanlar arasında olan e`ti­madsızlıq, sui-zən, bədbinlik pərdələrini ara­dan qaldırsınlar, bir-birinin elmiyyə hövzə­lərinə gediş-gəliş etsinlər, İslamın müxtəlif məsələləri barədə təşkil olunan konfranslarda iştirak etmək üçün dünyanın hər yerində hazır­lıqlarını e`lan etsinlər.
6-Öz dostlarını mütləqçilik fikrindən çəkin­dirsinlər, yə`ni özlərinin füruiddin və üsulid­din müqabilində olan ictihadlarını İsla­mın həqiqəti hesab etmək, başqalarını isə küfr, zəlalət, bid`ətçi hesab etmək kimi məsələlərdən uzaq olsunlar və “və ma utiytum minəl-elmi illa qəlilən” – ayəsinə əməl etsinlər.
Əgər qeyd olunan bu altı təklifə əməl etsələr ümidvarıq ki, müsəlmanların arasındakı vəhdət möhkəm­lənəcək, Allahın ipinə sarılmaq kamillə­şəcək və “Liyuzhirəhu ələddini kulluh” ayəsi gerçək­ləşəcək. O günün ümidi ilə!
Vəllahul-müstəan
Son
Məhərrəm, 1426
Nasir Məkarim Şirazi
 

BU BƏYANAT BARƏSİNDƏ QISA TƏHLİL
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma