VƏHHABİYYƏT ÖZ ÖMRÜNÜN AXIRLARINA YAXINLAŞIRMI?!

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Vəhhabiyyət iki yol ayrıcında
1-SON DƏRƏCƏ QANSIZLIQ VƏ KOBUDLUQ

Sovetlər ölkəsinin dağılmasından öncə yazılan «Payani omri marksizm»[1] adlı kitabda tə`kid olunmuşdur ki, mövcud şahidlərə əsasən marksizm ömrünün sonuna yaxınlaşmışdır və çox qısa bir zamanda tənəzzül edəcəkdir. O kitabın müqəddiməsində belə deyilir: «Mənim e`tiqadıma görə, bu gün çoxları üçün çox acı və xoşagəlməz, bə`ziləri üçün isə bəlkə də qəribə olacaq bu gerçəkliyi qəbul etməliyik ki, məhsulu kommunizmdən ibarət olan marksizm özünün əzəmətli ömrünün sonuna yaxınlaşmış və hal-hazırda onun süqut mərhələsi başlamışdır. Daha aydın desək, azad bir təhqiqatçı nəzərindən marksizm keçmişə aid olan bir ideologiyadır ki, artıq onu yavaş-yavaş tarixin arxivlərinə qoymaq lazımdır!
Marksizm bütün təcrübələrini sınaqdan keçirsə də, özünün ideal (utopik) bəşər cəmiyyəti qarşısında verdiyi iltizamlara nail ola bilməmişdir. Məntiqi və fəlsəfi nəzərdən marksizm artıq ölü bir ideologiyadır, Marks, Engels və Leninin dünya üçün gördüyü yuxular çox hallarda yozumsuz qalmış, yaxud da ona verilən yozumlar düzgün çıxmamışdır!
Başqa sözlə, marksizm elə bir məktəbdir ki, artıq moddan düşüb köhnəlmiş, onun idealist yönləri artıq tamamilə aşkar olmuşdur.
Marksizm müxtəlif dünya ölkələrində guşəneşinliyə düçar olmuş, müxtəlif şaxələrdən ibarət olan onlarla dəstəyə parçalanmışdır ki, Mao marksizmi ilə Brejnevin marksizmi arasında və Titovun kommunizmi ilə Ənur Xoce kommunizmi arasında fərqlər vardır, onların hər ikisi də Fidel Kastro ilə fərqlidir və onların arasında çoxlu təzadlar gözə dəyir.[2]
Bəli, öncədən proqnoz verildiyi kimi, Sovet hökuməti dağıldı və marksist Sovet Rusiyasının bu qədər böyük iddialar və zəhmətləri heçə getdi, kapitalizm üsul-idarəsinin tezliklə məhv olacağı və marksizmin bütün dünyanı fəth edəcəyinə dair böyük iddiaları tarixin arxivinə yollandı!
Bu uzaqgörənlik nə qeyb elmi idi, nə də kəhanət; əksinə, marksizmin öz təbiətindən qaynaqlanırdı.
İndinin özündə də bütün şahidlərin göstərdiyi kimi, ifratçı vəhhabiliyin ömrü sona çatmış, özünün tərəfdarlarını və himayəçilərini sür`ətlə əldən verməyə başlamış və artıq tarixin arxivinə tapşırılmaqdadır. Bu tənəzzülün əsər-əlamətləri indinin özündə də görünməkdədir; çünki ifratçı vəhhabi prinsipləri daxilində elə işlər gizlənmişdir ki, xüsusilə hazırkı dünyada onun qalıb davam etməsi mümkün deyildir.
Bu prinsiplər aşağıdakılardan ibarətdir:
1- Son dərəcə qansızlıq və kobudluq;
2- Əqidənin başqalarına zorla qəbul etdirilməsi;
3- Son dərəcə ifratçı təəssüb;
4- Mədəni-maarif dəyərləri ilə tanışlığın olmaması;
5- İdeoloji donuşluq və hər növ yeniliklə müxalifət;
6- Qur`anın altı kəlməsi barədə məntiqi zəiflik və düzgün olmayan çıxarışlar.
Bu məsələlər gələcək bəhslərdə ətraflı şəkildə izah olunacaqdır.


[1] Bu kitab «Cavan» nəşriyyatının vasitəsi ilə çap olunmuşdur.
[2] «Marksizmin ömrünün sonu», səh.10-11. Bu kitab yuxarıda qeyd olunduğu kimi, 1360-cı ildə (təqribən 25 il bundan qabaq) və Sovet hökuməti dağılmamışdan öncə yazılmış və «Nəşri cavan» nəşriyyatı tərəfindən çap edilmişdir.

1-SON DƏRƏCƏ QANSIZLIQ VƏ KOBUDLUQ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma