«Daİyətun və leysə nəbİyyən» kİtabının xülasəsİ

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Vəhhabiyyət iki yol ayrıcında
2-DİGƏR ŞÜCAƏTLİ BİR YAZIÇININ FƏRYADLARI «KƏŞFUŞ-ŞÜBƏHAT» KİTABININ TƏNQİDİ

Yuxarıdakı müqəddimələr aydın olduqdan sonra, bu kitabın xülasəsini qeyd edirik.
Vəhhabi firqəsindən olan Həsən ibni Fərhan Maliki bu kitabın güclü yazıçısıdır ki, öz əsərini «O, peyğəmbər deyil, islahatçıdır!» adı ilə qələmə almışdır. Bu kitab da əsas e`tibarı ilə vəhhabilərin rəhbərinin sair müsəlmanları kafir hesab edən, vəhhabi olmayan və onun sözlərini qəbul etməyən bütün şəxslərin küfr və şirkinə dair hökm edən əqidə və sözlərinə tənqidi yanaşmış və lazım olan məsələləri beş fəsildə bəyan etmişdir.
Birinci fəsildə Məhəmməd ibni Əbdül-Vəhha­bın ən məşhur və mühüm kitabı olan «Kəşfuş-şübəhat» kitabını tənqid edərək öz mülahizə­lərini söyləyir.
İkinci fəsildə onun şirk və tövhid məsələsi barəsində yazdığı sair kitabları araşdırır.
Üçüncü fəsildə onun müsəlmanları kafir hesab etmə əqidəsindən dönüb-dönməməsi barəsində mühüm bir məsələni araşdırır, sonra onun sözlərində mövcud olan təzadı elmi şəkildə tənqid edir.
Dördüncü fəsildə digər mühüm bir mövzu barəsində bəhs edir; belə ki, onun ardıcılları gözü bağlı, kor-koranə şəkildə bu mövzuya tabe olaraq müsəlmanları kafir hesab edir və onun səhv sözlərini düzgün qələmə verirlər.
Nəhayət, beşinci fəsildə Şeyxin düşmən­lərinin nəzərlərini tənqid edərək ifratçıları mö`tədillərdən ayırır, özü də mö`tədil vəhhabi cərgəsində qərar tutur.
Axırda isə deyir: «Bu bəhslərin hamısının xülasəsi budur ki, Şeyx təkfir məsələsində xəta yolunu getmişdir... əlimizdəki aşkar dəlillərə diqqət yetirməklə, bu məsələni e`tiraf etmək insaflı şəxslər üçün çox asandır: nə İslam dini bu e`tiraflarla aradan gedər, nə də göy yerə tökülər! Yalnız caizul-xəta olan bir insan xətaya yol vermişdir.»[1]
Biz də deyirik: Bu tənqidlər həm də İslam dininin rövnəqlənməsinə, onun insaniyyətə yad olan vəhşilik və qansız əməllərdən paklanmasına səbəb olar, heç olmazsa, mö`tədil vəhhabiləri təəssübkeş və ifratçı vəhhabilərin yerinə keçirər. İndi isə, o kitabda qeyd olunan hər bir fəsli qısa şəkildə araşdırırıq.


[1] «Daiyətun və leysə nəbiyyən», səh.28, 29.

2-DİGƏR ŞÜCAƏTLİ BİR YAZIÇININ FƏRYADLARI «KƏŞFUŞ-ŞÜBƏHAT» KİTABININ TƏNQİDİ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma