Kİtaba haşİyə və müqəddİmə yazanların nümunələrİ

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Vəhhabiyyət iki yol ayrıcında
1-MƏKKƏDƏN UCALAN FƏRYADLAR SEYYİD MƏHƏMMƏD İBNİ ƏLƏVİNİN ŞÜCAƏTLİ TƏNQİDLƏRİKİTABIN MÖHTƏVASI


Burada İslam dünyasının vəhhabilərin təəs­süb­keş qrupu barəsində yürütdüyü mühakimə aydın ol­­sun deyə, xülasə şəkildə, böyük sünnü alim­lə­ri­nin bu kitabın sahibini tə`rif və mədh etməsi ba­rə­də yalnız üç nümunə qeyd etməklə kifayət­ləni­rik:
1-Qahirədəki «Məcməul-buhusil-İslamiyyə» təşki­latı­nın baş redaktoru doktor Əbdul-Fəttah Bərəkə bu kitabın əvvəlində təqriz yazaraq deyir:
Bu nəfis kitabda (İbni Ələvinin kitabına işarədir) müsəlmanların cərgələrinin möhkəm­lən­di­­ril­məsi, fər`i və ictihadi məsələlərdə təəs­süb əsərlərinin aradan qaldırılması üçün böyük bir təhqiqatçı alim və İslam mühəqqiqi tərə­findən xüsusilə, müsəlmanların küfr və şirklə müttəhim edilməsi qarşısında, həmçinin Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in qəbrinin ziyarət edilməsi, şəfaət məsələsi və digər həssas məsələlər barəsində çoxlu sə`y göstərilmişdir
Ümidvarıq ki, bu dəyərli kitab müsəlmanlar arasın­da vəhdətin möhkəmlənməsinə, ixtilaf amillərinin ara­dan qaldırılmasına çox bərəkətli tə`sirlər qoyacaqdır.[1]
2-Sudanda «Şər`i Fətvalar Məclisi»nin rəisi Şeyx Əhməd Əl-evəz bu kitaba yazdığı təqrizində deyir: Allaha and olsun ki, şərəfli mühəqqiq İbni Ələvi Maliki Məkki Həsəninin – Xadimul-elmi bil-Hərəmeyniş-şərifeynin – yazdığı «Məfahimun yəcibu ən tusəhhəhə» kitabı ilə maraqlanmağa fürsət əldə etdim. Bu kitab üç məsələ ilə əlaqədar olan məfhumların (səhvlərin) islah olunmasından söhbət açır:
Birincisi, əqidə məsələləridir ki, (vəhha­bilərdən olan) bir qrupun müsəlmanları küfr və zəlalətdə müttəhim etdikləri me`yarların puç və əsassız olduğunu qəti dəlil və qaçılmaz bürhanla isbat edir.
İkincisi, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in nübüvvə­tinin həqiqəti, o həzrətə və onun əsərlərinə təbərrük etməklə əlaqədar olan məsələlərdir ki, o buları qəti bürhanlarla isbat etmişdir.
Üçüncüsü, bərzəx həyatı, Peyğəmbər (səlləllahu əleyhi və alih)-i ziyarət ziyarət etməyin şər`i və qanuni bir iş olması və digər məsələlərdən ibarətdir ki, bu tədqiqatçı alim son dərəcə diqqətlə bu barədəki yanlış fikirlərin islah olunmasına çalış­mışdır.[2]
3-Mərakeşdəki «Məcməul-elmiyy-iqlim» təşki­latın rəisi Əbdüssəlam Cübran həmin məclisin üzvləri ilə birlikdə bu kitaba təqriz yazmışdır. Onun bir hissəsi belədir:
«Bu kitab agah və dərin savadlı alimlərə təqdim olunanda, hamısı onu hərarətlə, alqışla qəbul edərək, Allah, Peyğəmbər (səlləllahu əleyhi və alih) və İslam ümmətinin bütün alimləri qarşısında olan vəzifəsini yerinə yetirdiyinə görə müəllifi alqışladılar... Buna görə də Mərakeşin elmi məclisinin üzvləri məclis rəisinin başçılığı ilə bu kitabı əldə edib möhtəvasına diqqət yetirdikdən sonra onun barəsində tam razılıq bildirildi, onun böyük sə`ylərinə qədirdanlıq edildi və bu dəyərli, maraqlı tədbirlə ədaqədar müəllifi təbrik etdilər.[3]
***
Bunlardan əlavə, bu kitabın tə`rifində böyük ədəbiyyatçılar və şairlər tərəfindən çox dolğun mə`nalı, gözəl şe`rlər də oxunmuşdur ki, onların arasından yalnız üç beyti qeyd etməklə kifayətlənirik. (Bu beytlər Mavritaniyanın Ali Məhkəməsinin sabiq rəisi və Məkkədə «Rabitətul-aləmil-İslam» müəssisəsinin fiqhi mərkəzinin üzvü olan Şeyx Məhəmməd Salim Ədud vasitəsilə oxunmuşdur.)
 
صحّت مفاهیم کان النّاس قد هاموا فیها و زایلها لبس و ابهام
بحث دقیق عمیق لا یقوم له خبط و خلط و تدلیس و ابهام
ابدی به العلویّ المالکیّ لنا  ما لم تنله من الحذّاق افهام
«(Onun bizə təqdim etdiyi məfhumlar) Elə səhih məfhumlardır ki, camaat onun barəsində heyrətdə qalmış, səhvlər və müəmmalar onunla qarışmışdır).
Bu, dəqiq, dərin elmi bəhslərdir ki, onda batilə, tədlisə və müəmmaya yer yoxdur.
Bu məfhumları Ələvi Maliki bizim üçün aşkar etmişdir, halbuki, agah insanlardan çoxunun dərk qüvvəsi onu dərk edə bilməmişdir.»[4]

 


[1] «Məfahimu yəcibu ən tusəhhəhə», səh.29 və 30 (azacıq ixtisarla).
[2] «Məfahimu yəcibu ən tusəhhəhə», səh.37.
[3] Yenə orada, səh.68.
[4] «Məfahimu yəcibu ən tusəhhəhə», səh.55.
 

1-MƏKKƏDƏN UCALAN FƏRYADLAR SEYYİD MƏHƏMMƏD İBNİ ƏLƏVİNİN ŞÜCAƏTLİ TƏNQİDLƏRİKİTABIN MÖHTƏVASI
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma