İFRATÇI VƏ ŞİDDƏTLİ TƏƏSSÜB

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Vəhhabiyyət iki yol ayrıcında
ZİYALI VƏ MÖ`TƏDİL VƏHHABİLƏR4-MƏDƏNİ DƏYƏRLƏR BARƏDƏ AGAHLIĞIN OLMAMASI İSLAM TARİXİNİN ƏN DƏYƏRLİ ƏSƏRLƏRİNİN MƏHV EDİLMƏSİ

Bizim zəmanəmizin ürfündə «təəssüb» kəlməsi hər hansı bir şeyə qarşı şiddətlə e`tiqad bəsləyib, iltizamlı olmaq mə`nasınadır – istər Allah və məadla əlaqəli olan e`tiqadi işlərdən olsun, istərsə də əxlaq məsələsi; istər qövm-qəbilə arasında olan adət-ən`ənə olsun, istərsə də hər hansı bir şəxsi müdafiə etmək barəsində.
Əli (əleyhis-salam)-ın Nəhcül-bəlağədə buyurduğu kəlamlardan – «Qasiə» xütbəsindən[1] məlum olur ki, qədimdə də təəssübün qeyd etdiyimizə yaxın mə`nası olmuşdur. Lakin o həzrət təəssübü iki cür təfsir etmişdir: 1-bəyənilən və müsbət təəssüb, 2-məzəmmət olunan mənfi təəssüb.
Mənfi təəssübə misal olaraq İblisin təəssübünü qeyd etmək olar ki, bu iş onu Adəmə səcdə etməkdən saxladı. İmam (əleyhis-salam) onu dünya təəs­süb­keşlərinin rəhbəri adlandırır və buyu­rur: «Allahın düşməni olan İblis təəssübkeşlərin rəhbəri və müstəkbirlərin sələfidir.»[2]
Bəyənilən təəssüb barəsində isə buyurur: Əgər təəssüb etməyə məcbur olsanız, yaxşı işlərin və gözəl sifətlərin əldə edilməsi üçün təəssüb etməyiniz çox yaxşıdır.
Məzəmmət olunan təəssüb – daim fikir donuşluğu və hər bir şeyə bir yönlü nəzər salmaq, məntiqsiz olan mühakimələr yürütməkdir ki, həmişə, xüsusilə bizim əsrimizdə nifrətə və geriliyə səbəb olur.
Bu növ təəssübün nişanələri radikalçılıq, tünd və kobud mövqe seçmək, bə`zən qan töküb əmlakı qarət etmək, başqaları təhqir etmək, çirkin sözlərdən istifadə etmək və s.
Bu kimi təəssübkeş adamlar başqalarının fikirlərinə azacıq belə, əhəmiyyət vermirlər; onlar öz müxaliflərinin dəlillərini dinləmək üçün qulaqları yoxdur, onlar təkəbbürlü adamlar olub, yalnız özlərini görürlər.
Qeyd olunanların hamısı ifratçı vəhhabi­lə­rin sözlərində, əməllərində və çox təəssüflə, bu qrup rəhbərlərinin kitablarında görünür (ki, on­la­rın bə`zi nümunələri keçdi). Onlar çox kiçik və əhəmiy­yətsiz bir şeylə müsəlmanları müşrik saya­raq onların qanını halal, malını isə mübah hesab edirlər.
Öz müxaliflərinin alim və böyük şəxsiyyət­lə­rinə cahil - deyə xitab edən, onları «ey müşrik!» deyə səsləyən və onun sözünü qəbul etməyən hər şəxsi kafir və qanını halal hesab edənlərin[3] məntiqi əsasda bəhs aparmağa və Qur`anda buyurulan gözəl şəkildə mübahisə etməyə hazırlıqları ola bilərmi?! Qur`ani-məcid başqalarının haqq sözünü eşitməyə səlahiyyəti olmayan təəssübkeşləri Allahın saleh bəndələri cərgəsində hesab etmir, çünki:
فَبَشِّرْ عِبَادِ الَّذِینَ یَسْتَمِعُونَ الْقَوْلَ فَیَتَّبِعُونَ أَحْسَنَهُ أُوْلَئِکَ الَّذِینَ هَدَاهُمُ اللَّهُ وَأُوْلَئِکَ هُمْ أُوْلُوا الْأَلْبَابِ
Bu ayənin məfhumu budur ki, bu üslubla müxa­lif olan şəxslər Allahın saleh bəndələri deyil­dirlər.[4]
Qur`an əvvəlki peyğəmbərlərlə danışan zaman bar­maqlarını qulaqlarına tıxaraq onların söz­lə­ri­ni eşitmək istəməyənləri məzəmmət edir. Nu­hun öz qövmündən etdiyi şikayəti belə bəyan edir:
وَإِنِّی کُلَّمَا دَعَوْتُهُمْ لِتَغْفِرَ لَهُمْ جَعَلُوا أَصَابِعَهُمْ فِی آذَانِهِمْ وَاسْتَغْشَوْا ثِیَابَهُمْ وَأَصَرُّوا وَاسْتَکْبَرُوا اسْتِکْبَارًا
“Onları bağışlayasan deyə, hər zaman onları (iman gətirin deyə) də`vət etdimsə, öz barmaq­la­rını qulaqlarına tıxdılar, paltarlarını özlə­rinə bürüdülər, müxalifətdə israr etdilər və çox təkəbbürlük göstərdilər.”[5]
Keçmişdə Məkkə və Mədinə mühitində, eləcə də Hicazın sair yerlərində vəhhabilərin əqidə­lərini hər növ tənqid etmək qadağan sayılırdı, vəhhabi təəssübkeşləri icazə vermirdilər ki, hətta ehtiramla yanaşı olan elmi tənqidlər belə yayılsın, bu kimi işlərə şiddətli senzura qoyur, hər növ kitabın, hətta Misir kimi İslam ölkəsindən belə gələn kitabların qarşısını alırdılar. (Təəssüflər olsun ki, bu işlər indi də davam etməkdədir.) Əgər bu qanunun əksinə bir şey görünsə də, bu, istisna yönlüdür.
Aydındır ki, bu vəziyyətlə belə, onlar özlərinin donuşluq vəziyyətindən heç vaxt çıxa, onların elmi cəhətdən inşaf etmələrinə səbəb olan məntiqi tənqid və iradlardan bəhrələnə bilməzlər.
Maraqlıdır ki, bizim şiə kitabxanalarımız sünnülərin, hətta vəhhabilərin kitabları ilə doludur və bu kitabların varlığından öz məzhə­bimizə heç bir qorxumuz yoxdur, halbuki, Ərəbis­tanda çox az kitabxana tapmaq olar ki, orada şiə kitabı olsun (bə`zən heç bir kitab da yoxdur). O ki, qala vəhhabiliyi tənqid atəşinə tutan kitablar! Nə üçün onlar bu işdən bu qədər qorxur, amma biz qorxmuruq?! Cavabını möhtərəm oxucuların vicdanına həvalə edirik.
Bu kimi təəssüblər nəinki bizim əsrimizdə, digər zamanlarda da qəbul olunmamışdır. Bu dəlilə görə də bu təəssübkeş firqənin himayəçi­ləri gərək öz büsatını yığışdırıb tarixin keçmişinə qovuşsunlar!
Vəhhabi cavanlarını haqqı vardır ki, öz böyüklərdən bu barədə soruşub desinlər: Nə üçün onların əlində sair İslam məzhəblərinin kitabları, eləcə də vəhhabiyyəti elmi və məntiqi cəhətdən tənqid edən kitablar yoxdur?!
Lakin yuxarıda qeyd etdiyimiz kimi, bu kimi ciddi tələbkarlıq və quru təəssübkeşlik vəhhabilərin ziyalı sinfində və mö`tədil qrupunda az görünür. Onlar başqa alimlərlə məntiqi dialoqlar aparmağa başlamışlar ki, bu da çox bərəkətli bir haldır.

 


[1] «Nəhcül-bəlağə», 192-ci xütbə. 
[2] «Nəhcül-bəlağə», 192-ci xütbə.
[3] Bunun mənbələri yuxarıda qeyd olundu.
[4] «Zümər» surəsi, ayə:17-18.
[5] «Nuh» surəsi, ayə:7.

ZİYALI VƏ MÖ`TƏDİL VƏHHABİLƏR4-MƏDƏNİ DƏYƏRLƏR BARƏDƏ AGAHLIĞIN OLMAMASI İSLAM TARİXİNİN ƏN DƏYƏRLİ ƏSƏRLƏRİNİN MƏHV EDİLMƏSİ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma