TERRORİZM VƏ İSLAMIN KÖKSÜNƏ ENDİRİLƏN AĞIR ZƏRBƏLƏR

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Vəhhabiyyət iki yol ayrıcında
QƏTL-QARƏT ÜÇÜN İCAZƏ!QƏRİBƏ TƏZAD

Tarix boyu çox az insanlar İslama təəssübkeş vəhhabilər qədər zərbə vurmuşlar. Halbuki, İslam dini, rə`fət və rəhmət dinidir, hər işin Allahın ümumi və xüsusi rəhmətinin nişanəsi olan Rəhman və Rəhim adı ilə başlanmasına tövsiyə edir.[1]
Həmin din buyurur ki, hətta müşriklər belə dində təhqiqat aparmaq üçün sizin yanınıza gəlsələr, onlara pənah verin ki, Qur`an ayələri barəsində təhqiqat aparsınlar və sonra onları öz vətəninə qaytarın (istər İslamı qəbul etsin, istərsə də etməsin.)[2]
Elə bir İslam ki, «pisliklər qarşısında yaxşılıq edin» – deyə əmr edir ki, sizin inadkar düşmənləriniz bu qədər mehr-məhəbbətdən (xəcalət çəksinlər və) sizinlə dost olsunlar.[3]
Elə bir İslam ki, «din məhəbbətdən başqa bir şeydirmi.!»[4] - deyə buyurur.
Bəli, vəhhabilər bu qədər lətif, ülvi, gözəl və mə­həb­bətlə dolu olan İslamı o qədər çirkin göstə­rir­lər ki, dost-düşmən ona nifrət və bezarlıq edir.
Bizim əsrimizdə isə İslamın cazibəsi öz işini görmüş və «dəstə-dəstə Allah dininə daxil olarlar» («Nəsr», 2) ayəsinə uyğun olaraq insanlar dəstə-dəstə müsəlman olurlar. Lakin bu təəssübkeş və kobud insanların əməlləri İslamın geniş miqyasda yayılmasının qarşısını alır və İslama, müsəlmanların köksünə ağır zərbələr endirirlər! Pərvərdigara, onları düz yola hidayət et!

 


[1] «Əl-bəyan» təfsiri, cild 1, səh.461.
[2] «Tövbə» surəsi, ayə:6.
[3] «Fussilət» surəsi, ayə:34.
[4] «Xisal», səh.21, İmam Sadiq (əleyhis-salam)-dan.

QƏTL-QARƏT ÜÇÜN İCAZƏ!QƏRİBƏ TƏZAD
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma